Mayın 5-6-da İtaliyanın paytaxtı Roma şəhərində elektron mühitdə identitet mövzusuna həsr edilmiş beynəlxalq konfrans (The 2015 Identity Conference) keçirilib. Konfransa 40 ölkədən qlobal rəqəmsal identitet sahəsini və dövlət sektorunu təmsil edən 200-dən artıq nümayəndə qatılıb.
Xəbərlər-in aldığı məlumata görə, ikigünlük konfransda iştirakçılara rəqəmsal identitet bazarında mövcud olan yeniliklər və tendensiyalarla, eləcə də bu sahədə beynəlxalq təcrübə ilə tanış olmaq, milli elektron identitet sistemində mobil identitetin roluna dair müzakirələr aparmaq və pasport-viza idarəetməsi sahəsində tətbiq edilən innovativ rəqəmsal həllərə dair təcrübə mübadiləsi aparmaq imkanı yaradılıb.
“Asan İmza” mobil elektron imza xidmətinin operatoru olan “B.EST Solutions” şirkətinin təsisçisi xanım Yana Krimpe də konfransın işində iştirak edib. “Rəqəmsal əsrdə identitet: elektron imza, elektron və mobil hökumət” mövzusunda keçirilmiş plenar toplantıda çıxış etmiş xanım Krimpe elektron hökumət idarəetməsi modelinin bərqərar edilməsi sahəsində son illər Azərbaycanda görülmüş işlərdən bəhs edib, ölkədə dövlət xidmətlərinin əlçatanlılığının və şəffaflığının artırılması istiqamətində tətbiq edilmiş innovativ həllər barədə söhbət açıb.
Qeyd etmək lazımdır ki, “Asan İmza” texnologiyası mütəmadi olaraq bu kimi müxtəlif beynəlxalq sahəvi tədbirlərdə “Made in Azerbaijan” şüarı altında təmsil edilir.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri