Avropa Şurası və Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası 4 iyun 2009-cu il tarixində Excelsior Mehmanxanasının Afurca zalında “Azərbaycanda İnternet Medianın Tənzimlənməsi” mövzusunda konfrans keçirəcək.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Rabitə və İnformasiya Texnologiyası Nazirliyinin və Milli Televiziya və Radio Şurasının məsul şəxsləri, Milli Məclisin üzvləri, internet və ənənəvi medianın əməkdaşları, həmçinin Azərbaycanda akkreditə olunmuş beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri və Avropa Şurasının ekspertləri iştirak edəcəklər.
Çağdaş günümüzdə baş verən sosial, mədəni və texnoloji dəyişiliklər media üzərində olduqca böyük təsirə malikdir. Yeni kommunikasiya xidmətlərinin və medianın ortaya çıxması bu sahələrdəki ənənəvi vasitələrin böyük çağırışlara məruz qalmasına səbəb olur. Bu yeni vasitələr özləri ilə həm böyük imkanlar, həm də hələ də araşdırılmasına ehtiyac duyulan potensial təhlükələr gətirir.
Müxtəlif maraqlı tərəfləri bir araya gətirməklə konfrans yeni media təşəbbüsləri tərəfindən demokratik dəyərələrin və prinsiplərin tətbiqi və inteqrasiyası yollarının axtarılması üçün dialoq məkanının formalaşdırılmasına çalışacaq. Tədbir eyni zamanda bu sahədə hər hansı məxsusi standartlara və tənzimləmə mexanizmlərinə ehtiyac olub-olmaması sualına da cavab axtarmağa səy gösətərəcək.
Məlumat üçün bildirək ki,konfrans öz işinə səhər saat 09.00-da başlayacaq və həmin gün saat 17.30-dək davam edəcək. Tədbirin işçi dilləri Azərbaycan və İngilis dilləri olacaq.
Daha ətraflı məlumatı http://coe.az ünvanından əldə edə bilərsiniz.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri