Mayın 24-də Bakı Kristal Zalında AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimovun sədrliyi ilə AMEA-nın elmi müəssisə və təşkilatlarının “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalı çərçivəsində keçiriləcək sərgidə iştirakına hazırlıq işləri ilə bağlı müşavirə keçirilib.
Xeberler.az bildirir ki, müşavirədə AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, AMEA İşlər İdarəsinin müdiri, proofessor Elton Məmmədov, sərgidə iştirakı nəzərdə tutulan elmi müəssisə və təşkilatların rəhbərləri, texnoloji innovativ məhsulların müəllifləri, eləcə də AMEA Rəyasət Heyəti aparatının İnformasiya şöbəsinin nümayəndələri iştirak ediblər.
AMEA rəhbərliyi festival çərçivəsində keçiriləcək sərgidə Akademiya üçün ayrılmış xüsusi pavilyona baxış keçiriblər, onlara sərgiyə hazırlıqla bağlı görülmüş işlər haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, “Teknofest Azərbaycan” festivalı çərçivəsində keçiriləcək sərgidə AMEA-nın iştirakı ilə bağlı tədbirlər planına uyğun hazırlıq işləri tamamlanmaq üzrədir. Sərgiyə hazırlıq çərçivəsində festivalın məsul qurumları və şəxsləri ilə fəal şəkildə əlaqələr qurulmuş, AMEA-nın sərgidə iştirakı ilə bağlı maddi-texniki və digər tələblər yerinə yetirilmiş, Akademiyanın pavilyonunun elektrik təchizatı sxemi və ümumi konsepsiyasının hazırlanması istiqamətində işlər yekunlaşdırılmışdır.
Məlumat verilib ki, sərgidə AMEA tərəfindən həm fiziki məhsullar, həm də monitorlar vasitəsilə layihələr virtual nümayiş olunacaq. Qeyd olunub ki, sərgi günlərində AMEA üçün ayrılmış xüsusi pavilyonda Akademiyanın “Teknofest Azərbaycan” tərəfindən yaradılmış xüsusi sistemdə qeydiyyatdan keçmiş məsul şəxslərindən ibarət heyəti iştirak edəcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri