Previous Next
Bağla

Aqrar sığorta haqqının “AsanPay” vasitəsilə ödənişinə başlanıldı

29-05-2025 12:02
Aqrar sığorta haqqının “AsanPay” vasitəsilə ödənişinə başlanıldı

Aqrar Sığorta Fondu fermerlərin aqrar sığortaya əlçatanlığının artırılması sahəsində işləri davam etdirir.

Artıq fermerlər aqrar sığorta haqqını “AsanPay” ödəniş sistemi vasitəsilə ödəyə bilərlər.

Xeberler.az məlumat verir ki, may ayından etibarən aqrar sığorta haqqının ödənilməsi məqsədilə Aqrar Sığorta İnformasiya Sistemi (ASİS) ölkənin aparıcı ödəniş sistemlərindən olan “AsanPay” ilə inteqrasiya edilib. Nəticədə aqrar sığorta haqlarının “AsanPay” vasitəsilə ödənişi mümkün olub.

“AsanPay” vasitəsilə həm bitkiçilik, həm də heyvandarlıq sığortası üzrə sığorta haqqını ödəmək olar.

Qeyd edək ki, Aqrar Sığorta Fondunun təqdim etdiyi dövlət dəstəkli aqrar sığorta xidmətinin əsas istifadəçiləri bölgələrdə, kənd yerlərində, o cümlədən ucqar kəndlərdə fəaliyyət göstərən fermerlərdir. İndiyədək onlar aqrar sığorta haqqını terminallar vasitəsilə ödəyir, bunun üçün rayon mərkəzlərinə yaxınlaşmalı olurdular. Bu da fermerlər üçün əlavə vaxt itkisinə səbəb olur, onları təsərrüfat işlərindən ayırırdı.

“AsanPay” sistemi ilə inteqrasiyadan sonra isə buna ehtiyac qalmayacaq. Bundan sonra əkin sahəsi və heyvanlarını sığorta etmək istəyən fermerlərin evdən çıxmasına ehtiyac olmayacaq. Fermerlər “AsanPay” sistemi vasitəsilə sığorta haqqını evdən və ya təsərrüfatdan çıxmadan mobil telefon vasitəsilə ödəyə biləcəklər.

Qaydaya görə, aqrar sığorta haqqını ödəmək üçün fermer “AsanPay” ödəniş sisteminə (www.asanpay.az) daxil olmalı, burada “Sığorta ödənişləri” bölməsini seçməlidir. Yeni açılan pəncərədə Aqrar Sığorta Fondunu seçərək öz FİN və ya VÖEN məlumatlarını daxil etmək lazımdır. Bu zaman ekranda fermerin ödəyəcəyi sığorta haqları görünəcək. Fermer “Ödə” düyməsini sıxaraq ödənişlərini həyata keçirə biləcək.

Aqrar sığorta haqlarının “AsanPay” vasitəsilə mobil telefonla ödənilməsi fermerlərin aqrar sığortaya əlçatanlığının artmasına, əkin sahələri və kənd təsərrüfatı heyvanlarının daha asan sığortalanmasına imkan verəcək. Bununla da Aqrar Sığorta Fondunun xidmətindən istifadə edən minlərlə fermerin risklərini qat-qat azaldacaq.

Xatırladaq ki, Azərbaycanda Aqrar Sığorta Fondu tərəfindən təqdim olunan aqrar sığorta xidmətləri dövlət dəstəklidir. Belə ki, əkin sahəsi və ya heyvanların sığortalanması zamanı sığorta haqqının 50 faizini fermerlərə dəstək üçün dövlət ödəyir.

Aqrar sığortanın əhatə dairəsi genişləndikcə, bu xidmətlərdən faydalanan fermerlərin sayı və sığorta ödənişləri də artmaqdadır.

2024-cü ildə Aqrar Sığorta Fondu tərəfindən fermerlərə 6,4 milyon manat zərər ödənişləri həyata keçirilib. 2025-ci ilin ilk 4 ayında isə həyata keçirilmiş zərər ödənişlərinin məbləği 3 milyon manatdan artıq olub.

Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik məhsulları» bölməsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərkosmos və Aqrar Sığorta Fondu əməkdaşlığa başladı

04-11-2024

52 Dövlət Aqrar İnkişaf Mərkəzi elektronlaşdırılacaq

01-02-2019

«Azal Sığorta» şirkəti veb-saytını yeniləyib

29-12-2010

“SmartPay” ödəmə sisteminə 2 yeni xidmət əlavə olunub

01-06-2021

İcbari sığorta haqlarını ödəmək asanlaşdı

08-01-2018

Sığorta müqavilələri internet vasitəsilə bağlanacaq

06-04-2012

Massalıda elektron kənd təsərrüfatı sisteminin tətbiqinə start verilib

25-05-2019

37,500 fermer elektron qeydiyyatdan keçib

19-04-2019

Naxçıvanda aqrar innovasiya festivalı keçiriləcək

15-05-2023

Subsidiyaların verilməsi artıq elektron qaydada olacaq

19-09-2019

Şəkidə Aqrar İnnovasiya Festivalı keçiriləcək

04-08-2023

Subsidiyaların ödənilməsi elektron kənd təsərrüfatı layihəsi vasitəsilə həyata keçiriləcək

27-04-2019

Kənd təsərrüfatı da elektronlaşır

30-11-2015

Azərbaycanda sığorta haqqında ilk analitik portal fəaliyyətə başlayıb

07-11-2008

Aqrar İnnovasiya Mərkəzinə təyinat olub

27-05-2023

Azərbaycanın Beynəlxalq Sığorta Şirkəti (BSS) rəsmi veb-saytını (www.iic.az) yeni tərtibatda istifadəyə verib

24-12-2008

Bu günədək 20,566 fermer elektron qeydiyyatdan keçib

15-04-2019

Nazir: Aqrar Süni İntellekt qərarverməni daha dəqiq edəcək

11-03-2026

12 700-ə yaxın fermer elektron qeydiyyatdan keçib

12-04-2019

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi-nin tətbiqinə start verilir

15-02-2019

Dövlət icbari şəxsi sığorta üzrə ödənişlər proaktiv qaydada təyin ediləcək

26-04-2022

Bu il KOB-lar aqrar sektora 190 milyon manat investisiya qoyub

24-11-2022

Azərbaycanda internet vasitəsi ilə sığortalama

08-01-2009

Sığorta sektorunun rəqəmsal transformasiyası müzakirə edilib

21-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə