“ASAN peşə” layihəsinə başlanır

10-08-2016 / 12:24

 "2016-2017- ci tədris ili üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu “ASAN peşə” layihəsi çərçivəsində həyata keçiriləcək".

Xeberler.az Report-a istinadən məlumat verir ki,  bunu jurnalistlərə açıqlamasında təhsil nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

O bildirib ki, Təhsil Nazirliyi ilə ASAN xidmət arasındakı əməkdaşlıq çərçivəsində hazırlanmış “ASAN peşə” layihəsi, ilk növbədə pilot olaraq Bakı və Gəncə şəhərlərində reallaşdırılacaq: "İlk peşə-ixtisas təhsili almaq istəyənlərin qeydiyyatı avqustun 11-dən etibarən Bakı və Gəncədə fəaliyyət göstərən ASAN xidmət mərkəzlərində aparılacaq. Nəticələr avqustun 26-da elan olunacaq".

C.Valehovun sözlərinə görə, “ASAN peşə” layihəsi vətəndaşların rahatlığının təmin olunması, Təhsil Nazirliyi-ASAN xidmət əməkdaşlığının səmərəliliyinin artırılması və ilk peşə-ixtisas təhsili müəssisələrinə şagirdlərin qəbulu prosesində subyektiv amillərin aradan qaldırılması məqsədlərinə xidmət edir".

Sektor müdiri qeyd edib ki, 2015-2016-cı tədris ilində Bakı şəhərindəki 27 ilk peşə-ixtisas təhsil müəssisəsinə 4 411 şagird, Gəncə şəhərlərindəki 6 ilk peşə-ixtisas təhsili müəssisəsinə 680 şagird qəbul olunub.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.