Azərbaycan Estoniyanın informasiya-kommunikasiya texnologiyaları sahəsindəki təcrübəsindən yararlana bilər. Bunu, yanvar ayının 12-də Azərbaycana səfərindən əvvəl Trend-ə verdiyi müsahibəsində Estoniyanın Prezidenti Toomas Xendrik İlves bildirib.
Estoniya dövlət başçısı qeyd edib ki, dövlət və onun informasiya sistemi birgə inkişaf etməlidirlər, informasiya sistemi dövlətin gündəlik fəaliyyətini ən yüksək səviyyədə dəstəkləməlidir və bu zaman əhalinin, sahibkarların və dövlətlə əlaqədar olan digər şəxslərin maraqları nəzərə alınmalıdır.
“Bu gün, Estoniya bu sahədə böyük nailiyyətlər əldə edib, o cümlədən, dünyanın misilsiz və ən orijinal həlləri. Burada, bütün Estoniyanı əhatə edən X-Tee (X-Road) nəqliyyat səviyyəsini, elektron vergi administrasiyasını, elektron polisi, eləcədə unikal elektron seçki sistemini və ya demək olar ki hər bir estoniyalıda olan İD-kartları misal gətirmək olar. 2007-ci ildə Estoniya sahibkarları tərəfindən Elektron Hökumət Laboratoriyası yaradılıb ki, bu qurumun əsas məqsədi Estoniyanın ən yaxşı elektron idarəetmə metodlarını, eləcədə bu metodların tərtibatçılarını vahid kompleks birlikdə cəmləşdirməkdən ibarətdir ”, - deyə Prezident qeyd edib.
“Mən inanıram ki, Estoniya və Azərbaycan müəssisələri arasında əməkdaşlıq hər iki tərəf üçün əlverişli olacaq”, - deyə Toomas Xendrik İlves əlavə edib, Trend yazır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri