Previous Next
Bağla

Beynəlxalq Astronomiya İttifaqı qlobal layihəyə start verib

28-08-2019 10:10
Beynəlxalq Astronomiya İttifaqı qlobal layihəyə start verib

Xeberler.az bildirir ki, 2019-cu ildə Beynəlxalq Astronomiya İttifaqı (BAİ) 100 illiyini qeyd edir. Bu münasibətlə Beynəlxalq Astronimiya İttifaqı dünya ölkələrinə ulduzlara ad vermək imkanı yaradıb.

Belə ki, “BAİ100 Ekzoplanetləri Adlandır” qlobal layihəsinin iştirakçı ölkələri onlar üçün təyin edilmiş bir ekzoplanet və onun əsas ulduzuna ad verə biləcəklər. Layihəyə qoşulan 100-ə yaxın ölkə arasında Azərbaycan da yer alır. Milli Müsabiqələr 2019-cu ilin iyun-noyabr ayları aralığında həyata keçiriləcək və BAİ100 Ekzoplanetləri Adlandır İdarə Heyyətinin yekun qiymətləndirməsindən sonra yekun nəticələr 2019-cu ilin dekabr ayında elan ediləcək.

Bu müsabiqədə hər kəs iştirak edə bilər və ümumi qaydalara uyğun olmaq şərtilə,
istədiyi iki adı (ulduz və planet üçün) təklif edə bilər. Bunun üçün hiperlinkdən istifadə edərək, təklif formasını doldurmaq kifayətdir. Beynəlxalq Astronomiya İttifaqı səmavi cisimlərin adlarının təyin edilməsi üçün məsul orqandır. BAİ, beynəlxalq əməkdaşlığın 100 illiyini qeyd edərkən, qlobal özünəməxsusluğun əhəmiyyətinə diqqət çəkmək məqsədilə, bu layihə ilə insanların qardaşlaşmasına tövhə vermək istəyir.

Qeyd edək ki, bu, tarixdə ekzoplanetlərin və ulduzların adlandırılmasına imkan
verən ikinci belə müsabiqədir. Birinci müsabiqə  2015-ci ildə baş tutub və müsabiqə
çərçivəsində 19 ekzoplanetə ad verilib. Hər bir ölkəyə adlandırılması üçün həmin ölkədən görünən və kiçik teleskoplarla belə müşahidə edilə biləcək qədər parlaq ulduz təyin edilib. Azərbaycan üçün “Ophiuchus” bürcündə yerləşən HD 152581 ulduzu və onun ətrafında hərəkət edən HD 152581b ekzoplaneti ayrılıb. HD 152581b ekzoplaneti 2011-ci ildə kəşf edilmiş nəhəng qaz planetidir.

Müsabiqənin Azərbaycanda rəsmi təşkilatçıları AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Tusi-Bohm Planetarium və Beynəlxalq Astronomiya
İttifaqının Astronomiya Əlaqələndirmə İdarəsinin Azərbaycan nümayəndəliyidir.
Hər kəsi bu müsabiqədə iştirak etməyə dəvət edirik!

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

V Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçiriləcək

11-03-2025

Şagirdlər astronomiya üzrə bilik və bacarıqlarını sınayıblar

16-05-2023

V Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb

02-04-2025

Astronomiya Olimpiadasının qalibləri mükafatlandırılıb

05-12-2024

BDU-da Məktəblilərarası Astronomiya Olimpiadası keçiriləcək

31-10-2019

Beşinci Azərbaycan Astronomiya Olimpiadasının seçim turu keçirilib

04-02-2025

VI Azərbaycan Astronomiya Olimpiadasının finalı keçiriləcək

22-04-2026

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri başlayıb

16-04-2025

“Tanrının gözü” kəşf olunub?

27-02-2009

“Azərbaycan Astronomiya Jurnalı” Scopus bazasına daxil edilib

29-12-2025

Yay məktəbinin tələbələri Azərkosmos-da olub

04-06-2015

Azərbaycanlı astronom NASA-da elmi-tədqiqat aparır

03-04-2026

Növbəti Kosmos Yay festifalı keçirilib

27-08-2019

Gələcəyin mühəndisi layihəsinin mükafatlandırma mərasimi keçirilib

15-04-2019

Astronomlar Saturnun 128 yeni peykini aşkar ediblər

12-03-2025

Şamaxı Astrofizika Rəsədxanasında şagirdlər üçün düşərgə keçirilib

29-07-2022

Azərbaycan məktəbliləri Beynəlxalq Olimpiadada uğur qazanıblar

22-08-2025

“Canlı kainat - planetlərdən qalaktikalara” mövzusunda beynəlxalq konfrans başa çatıb

26-09-2024

Kosmosla bağlı müsabiqənin nəticəsi açıqlanıb

16-04-2018

“Youth vision” beynəlxalq mahnı müsabiqəsinin saytı yaradılıb

07-06-2016

48-ci beynəlxalq epistolyar inşa müsabiqəsinin qalibləri məlum oldu

29-05-2019

Akademik: Ölkədə astrofizika sahəsində tədqiqatlarda süni intellektin tətbiqi müasir dövrün tələbidir

28-09-2024

48-ci beynəlxalq epistolyar inşa müsabiqəsinə start verildi

13-12-2018

Növbəti epistolyar inşa müsabiqəsinə yekun vurulub

02-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə