Previous Next
Bağla

ARTİ sosial mediada yayılan iddialarla bağlı açıqlama yayıb

18-07-2022 11:14
ARTİ sosial mediada yayılan iddialarla bağlı açıqlama yayıb

ARTİ MİQ müsabiqəsinin imtahan mərhələsində riyaziyyat fənni üzrə test tapşırıqlarına dair sosial mediada yayılan iddialarla bağlı araşdırma aparıb.

Xeberler.az bildirir ki, həmin iddialarda 14 iyul 2022-ci il tarixində keçirilən riyaziyyat fənni üzrə imtahanda istifadə edilmiş 3 sualın bundan əvvəl bəzi namizədlərə videoformatda izah edilməsi əks olunur.

Məlumat üçün bildiririk ki, ARTİ beynəlxalq təcrübəyə uyğun olaraq test bankına daxil edilməsi üçün fənn mütəxəssislərinə orijinal sualların hazırlanması sifarişini verir. Sualların (və ya onların analoqlarının) məxfiliyinin qorunmasına, üçüncü tərəflə paylaşılmamasına və müəlliflər tərəfindən təlim mərkəzlərində bu istiqamətdə hazırlıq aparılmamasına dair sual müəllifləri ilə məxfilik müqaviləsi bağlanılır.

Araşdırma nəticəsində məlum olub ki, cəlb edilən müəlliflərdən Siracəddin Quluzadə onunla bağlanmış məxfilik müqaviləsinin şərtlərini pozaraq ARTİ-yə təhvil verdiyi orijinal test tapşırıqlarını müəllim hazırlıq mərkəzlərindən birinin test bankına da təqdim edib. Bu suallar həmin hazırlıq mərkəzi tərəfindən imtahandan əvvəl yayımlanan videodərs zamanı çoxsaylı suallar arasında müzakirə üçün istifadə olunub. 14 iyul 2022-ci il tarixində keçirilən riyaziyyat fənni üzrə imtahanda istifadə edilmiş 3 sualın (S.Quluzadə tərəfindən MİQ sual bankına təqdim edilmiş) imtahandan əvvəl bəzi namizədlərə videoformatda izah olunması iddiası öz təsdiqini tapıb.

ARTİ bildirir ki, bağlanmış xidməti müqavilənin şərtlərini kobud surətdə pozduğuna görə, S.Quluzadə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq hüquqi addımlar atılacaq.

Hazırda ARTİ bu hadisənin imtahan nəticələrinə olan təsirləri ilə bağlı elmi-statistik təhlil aparır.Yekun nəticələrə dair qərar barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Beynəlxalq olimpadalarda ölkəmizi təmsil edəcək komandaların seçmə imtahanları keçirilib

Beynəlxalq olimpadalarda ölkəmizi təmsil edəcək komandaların seçmə imtahanları keçirilib

13-06-2022
Vergi orqanlarında işləmək istəyənlər üçün tеst imtаhаnı keçiriləcək

Vergi orqanlarında işləmək istəyənlər üçün tеst imtаhаnı keçiriləcək

13-04-2017
Məleykə Abbaszadə: Abituriyentlər riyaziyyat fənni üzrə salınan açıq sualları boş qoyurlar

Məleykə Abbaszadə: Abituriyentlər riyaziyyat fənni üzrə salınan açıq sualları boş qoyurlar

17-03-2023
Fənn olimpiadalarına hazırlıq necə gedir?

Fənn olimpiadalarına hazırlıq necə gedir?

04-12-2015
Müəllimlər arasında informatika fənni üzrə seçmə imtahan keçirilib

Müəllimlər arasında informatika fənni üzrə seçmə imtahan keçirilib

03-11-2022
Müəllimlərin işə qəbul imtahanları necə təşkil olunmalıdır ?

Müəllimlərin işə qəbul imtahanları necə təşkil olunmalıdır ?

30-07-2019
Azercell növbəti dəfə olimpiadaçı şagirdlərə dəstək oldu

Azercell növbəti dəfə olimpiadaçı şagirdlərə dəstək oldu

23-01-2019
TQDK imtahan rəhbərləri və zal nəzarətçilərini yoxlamağa başlayıb

TQDK imtahan rəhbərləri və zal nəzarətçilərini yoxlamağa başlayıb

06-05-2015
İmtahan suallarının yayılmasında qanun pozuntusu yoxdur

İmtahan suallarının yayılmasında qanun pozuntusu yoxdur

13-04-2019
Şamaxı Astrofizika Rəsədxanasında şagirdlər üçün düşərgə keçirilib

Şamaxı Astrofizika Rəsədxanasında şagirdlər üçün düşərgə keçirilib

29-07-2022
Dövlət İmtahan Mərkəzi canlı yayım edəcək

Dövlət İmtahan Mərkəzi canlı yayım edəcək

10-05-2019
TQDK-nı əvəz edən qurum hazırlıq kursları təşkil edəcək

TQDK-nı əvəz edən qurum hazırlıq kursları təşkil edəcək

12-04-2016
Ali məktəblərə tələbə qəbulu üzrə sınaq imtahanı keçiriləcək

Ali məktəblərə tələbə qəbulu üzrə sınaq imtahanı keçiriləcək

05-01-2023
İmtahan cavabları TQDK-nın rəsmi saytına yerləşdirilib

İmtahan cavabları TQDK-nın rəsmi saytına yerləşdirilib

03-07-2015
Respublika fənn olimpiadalarının birinci mərhələsi başlayır

Respublika fənn olimpiadalarının birinci mərhələsi başlayır

14-01-2016
Məktəblilər arasında  fənn müsabiqələri keçirilib

Məktəblilər arasında fənn müsabiqələri keçirilib

07-11-2015
Dövlət İmtahan Mərkəzi üzr istədi - VİDEO

Dövlət İmtahan Mərkəzi üzr istədi - VİDEO

13-06-2022
Təhsil Nazirliyindən test üsulunun ləğvinə münasibət

Təhsil Nazirliyindən test üsulunun ləğvinə münasibət

29-08-2017
DİM: "İki nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub"

DİM: "İki nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub"

08-07-2023
Paytaxt üzrə 1 502 şagird fənn olimpiadalarının yarımfinal turunda

Paytaxt üzrə 1 502 şagird fənn olimpiadalarının yarımfinal turunda

17-01-2023
Fənn olimpiadaları və fənn müsabiqələrinə seçim imtahanları keçiriləcək

Fənn olimpiadaları və fənn müsabiqələrinə seçim imtahanları keçiriləcək

15-11-2022
İnformatika fənni üzrə bilik və bacarıqların qiymətləndirilməsi müzakirə edilib

İnformatika fənni üzrə bilik və bacarıqların qiymətləndirilməsi müzakirə edilib

02-06-2023
Qəbul imtahanı üçün informatikadan vəsait hazırlanacaq

Qəbul imtahanı üçün informatikadan vəsait hazırlanacaq

16-11-2021
Ekspert DİM-i tənqid etdi: "Qurum ciddi işlərə zaman ayırsın"

Ekspert DİM-i tənqid etdi: "Qurum ciddi işlərə zaman ayırsın"

23-04-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə