Previous Next
Bağla

AWS: Azərbaycanla birgə işləmək potensialımız yüksəkdir

17-12-2025 12:51
AWS: Azərbaycanla birgə işləmək potensialımız yüksəkdir

ABŞ-nin və dünyanın aparıcı elektron ticarət platforması "Amazon" şirkətinin törəməsi - "Amazon Web Services" (AWS) Azərbaycanla birgə işləmək üçün böyük potensial görür.

Xeberler.az məlumat verir ki, bunu şirkətin Mərkəzi Asiya, Qafqaz və Monqolustan üzrə ölkə meneceri İnna Ozhogina bildirib.

"Digər ölkələrdəki təcrübəmə əsasən, burada biznes üçün "bulud" xidmətlərinin yarada biləcəyi imkan və üstünlüklərin yüksək səviyyədə başa düşüldüyünü, bu bazarın kifayət qədər yetkin olduğunu müşahidə edirəm. Biz böyük "Amazon" ailəsinin bir hissəsiyik və dünya üzrə aparıcı hiperskalerlərdən biriyik. Dünyada mövcud olan bütün növ bizneslər üçün geniş çeşiddə "bulud" xidmətləri təqdim edirik. "Amazon" ailəsi çərçivəsində "Kuipe"r adlı aşağı orbitli peyklərimiz var. Bu, müxtəlif ölkələrə təqdim etdiyimiz xidmətdir. Hazırda bu xidmət Azərbaycanda mövcud deyil, amma ümid edirəm ki, yaxın gələcəkdə əlçatan olacaq. Yəni, təklif edə biləcəyimiz və təcrübə paylaşa biləcəyimiz çoxsaylı xidmətlərimiz var", - deyə o qeyd edib.

Bundan başqa, qonaq deyib ki, AWS Azərbaycanda maliyyə sektoruna texnologiya xidmətləri təklif etməyə maraq göstərir: "Müxtəlif ölkələrdən olan ödəniş şirkətlərinin, bankların və digər maliyyə təşkilatlarının AI, GenAI və digər texnologiyalardan necə istifadə etdiyinə dair çoxlu nümunələr var. Hazırda bizim üçün ən böyük bazar Qazaxıstandır, çünki orada fəaliyyətə bir qədər tez başlamışıq və yaxşı irəliləyiş əldə etmişik. Ümid edirik ki, gələn il və yaxud ən gec iki ildən sonra əməkdaşlıq etdiyimiz şirkət loqoları arasında çoxlu Azərbaycan banklarını və digər maliyyə şirkətlərini də göstərəcəyik".

"Biz regionumuzda mövcud olan məlumatların rezidentliyi və təhlükəsizlik tələblərini çox yaxşı anlayırıq. Həssas və şəxsi məlumatların ölkə daxilində saxlanmalı olduğunu bilirik. Bununla bağlı müəyyən tənzimləmələr var. Maliyyə təşkilatları üçün isə mərkəzi bankların əlavə tələbləri mövcuddur. Biz bunların hamısının fərqindəyik və tam hörmətlə yanaşırıq. Məhz buna görə də təklif etdiyimiz həllərin əksəriyyəti hibrid "bulud" modelinə əsaslanır", - deyə o əlavə edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Amazon” məlumat bazalarını idarə edəcək

18-11-2013

"Amazon" və "OpenAI" 38 milyard dollarlıq müqavilə imzalayıb

04-11-2025

“Amazon” və “Google” çoxbuludlu xidmət təqdim edib

01-12-2025

Türkiyədə Amazon-un rəsmi ofisi açıldı

04-12-2015

“Amazon” Rusiyaya malların göndərilməsini dayandırır

10-03-2022

“Amazon” ChatGPT-yə sərmayə yatıracaq

30-01-2026

Amazon Web Services Azərbaycanda

18-12-2025

Rəşad Nəbiyev “Amazon Web Services” in vitse-prezidenti ilə görüşüb

09-12-2025

Rusiya Azərbaycanda İT cəmiyyəti yaratmaq istəyir

25-05-2017

Amazon Londonda məlumat emalı mərkəzi yaradır

21-08-2015

Eli Kohen: Azərbaycanla kiber texnologiyalar sahəsində əməkdaşlığımız var

29-03-2023

Azercell Amazon ilə tərəfdaşlıq qurur

07-10-2025

"Amazon"un məlumat mərkəzinə zərbə endirilib

05-03-2026

"Azərkosmos": "Məqsədimiz informasiya təhlükəsizliyini qorumaq olsa da, bununla məhdudlaşmadıq"

04-10-2023

Azərbaycanda elektron ticarət xidmətləri göstərən startaplar və layihələr təsdiqlənməyə çalışırlar – ŞƏRH

12-10-2023

Alibaba dünya bulud biznesinə 1 milyard dollar yatırır

30-07-2015

Əli Abbasov: "İnvestisiyalarımız məhsullarımızı dünya bazarına çıxarmağa yönəlib"

11-04-2015

Gələn il Yevlaxda Data Mərkəzi təhvil veriləcək

22-12-2019

“Kuiper” internet peyklərinin ilk partiyasının buraxılışı uğursuz olub

11-04-2025

Azərbaycan məhsullarını Amazon-a çıxarır

08-08-2017

İqtisadçı: “Azərbaycanla Mərkəzi Asiyanın innovasiya əməkdaşlığı genişləndirilməlidir”

27-10-2023

İnarə Vəliyeva: "Azərbaycanda kibertəhlükəsizlik sahəsində kifayət qədər mütəxəssis yoxdur"

31-01-2024

Bakıda Oracle Day konfransı keçirilir

15-05-2018

Trendyol Group birbaşa Azərbaycanda işləyəcək

01-05-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə