Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Özbəkistan Respublikasının Ali Təhsil, Elm və İnnovasiya Nazirliyinin dəvəti əsasında Daşkənd şəhərində “Gələcəyin mühəndisləri” adlı beynəlxalq festivalda iştirak edib.
Xeberler.az məlumat verir ki, məqsəd sosial innovasiyalar sahəsində baş verən yeniliklərin beynəlxalq auditoriyaya nümayişi, həmçinin bu sahədə təcrübə mübadiləsinin aparılması olub.
Tədbir çərçivəsində müxtəlif ölkələrin müvafiq sahə üzrə fəaliyyət göstərən qurumlarının nümayəndələrinin iştirakı ilə təşkil olunmuş dəyirmi masada “ASAN xidmət” təcrübəsindən, Dövlət Agentliyi tərəfindən startaplara dəstək və sosial innovasiyalar sahələrində reallaşdırılan layihələrdən söz açılıb. Həmçinin bu istiqamətdə “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti barədə geniş təqdimat edilib və iştirakçıların sualları cavablandırılıb.
Malayziyanın müvafiq sahə üzrə fəaliyyət göstərən qurumu ilə keçirilən görüşdə dövlət xidmətlərində texnologiyaların tətbiqi və sosial innovasiyalar sahələrində əməkdaşlığa dair müzakirələr aparılıb.
Dövlət Agentliyinin nümayəndəsi ilə Özbəkistanın Ədliyyə Nazirliyinin nümayəndələri arasında da görüş keçirilib. Tərəflər 2024-cü ilin avqust ayında Azərbaycan Prezidentinin Özbəkistana səfəri zamanı imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi arasında 2024-2026-cı illər üzrə Əməkdaşlıq Proqramı”nın icrası çərçivəsində görülmüş işlərə və həyata keçirilməsi planlaşdırılan fəaliyyətlərə dair ətraflı müzakirələr aparıblar.
Özbəkistanın ali təhsil, elm və innovasiya nazirinin müavini ilə keçirilmiş görüş zamanı müvafiq istiqamətlər üzrə birgə əməkdaşlıq proqramının hazırlanmasına dair razılığa gəlinib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları