ATƏT-in Bakı ofisi “Elektron xidmətlərin qiymətləndirilməsi” mövzusunda Dəyirmi Masa keçirib

20-12-2013 / 10:01
 Tədbirdə 40-dək dövlət qurumunun elektron xidmətlər sahəsi ilə əlaqəli təmsilçisi iştirak edib.
Dəyirmi Masada ATƏT-in Bakı Ofisinin rəsmisi Emmanuel Huntzinger , VXSİ Dövlət Agentliyinin şöbə müdiri Azad Cəfərov, AİF prezidenti və Multimedia Mərkəzinin direktoru Osman Gündüz çıxış edərək, tədbirin məqsədi və əhəmiyyəti haqqında, həmçinin təqdim olunacaq sənədin əhəmiyyəti haqqında məlumat veriblər. 
Tədbirdə Multimedia Mərkəzi tərəfindən ATƏT-in dəstəyi və bir sıra dövlət qurumları ilə əməkdaşlıq şəraitində hazırlanan “Elektron xidmətlərin qiymətləndirilməsi qaydaları və metodikası” adlı sənədin layihəsi təqdim olunub. Sənəd beynəlxalq təcrübə və ölkədəki real vəziyyət nəzərə alınmaqla hər bir elektron xidmətin səviyyəsini müəyyən etmək məqsədilə hazırlanıb. 
Dövlət qurumlarının elektron xidmətlər sahəsində özünü qiymətləndirilməsi məqsədilə hazırlanan və tövsiyə xarakteri daşıyan sənəd ətrafında diskussiya aparılıb.

ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə