Previous Next
Bağla

Microsoft WCO IT/TI 2019 Konfrans və Sərgisində iştirak etdi

19-06-2019 10:54
Microsoft WCO IT/TI 2019 Konfrans və Sərgisində iştirak etdi

18 iyun, Fineko/abc.az. 12-14 iyunda Bakıda baş tutmuş Dünya Gömrük Təşkilatının İT üzrə tədbirinin - WCO IT/TI 2019 Konfrans və Sərgisinin dəstəkləyicilərindən biri olmuş “Microsoft” konfransda yeni innovasiya və texnoloji həllərin təqdimatı ilə çıxış edib.

Xeberler.az bildirir ki, şirkəti tədbirdə qlobal texno strateq Frenk Kolvert, gömrük və ticarət işləri üzrə direktor Con Besçek, dövlət qurumları üzrə həllərin direktoru Valentina İon, Mərkəzi və Şərqi Avropa dövlətləri üçün sənaye həlləri üzrə direktor Evanqelos Xrisafidis və “Microsoft Azerbaijan”ın dövlət qurumları ilə iş üzrə rəhbəri Kamran Əsədov təmsil edib.

Konfransa spiker qismində qatılan Frenk Kolvert çıxışında ən son innovasiyaların risk menecmentində tətbiqi, həmçinin gömrük və sənayedə Iot texnologiyasının reallaşdırılıması haqqında danışıb. Qlobal mütəxəssis yeni innovasiyaların işçilərin fəaliyyətlərinin rəqəmsallaşdırılması, qurumlar arasında əməkdaşlığın artırılması, büdcələrin optimallaşdırılması, köhnəlmiş amma bahalı texnologiların yenilənməsində əhəmiyyətini  vurğulayıb. “Microsoft”un texnologiya və innovasiya sahəsində böyük təcrübəsini önə çəkən ekspert şirkətin geniş portfoliosu, tərəfdaş ekosistemi, İot təcrübəsi barədə konfrans iştirakçılarına geniş məlumat verib. Frenk Kolvertin risk menecmenti və Iot texnologiyası haqqında çıxışlarını aşağıdakı linklərə daxil olaraq izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=rozMCTkX6Mo

https://www.youtube.com/watch?v=f2XM5oLqgJY

Qeyd edək ki, “Microsoft” dünya üzrə E-Gömrük və E-Ticarət  biznesini optimallaşdırmağa kömək edir. Bunun üçün şirkət dövlətlər və biznes arasında beynəlxalq ticarətdə təhlükəsizliyin artırılması və qiymətlərin endirilməsi üçün gömrük və ticarət prosedurlarının sadələşdirilməsi, uyğunlaşdırılması, standartlaşdırılması və müasirləşdirilməsini həyata keçirir.

Məlumatların təhlükəsiz ötürülməsinə əsaslanmış “milli vahid pəncərə” sistemi və riskin dəyərləndirilməsi yanaşması “Microsoft” və tərəfdaşlarının təklif etdiyi həllərdən cəmi ikisidir. “Microsoft”un məqsədi ən son texnoloji innovasiyalar olan İoT, süni intellekt və blokçeyni gömrük orqanları və onların tərəfdaşlarının məqsədlərinə çatmaları üçün əlçatan etməkdir. Gömrük prosedurları və gömrük işçilərinin təlimləri üçün nəzərdə tutulmuş sərgidə  “HoloLens” cihazı iştirakçılar tərəfindən maraqla qarşılandı.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Microsoft WCO IT/TI 2019 Konfrans və Sərgisində iştirak edir

11-06-2019

Bakıda “Microsoft” İnnovasiya Günü keçirilib

12-03-2015

Microsoft yeni məhsullarını təqdim edir

30-11-2016

Microsoft Bakıda böyük tədbir keçirəcək

15-02-2018

Əşyaların interneti təcrübə proqramının iştirakçılarına sertifikatlar təqdim olunub

07-02-2020

Microsoft Bakıda konfrans keçirəcək

30-11-2008

“İOT Lab”-ın ali məktəb nümayəndələri üçün açılışı olub

28-06-2019

Microsoft şirkəti “Bakutel 2011” sərgisinin baş sponsorudur

22-11-2011

Azərbaycan "Microsoft"la Rəqəmsal Bacarıq Mərkəzinin yaradılmasını müzakirə edib

11-02-2026

Peşə Təhsil Mərkəzində Microsoft məhsullarının səmərəliliyindən danışılıb

24-12-2019

“Microsoft”-dan Azərbaycanın startap layihələrinə dəstək

31-01-2015

Bakıda “Microsoft” İnnovasiya Günü keçiriləcək

06-03-2015

Azərbaycan hökuməti süni intellekt strategiyasının hazırlanması ilə məşğuldur

08-07-2019

“Blokçeyin ciddi problemlərin aradan qaldırılmasına imkan yaradır”

15-09-2017

Microsoft Bakıda İT rəhbərlər üçün seminar keçirib

28-11-2016

İKT qadınlara həsr olunmuş “DigiGirlz” konfransı keçirilib-Fotolar

04-06-2015

London şəhərində “İnnovativ məktəb” mövzusunda beynəlxalq konfrans keçirilib

23-01-2009

BakuTel sərgisində Microsoft Windows 8 əməliyyat sistemi nümayiş olundu

07-11-2012

“Microsoft texnologiyaları neft-qaz sahəsində çalışanlara kömək edir”

01-06-2017

Microsoft Azerbaijan şirkətinə yeni baş menecer təyin edilib

07-11-2019

Bakıda elektron hökumətin formalaşması məsələləri müzakirə olunacaq

02-06-2010

İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində laboratoriya yaradılacaq

29-10-2018

Brüsseldə İSSE-2018 konfransı keçirilir

06-11-2018

Microsoft Bakıda proqramçıları bir araya topladı

28-02-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə