"Ana, bəsdir daha Facebook-dan çıx!"

09-05-2011 / 00:08

Gənc valideynlər üçün nəzərdə tutulmuş MomFilter.com saytında anaları Facebook sosial şəbəkəsindən ayrılmağa və uşaqlara daha çox diqqət yeirməyə çağıran reklam yerləşdirilib.

Xəbərlər-in verdiyi məlumata görə, Facebook reklama hələlik heç bir reaksiya verməyib.

Reklam çarxında uşaqlar kompüterin qarşısında oturan və övladları ilə maraqlanmayana analarının diqqətini cəlb etməyə çalışırlar. Reklamın sonunda balaca qız kompüteri elektrik şəbəkəsindən ayırır və anasını otağına aparır.

Reklamda The Log Off! saytının ünvanı var. Həmin sayt "Sağ olun ki, TheLogOff.org saytına baş çəkdiniz. İndi kompüterini heç olmasa qısa müddətə söndürməlisiniz. Sonra isə gedin!"

Reklam çarxı Barton F. Graf 9000 adlı yeni reklam agentliyinin ilk işidir.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə