20-22 sentyabr tarixində Budapeştdə Google və Mərkəzi Avropa Universitetinin birgə təşkilatçılığı ilə “Azad Internet 2010” adlanan layihə təşkil olunub.Bu haqda xeberler.az-a tədbirdə iştirak etmiş Azərbaycanlı nümayəndə "Sosial Yeniliklər Düşərgəsi"nin PR meneceri Rəşad Mehbaliyev məlumat verib.
Tədbirin təşkilatçıları və iştirakçıları arasında Google, YouTube, Facebook, ATƏT, BBC, Dünya Bankı, Fransa Xarici İşlər Nazirliyi, UNESCO, Harvard Kennedi Məktəbi, Oksford İnternet İnstitutu, Yeni Amerika Fondu, Global Voices və s. kimi nüfüzlu şirkət və təşkilatların nümayəndələri olub.
Tədbirin rəsmi açılışını Mərkəzi Avropa Universitetinin Prezidenti və Rektoru Con Şattak və Google şirkətinin Baş Vitse-prezidenti David Drummond edib.Layihə çərçivəsində ilk müzakirə “İnternet və azad ifadənin qısa tarixi” barədə olub.
Tədbirdə Türkiyədə YouTube-un bloklanmasından tutmuş,Facebook-un öz qaydalarına əməl etməməsinə qədər web dünyasının bir çox problemləri müzakirəyə çıxarılıb. İnternet aləmində ən çox problemləri olan ölkə kimi isə daha çox Çinin adı hallanıb.
Tədbirin diqqətçəkən məqamlarından biri ATƏT-dən olan nümayəndə Dunja Mijatovicin Azərbaycanda bloqçuluq və medianın sıxışdırılması haqda fikirləri olub.Dunja Mijatovic,həmçinin, yaxın zamanlarda Azərbaycana səfər edəcəyini də bildirib.
Tədbirin son günü isə nisbətən azad və sərbəst müzakirələrlə yadda qalıb. Belə ki,həmin gün İnternetin milli sərhədləri keçdikcə xeyri ilə bərabər təhlükələr yaratması, məxfilik və ifadə azadlığı arasındakı sərhədlərin müəyyən olunması, milli təhlükəsizlik məsələsinin on-line informasiya azadlığına nə qədər güzəştə gedilə bilməsi məsələləri müzakirə olunub.
Rəşad Mehbaliyevin tədbir haqda daha ətraflı və dolğun təsüratları ilə bu link vasitəsilə tanış ola bilərsiz.
xeberler.az/Ellada
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri