“Apple” bütün cihazlarında üztanıma texnologiyası tətbiq edəcək

26-07-2021 / 15:53

ABŞ-ın Kompüter texnikası və istehlak elektronikası istehsalçısı “Apple” 2 il ərzində bütün cihazlarında “Face ID” üztanıma funsiyası tətbiq edəcək.

Xeberler.az bildirir ki, gələcəkdə bu funksiya "Mac" kompüterlərinə, aşağı büdcəli “iPhone SE” və “iPad Air”ə əlavə ediləcək.

Hazırda bu cihazlarda “Face ID”nin daha ucuz alternativi olan barmaq izi skaneri “Touch ID”dən istifadə olunur.

Xatıladaq ki, “Face ID” 2017-ci ildən tətbiq olunur. Bu funksiya smartfonu açmağa, “iTunes Store”, “App Store” və “iBooks Store”da alış-veriş etməyə, “Apple Pay”də ödəniş üçün kartları seçməyə imkan verir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə