Avtomobil sahibləri üçün Hesab.az-dan “Optimal KASKO” kampaniyası!

02-08-2021 / 15:39

Azərbaycanda onlayn ödəmələr sahəsində lider olan Hesab.az onlayn xidmətlər platforması PAŞA Sığorta şirkəti ilə daha bir ilkə imza atıb.

Qeyd edək ki, Hesab.az ödəniş platforması xidmətlərin sayını daim genişləndirməklə istifadəçilərinə hər zaman rahat ödəniş imkanı təqdim edir. Platformaya əlavə edilən növbəti xidmət PAŞA Sığorta şirkətinin “Optimal KASKO” məhsuludur. Beləliklə, artıq arzu edən hər kəs Hesab.az platforması vasitəsilə “Optimal KASKO” məhsulu üzrə öz avtomobilinə uyğun sığorta paketinin qiymətini onlayn şəkildə hesablayıb asanlıqla müraciət edə bilər.

Qeyd edək ki, istifadəçilərini hər zaman sevindirməyə çalışan Hesab.az komandası PAŞA Sığorta şirkəti ilə birgə “Optimal KASKO” könüllü avtomobil sığortasını 2 sentyabr tarixinədək platforma üzərindən əldə edən müştərilər üçün xüsusi hədiyyəli kampaniya başladıb. Belə ki, qeyd edilən tarixədək qüvvədə olacaq kampaniya çərçivəsində “Optimal KASKO” məhsulunun 5.000 AZN təminat paketini əldə edəcək hər kəs 50 AZN nominallı, 10.000 AZN təminat paketi seçəcək müştərilər isə tam 100 AZN nominallı hədiyyə yanacaq kartı qazanacaqlar.

Məlumat üçün bildirək ki, “Optimal KASKO” avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, üçüncü şəxsin qanunazidd hərəkəti, oğurluq, yanğın/partlayış, heyvanların hərəkəti və təbii fəlakət kimi risklərə təminat verir. Kampaniyadan faydalanmaq və “Optimal KASKO” sığortasını əldə etmək üçün https://hesab.az/unregistered/#/insurance/casco/optimal keçidi ilə məhsulun Hesab.az səhifəsinə daxil olmaq mümkündür. Kampaniya şərtləri barədə ətraflı məlumatı buradan əldə edə bilərsiniz: https://hesab.az/#/optimal


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə