Previous Next
Bağla

BTRİB-də özəl provayderlərin, AİF və İnternet Cəmiyyətinin birgə görüşü keçirilib

17-02-2015 15:21
BTRİB-də özəl provayderlərin, AİF və İnternet Cəmiyyətinin birgə görüşü keçirilib

Bu gün Bakı Telefon Rabitəsi İstehsalat Birliyində ( BTRİB) özəl provayderlərin, Azərbaycan İnternet Forumu və İnternet Cəmiyyətinin iştirakı ilə toplantı keçirilib. Toplantıda Bakı şəhərinin bütün qovşaq rəhbərləri də iştirak edib

Xəbərlər-in məlumatına görə, toplantıda Bakı şəhərində İnternetin inkişafı məsələləri müzakirə edilib.

Tədbiri giriş sözü ilə BTRİB -in Baş direktoru Beytulla Hüseynov açaraq görüşün məqsədi haqqında qısa məlumat verib. O, son dövrlərdə Bakı şəhərində İnternetin xeyli inkişaf etdiyini və bu istiqamətdə bir sıra addımların atıldığını vurğulayıb. Kifayət qədər geniş infrastruktura malik olan BTRİB-də İnternetin inkişafı istiqamətində müəyyən çətinliklərin də olduğunu qeyd edib.

O, son dövrlərdə rabitə və yüksək texnologiyalar nazirinin çıxışında BTRİB ünvanına da tənqidlərin səsləndiyini diqqətə çatdırıb. Qeyd olunan nöqsanların aradan qaldırılması və özəl provayderlərin problemlərinin müzakirəsi üçün aidiyyatı qurumlarla birgə belə bir görüşün keçirilməsinin zəruri olduğunu qeyd edib. 

Baş direktor özəl provayderlərə BTRİB infrastrukturundan istifadə məqsədilə normal şəraitin yaradılması üçün xeyli addımların atıldığını bidirib.

B. Hüseynov BTRİB-in infrastrukturunun saxlanılması və inkişafı sahəsində, yeni yaşayış massivlərində rabitə infarstrukturun qurulmasında, digər operatorlara məxsus kabel-kanalizasiya qurğularından istifadə sahəsində bir sıra çətinliklərin də olduğunu diqqətə çatdırıb.

Baş direktor özəl Provayderlərə kömək məqsədilə BTRİB tərəfindən yaradılan şəraitin daha da inkişaf etdiriləcəyini bildirib. O bəzi tariflərə yenidən baxılmasının da mümkün olacağını bildirib. O, özəl provayderlərə münasibətin daha da yaxşılaşdırılacağını, ayrı-seçkilik hallarının qarşısını almaq üçün ciddi tədbirlər görüləcəyini diqqətə çatdırıb.

Baş direktor özəl provayderləri daha keyfiyyətli İnternet xidməti göstərməyə, yaradılan imkanlardan daha effektiv istifadə etməyə çağırıb.

Rabitə və Yüksək Texnologiyalar nazirliyinin sektor müdiri Kamal Məmmədov son dövrlərdə özəl provayderlərlə əlaqələrin gücləndirilməsi, problemlərin aradan qaldırılması istiqamətində xeyli uğurların əldə edildiyini diqqətə çatdırıb. O, fiber-optik infrastrukturun inkişafının Nazirlik üçün prioritet olduğunu qeyd edib.

K. Məmmədov da çıxışında İnternet xidmətlərinin keyfiyyətlərində problemlər olduğunu vurğulayıb . Müqavilələrin tərtib edilməsində müəyyən qüsurların olduğunu bildirib. O, çıxışında kabel-kanalizasiya qurğuların istifadəsi ilə bağlı mövcud tariflərə yenidən baxılmasının mümkün ola biləcəyini də qeyd edib.

Daha sonra çıxış edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, ölkədə hazırda optik infrastrukturun inkişafına ciddi ehtiyac var. O, keyfiyyətli genişzolaqlı İnternet infrastrukturun inkişafı üçün BTRİB tərəfindən müəyyən olunan tariflərə yenidən baxılmasının vacib olduğunu diqqətə çatdırıb. O, həmçinin nazirin çıxışında qeyd olunan “doğma provayder” məsələsinə xüsusi diqqət yetirməyin vacib olduğu bildirərək, BTRİB tərəfindən özəl perovayderlərə qarşı daha münbit şəraitin yaradılmasının, özəl və dövlət provayderin start vəziyyətlərinin daha da yaxın olmasının, bütün provayderlərə eyni münasibət göstərilməsinin vacib olduğunu vurğulayıb.

Osman Gündüz özəl provayderlərin optik infrastrukturun qurulmasında iştirakı üçün BTRİB rəhbərliyi tərəfindən ciddi təminatlar yaradılmasının vacibliyini diqqətə çatdırıb. O, xüsusilə hazırda keyfiyyətli İnternet məsələsində problemlərin olduğunu bildirib və bu problemin həlli üçün kompleks tədbirlərin görülməsinin vacidbliyini qeyd edib.

Görüşdə BTRİB-in texniki direktoru Xankişi Kişiyev, Azərbaycan Internet Cəmiyyətinin sədri Qalib Qurbanov, Connect, Avirtel, Megatelekom, Smart Systems provayderlərinin nümayəndələri və digərləri çıxış ediblər. Onlar son dövrlərdə İnternetin xeyli inkişaf etdiyini diqqətə çatdıraraq mövcud problemlərin müzakirəsi baxımından görüşün əhəmiyyətli olduğunu bildiriblər. Çıxış edənlər problemlərin aradan qaldırılması istiqamətində təkliflərini səsləndiriblər.

Tədbirə yekun vuran BTRİB rəhbəri Beytulla Hüseynov görüşün xeyli əhəmiyyətli olduğunu diqqətə çəkib və qeyd olunanların nəzərə alınması üçün tədbirlər görüləcəyini bildirib. 

O, gələcəkdə də bu cür görüşlərin keçirilməsinin faydalı olacağını diqqətə çatdırıb.

Xəbərlər

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Özəl provayderlər kənd və qəsəbələrə gedir

26-12-2014

Nə üçün nazir AzTelekom və BTRİB-i ciddi tənqid edib?

28-01-2015

Vətəndaş Cəmiyyəti və İnternet İdarəçiliyi məsələsi müzakirə edilib

09-11-2012

Provayderlərə nə üçün qadağalar qoyulub?

03-05-2016

BTRİB- in müəyyən etdiyi analoqu olmayan tariflər dəyişəcəkmi?

20-11-2015

BTRİB-ə yeni texniki direktor təyin edildi

07-01-2016

“Milli Net 2013” qaliblərinin təqdimat mərasimi keçirilib

24-12-2013

Cari ilin sonuna kimi Bakı kəndləri sürətli İnternet xidməti ilə təmin ediləcək

22-06-2010

BTRİB-in yeni Baş direktoru məlum oldu

27-01-2016

BTRİB rəsmi saytını yeniləyir

27-09-2016

Osman Gündüz Avropa institutlarından Informasiya əldə edilməsi haqqında Qanuna ediləcək dəyişikliklərlə bağlı münasibət bildirməsini istəyib

07-06-2012

Bakıda İnternet istifadəçilərinin sayı 72 faiz artıb

30-07-2015

“Yeni Media və yeni çağırışlar” konfransı keçirilib

27-05-2014

BTRİB-in Baş direktor müavini işdən çıxarılıb

07-03-2016

BTRİB texnoloji genişləndirmə işləri aparacaq

11-04-2014

Nazir "Aztelekom” və BTRİB-ə xəbərdarlıq edib

19-01-2015

Bakının telefon kabel sistemi təkmilləşdirilir

25-04-2016

BTRİB-də daha 3 vəzifəli şəxs işdən çıxarıldı

20-04-2016

Bakinternet-də yaranan problemlərlə bağlı rəsmi açıqlama

08-12-2016

“Doğma provayderlər”in taleyi necə olacaq?

24-11-2015

BTRİB internet xidmətlərinə görə ödənişin müddətini uzadıb

06-01-2017

“Avropa Oyunları zamanı İnternet və informasiya mübadiləsi proseslərini dörd qurum monitorinq edəcək”

23-04-2015

BTRİB-də daha bir vəzifəli şəxs işdən çıxarılıb

01-09-2016

Ekspert: Nazirlik kabel kanalizasiya infrastrukturunu monopoliyada saxlayır

08-01-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə