Hazırda istifadəçilər Apple-in 1.3 milyon tətbiqindən yararlana bilir.
Son günlərdə məlum olub ki, Apple-in bəzi tətbiqlərini adi istifadəçilərin görməsi mümkün deyil.
Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, illərdir gizli saxlanılan bu tətbiqlər ya hakerlər tərəfindən , ya da Apple işçilərinin səhvi nəticəsində aşkarlanıb.
Xeberler.az xarici KİV-lərə istinadən həmin tətbiqləri təqdim edir:
AppleConnect
AppleConnect Apple işçilərinin digər tətbiq və xidmətlərə hesab açmasını təmin edən etibarlı bir xidmətdir. Tətbiqin tərkibində maraqlı şifrələmə sistemi mövcuddur. AppleConnec-də barmağınızı sürüşdürərək kilidi açmaqla yanaşı, həm də şifrə ilə tətbiqə də daxil ola bilərsiniz.
Daily Download
9to5Mac saytı ilk dəfə 2011-ci ildə Daily Download tətbiqini kəşf edib. Bu tətbiqdə işçilər üçün şirkətdə gündəlik hadisələrin baş verdiyini göstərən daxili qəzet fəaliyyət göstərir.
Inferno
iPhone telefonunun daxili parametrlərini sınaqdan keçirmək istəyirsinizsə, adi istifadəçi kimi heç nə edə bilməsiniz. Əgər Apple şirkətində işləyirsinizsə, bu zaman Inferno tətbiqini yükləyərək telefonun təchizat və proqram təminatı xüsusiyyətlərini test edə bilərsiniz.
MobileGenius
Genius Apple Store-da işləyən və müştərilərin iPhone-unu təmir etməyə köməkçi olan mütəxəssisə verilən addır. Mobile Genius tətbiqi bu mütəxəssislərin müştəri məlumatlarına nəzarət etməsinə və nasaz cihazlarda test etmələrini təmin edir.
MobileRadar
Bir Apple işçisi iOS-da xəta tapdığında, şirkətin daxili xəta izləmə sistemi MobileRadar istifadə edildiyi zaman bu yanlışlıqları təmizləyəcək.
Operator
Bu tətbiq iPhone, iPad, və iPod-da olan müxtəlif komponentləri və sensorları test etmək üçün istifadə edilir.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri