Previous Next
Bağla

Kompüter xidmətlərinin keyfiyyəti artırılır

15-02-2016 13:19
Kompüter xidmətlərinin keyfiyyəti artırılır

 AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Şakir Mehdiyev rəhbərlik etdiyi şöbənin 2016-cı il üçün fəaliyyət planını təqdim edərək nəzərdə tutulan işlər barədə ətraflı məlumat verib.

AMEA-dan Xeberler.az-a verilən məlumata görə, cari ildə şöbədə elmi-tədqiqat işləri çərçivəsində korporativ mühitdə kompüter xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üçün metod və alqoritmlərin işlənilməsi üzrə tədqiqatların davam etdiriləcəyini diqqətə çatdırıb.

Şöbənin elmi-innovasiya və praktiki fəaliyyətindən söz açan Ş.Mehdiyev AMEA-nın institut və təşkilatlarına məxsus fərdi kompüterlərdə təmir-sazlama və onların texniki imkanlarının artırılması, AMEA-nın Rəyasət Heyətinin lokal kompüter şəbəkəsinə texniki və proqram təminatı xidmətlərinin yerinə yetirilməsi, həmçinin akademiyanın institut və təşkilatlarının infrastrukturunun yenilənməsi və təkmilləşdirilməsi ilə bağlı həyata keçiriləcək tədbirlərdən danışıb.

O bildirib ki, AMEA Rəyasət Heyəti aparatı və əsas binada konfrans və iclasların müşayiət olunması, İnternet üzərindən yayımın təmin olunması istiqamətində işlər bu il də davam etdiriləcək.

 AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev  bildirib ki, kompüterlərin diaqnostikasının aparılması və kompüter məlumatlarının toplanaraq analiz edilməsi fəaliyyətin səmərəliliyinin artırılmasında mühüm rol oynayır. Kompüter xidmətlərinin bazasının yaradılması və analizi qərar qəbulu üçün vacib şərtlərdəndir. Akademik, həmçinin yeni texnologiyalarla bağlı seminarların keçirilməsinin, bu sahə üzrə fikir və təcrübə mübadiləsinin zəruriliyini qeyd edib.

Sonda plan layihəsinin institutun Elmi Şurasının iclasının müzakirəsinə təqdim olunması qərara alınıb.

 Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Korporativ kompüter xidmətlərinin keyfiyyəti yüksəldilir

Korporativ kompüter xidmətlərinin keyfiyyəti yüksəldilir

03-02-2017
Korporativ mühitdə kompüter xidmətlərinin keyfiyyəti yüksəldilir

Korporativ mühitdə kompüter xidmətlərinin keyfiyyəti yüksəldilir

05-12-2016
Proqram mühəndisliyinin nəzəri əsasları araşdırılır

Proqram mühəndisliyinin nəzəri əsasları araşdırılır

09-02-2016
İnternetdə reklam-marketinqlə bağlı yeni metod hazırlanır

İnternetdə reklam-marketinqlə bağlı yeni metod hazırlanır

22-02-2016
Multimedia Qalereyasının maddi-texniki bazası gücləndirilir

Multimedia Qalereyasının maddi-texniki bazası gücləndirilir

25-02-2016
İnformasiya Texnologiyaları İnstitutunun stendi nümayiş olunub

İnformasiya Texnologiyaları İnstitutunun stendi nümayiş olunub

28-04-2017
Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı yeni tədbirlər hazırlanır

Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı yeni tədbirlər hazırlanır

20-02-2016
Elektron elmin formalaşması problemləri  araşdırılır

Elektron elmin formalaşması problemləri araşdırılır

10-02-2016
AzScienceCert-in fəaliyyəti genişləndirilir

AzScienceCert-in fəaliyyəti genişləndirilir

09-02-2016
Yeni institut AzScienceNet-ə qoşuldu

Yeni institut AzScienceNet-ə qoşuldu

08-06-2017
Viki-Mərkəzin  fəaliyyəti genişləndirilir

Viki-Mərkəzin fəaliyyəti genişləndirilir

05-02-2016
Elektron elmin formalaşması problemləri  müzakirə olunub

Elektron elmin formalaşması problemləri müzakirə olunub

27-06-2016
AMEA-da yeni informasiya sistemləri yaradılır

AMEA-da yeni informasiya sistemləri yaradılır

19-01-2017
“Əşyaların İnterneti”nin elmi-nəzəri problemləri araşdırılacaq

“Əşyaların İnterneti”nin elmi-nəzəri problemləri araşdırılacaq

19-02-2016
AMEA-nın veb-saytlarının monitorinqi keçiriləcək

AMEA-nın veb-saytlarının monitorinqi keçiriləcək

15-07-2015
AzScienceNet -in 95 faizi fiber-optik kabel əsasında qurulub

AzScienceNet -in 95 faizi fiber-optik kabel əsasında qurulub

09-07-2015
E-dövlət üçün effektiv audio-video xidmətləri mühiti formalaşdırılacaq

E-dövlət üçün effektiv audio-video xidmətləri mühiti formalaşdırılacaq

15-01-2016
Viki-Mərkəzin fəaliyyəti  müzakirə olunub

Viki-Mərkəzin fəaliyyəti müzakirə olunub

26-02-2016
AzScienceNet-in fəaliyyəti gücləndirilir

AzScienceNet-in fəaliyyəti gücləndirilir

14-12-2016
“Big Data problemi üzrə elmi-tədqiqatlar davam etdiriləcək”

“Big Data problemi üzrə elmi-tədqiqatlar davam etdiriləcək”

13-01-2016
Gələcək nəsil elektron kitabxanaların formalaşması araşdırılır

Gələcək nəsil elektron kitabxanaların formalaşması araşdırılır

12-02-2016
Texnoparkların idarə olunması üçün model və mexanizmlər  araşdırılır

Texnoparkların idarə olunması üçün model və mexanizmlər araşdırılır

19-01-2016
Elmi müəssisə və təşkilatların veb-saytlarının fəaliyyəti genişləndirilir

Elmi müəssisə və təşkilatların veb-saytlarının fəaliyyəti genişləndirilir

21-02-2016
Elektron tibblə bağlı araşdırmalar davam edir

Elektron tibblə bağlı araşdırmalar davam edir

21-02-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə