“AzInTelecom” MMC tərəfindən yaradılmış “Azcloud” bulud xidmətlərinin hər gün 24 saat ərzində fasiləsiz fəaliyyəti təmin olunub və mərkəz xüsusi rejim müddətində belə ciddi nəzarətdə saxlanılır.
Xeberler.az bildirir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, Cənubi Qafqaz regionunda ISO 20000 və ISO 27001 sertifikatlarına malik ilk data mərkəzi xüsusi sınaqlardan keçirilib və “Tier III” standartına cavab verərək 99,982 faiz etibarlılıq səviyyəsi ilə hazırkı dövrdə də tam gücü ilə xidmət göstərir.
Hazırda əməkdaşlar iki qrup üzrə fəaliyyət göstərir: işinə evdən davam edənlər və texniki dəstək göstərən növbətçi əməkdaşlar. Adi vaxtlarda gigiyenik normalara ciddi nəzarət olunan data mərkəzində texniki işçilərin virusa yoluxma ehtimalını minimallaşdırmaq məqsədilə xüsusi növbəli iş cədvəli yaradılıb. Növbətçi əməkdaşların bədən temperaturu yoxlandıqdan sonra onlar öz işini xüsusi geyimlərdə yerinə yetirir, bu zaman bir-biri ilə qarşılaşmır, növbə bitdikdən sonra isə otaq dezinfeksiya olunur. Məhz telekommunikasiya sahəsində çalışan mütəxəssislərin sayəsində böyükdən kiçiyə hər kəs gündəlik işlərindən, təhsilindən qalmır və ölkə iqtisadiyyatının strateji sahələri fəaliyyətini davam etdirir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri