“Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikasının müvafiq Qanununa və “Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “ASAN xidmət indeksi”ni təşkil edən parametrlər rəhbər tutulmaqla dövlət xidmətlərinin qiymətləndirilməsi tapşırığının icrası 2025-ci ildə də davam etdirilib.
Xeberler.az verir ki, “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə və “ASAN müraciət” informasiya sisteminin fəaliyyətinin illik nəticələrinə dair keçirilən tədbirdə bildirilib ki, əsas məqsəd dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsində təkrarlığın aradan qaldırılması və yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılmasıdır.
Bu tapşırığın yerinə yetirilməsi məqsədilə 2025-ci ildə Dövlət Agentliyi tərəfindən 37 mərkəzi icra hakimiyyəti orqanının 215 xidməti, 85 yerli icra hakimiyyəti orqanının 253 xidməti və 15 hüquqi şəxsin və digər büdcə təşkilatlarının 43 xidməti daxil olmaqla, ümumilikdə 511 xidmət qiymətləndirilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planına əsasən, 2025-ci ildə də Naxçıvan Muxtar Respublikasının dövlət orqanları tərəfindən göstərilən dövlət xidmətlərinin “ASAN xidmət indeksi” əsasında qiymətləndirilməsi davam etdirilib. Qeyd olunan 511 xidmətin 103 xidməti məhz Naxçıvan Muxtar Respublikasının 26 dövlət orqanına aiddir.
2025-ci il “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə nəticələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanları arasında ən yüksək göstəriciləri olan qurumlar arasında 1-ci yer Dövlət Miqrasiya Xidməti, 2-ci yer Dövlət Su Ehtiyatları Agentliyi, 3-cü yer Dövlət Gömrük Komitəsi olub.
Yerli icra hakimiyyəti orqanları arasında ən yüksək göstəriciləri olan qurumlar arasında 1-ci yer Pirallahı Rayon İcra Hakimiyyəti, 2-ci yer Binəqədi Rayon İcra Hakimiyyəti, 3-cü yer isə Yasamal Rayon İcra Hakimiyyəti olub. Hüquqi şəxslər və digər büdcə təşkilatları arasında ən yüksək göstəriciləri olan qurumlar arasında 1-ci yerdə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, 2-ci yerdə “Azəriqaz” İstehsalat Birliyi, 3-cü yerdə isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi fərqlənib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları