Milyonlarla iPhone və iPad satmağa davam edən Apple texniki xidmət sahəsindəki sıxlığı yeni mobil tətbiqiylə azaltmaq niyyətindədir.
Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, Apple tətbiqlə bağlı rəsmi açıqlama verməsə də, "uSwitch" tətbiqinə aid ekran görüntüləri mediaya sızıb.
Belə ki, Apple-ın istifadəyə verəcəyi mobil tətbiqi iPhone və iPad-ə yükləndikdən sonra bu cihazlarla bağlı müxtəlif statistikalar istifadəçinin Apple ID-ə gələcək.
Tətbiqin daxilində Apple-ın cihazların işləmə mexanizmi ilə bağlı hazırlamış olduğu sual-cavab şəklində mətnlər də yerləşdiriləcək.
Beləliklə, istifadəçilər telefonlarında qarşılaşdıqları problemlə bağlı axtardıqları sualların cavabını tətbiqdən istifadə etməklə vaxt itkisi və təhlükəsizlik problemi yaşamadan rəsmi şəkildə Apple-dan öyrənə biləcəklər.
Tətbiqin bir başqa xüsusiyyəti də görüş təyin etmə funksiyasıdır.
Qeyd edək ki, Apple markalı telefonlarda uzun müddət istifadədən sonra ortaya çıxan başlıca problem əsas düymənin xarab olmasıdır.
Bundan sonra belə problem yaşanarsa, tətbiqi telefonunuza yükləməklə Apple-dan xüsusi vaxt təyin edib və bu düyməni təmir etdirə biləcəksiniz.
Apple mobil tətbiqlə istifadəçilərin Çağrı Mərkəzi ilə əlaqəsini təmin etməklə yanaşı, tətbiq üzərindən istifadəçilərin texniki xidmətdən görüş təyin etməsinə imkan yaradır.
"uSwitch" tətbiqinin istifadəyə veriləcəyi tarix hələlik məlum deyil.
Apple bu tətbiqin məzmununu daha geniş düşünərək tətbiqə Siri funksiyası əlavə etməklə texniki xidmətlərində sıxlığı azaltmağı hədəfləyib.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri