Previous Next
Bağla

Azərbaycan məlumatların idarə olunmasında Avropa təcrübəsindən yararlanır

04-03-2019 11:41
Azərbaycan məlumatların idarə olunmasında Avropa təcrübəsindən yararlanır

Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın kadastrı və torpaq idarəçiliyi sahəsində məlumatların idarə olunmasının daha da təkmilləşdirilməsi üçün Avropa təcrübəsindən yararlanır.

Xeberler.az  bildirir ki, bu məqsədlə Avropa İttifaqının Ekspert Missiyası TAIEX proqramı çərçivəsində komitə nümayəndələri üçün seminar keçirib. Seminar 2 günlük olmaqla martın 5-dək davam edəcək. Qeyd olunmalıdır ki, komitənin təqdim etdiyi 5 layihə Avropa İttifaqı tərəfindən qəbul edilib və bu istiqamətlər üzrə ekspert
missiyası seminar keçirir.

“Daşınmaz əmlak kadastrı məlumatlarının idarə olunması” mövzusunda keçirilən tədbirdə Avropa İttifaqının ekspertlərindən olan Sloveniyanın Mərzçəkmə və Xəritəçəkmə Qurumunun baş direktoru Tomas Petek, Riqa Texniki Universitetinin Memarlıq və şəhərsalma fakültəsində tədqiqatçı Sarmite Barvika, Xorvatiyanın Şimal Universiteti – Varazdin Universitet Mərkəzinin professoru Danko Markovinoviç iştirak ediblər. Tədbirin məqsədi kadastr və torpaq inzibatçılığı sahəsində tətbiq edilən müasir elementlər, mexanizmlər, çağdaş dövrün tələblərinə uyğun istifadə olunan yeniliklər barədə məlumatlanmaq, mövzu ətrafında müzakirələrin aparılmasıdır. Həmçinin bu sahələrin idarəedilməsində effektivliyin təmin olunması ilə bağlı qarşılıqlı əməkdaşlıq, birgə təcrübə mübadiləsinin aparılması, əhəmiyyətli layihələrin həyata keçirilməsidir.

Tədbirin əhəmiyyətinə toxunan avropalı ekspertlər qarşılıqlı əməkdaşlığın kadastr uçotu işlərində operativliyin artmasına, torpaq istifadəçiliyində nəzarət tədbirlərinin daha intensiv metodlarla, avtomatlaşdırılmış mexanizmlərlə aparılmasına imkan verəcəyini bildiriblər. Sloveniyalı Tomas Petek “Daşınmaz əmlak kadastrı məlumatlarının idarə olunması sahəsində Avropa təcrübəsi” adlı mövzu ilə çıxış edib. Ölkəsində, eləcə də digər Avropa dövlətlərində bu sahədə tətbiq edilən avadanlıqlar, cihazlar barəsində məlumat verib, müasir standartlara cavab verən yeni texnologiyalardan bəhs edib. Qeyd edib ki, idarəetmənin təkmilləşdirilməsi üçün bu sahədə əldə olunan məlumatlara əlçatanlıq təmin edilməlidir. Belə ki, mövcud məlumatlardan istifadənin asanlaşdırılması üçün vahid platforma yaradılmalıdır. Mütəxəssis “Kadastr məlumat bazasının strukturu” mövzusunda da iştirakçılara sahəvi məlumatlar verib.

Daha sonra çexiyalı mütəxəssis Sarmite Barvikanın “Mülkiyyət növü və ya torpaqların və daşınmaz əmlak obyektlərinin istifadəsinə görə məlumatların səmərəli toplanması və idarə olunması” mövzusundakı təqdimatı nümayiş olunub. Mütəxəssis ölkəsində tətbiq edilən təcrübədən danışıb, bu sahənin inkişafı istiqamətində həyata keçirilən texnoloji üsullar barədə məlumat verib. Qeyd edib ki,torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin dəqiq uçotu aparılmalıdır. Xorvatiyalı professor Danko Markovinoviç çıxışında dövlət reyestrində qeydiyyata alınmış torpaq və daşınmaz əmlak obyektlərinin məlumat bazasının strukturu, idarə olunması və digər bu kimi məsələlərə toxunub. Bildirib ki, daşınmaz əmlak, o cümlədən torpaq balansı düzgün tərtib olunmalı, məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə nəzarət təmin edilməlidir.

Daha sonra torpaq idarəçiliyi və kadastr sahəsində tətbiq edilən müasir üsullar, reallaşdırılan yeni layihələr barədə təqdimatlar olub. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən torpaqların elektron kadastr uçotu işlərinin nəticələri əcnəbi ekspertlərin marağına səbəb olub. Hazırda torpaqların kadastr uçotu işləri yekunlaşmış 30 rayonun 24-də layihənin nəticələri praktiki istifadə üçün aidiyyəti orqanların istifadəsinə verilib, bununla bağlı
təqdimatlar keçirilib. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaqların səmərəli istifadəsinə də nəzarət beynəlxalq prinsiplərə uyğun olaraq effektiv aparılır. Belə ki, dövlət nəzarətinin həyata keçirilməsində çevikliyi artıran, qanunsuz tiklilərin qarşısını alan Peyk Nəzarət Sistemi tətbiq ediləcək. Bununla yanaşı komitənin müfəttişləri yerlərdə monitorinqlər həyata keçirirlər.

Ötən il ərzində İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 1300-ə yaxın hal üzrə inzibati protokol tərtib olunub. Torpaq qanunvericiliyinin tələblərinin pozulmasına qarşı həyata keçirilən inzibati tədbirlərlə yanaşı, maarifləndirmə və izahat işləri aparılır. 2018-ci il ərzində respublikanın 26 rayonunda maarifləndirmə tədbirləri keçirilib. 2015-2018-ci illərdə hüquqi və fiziki şəxslərə 6 minə yaxın xəbərdarlıq xarakterli bildiriş təqdim edilib. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar avropalı ekspertlər tərəfindən cavablandırılıb. Qeyd olunmalıdır ki, bu kimi tədbirlərin təşkili gələcək illərdə də davam etdiriləcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək

Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək

06-10-2015
Goranboyda torpaqların elektron kadastr işlərinə start verilib

Goranboyda torpaqların elektron kadastr işlərinə start verilib

30-07-2018
Torpaqların elektron kadastr uçotu işlərinin nəticələrindən artıq vətəndaşlar da faydalanır

Torpaqların elektron kadastr uçotu işlərinin nəticələrindən artıq vətəndaşlar da faydalanır

20-12-2018
37 rayonda elektron kadastr uçotu işləri başa çatdırılıb

37 rayonda elektron kadastr uçotu işləri başa çatdırılıb

11-07-2019
Regionlarda torpaqlar elektron uçota alınır

Regionlarda torpaqlar elektron uçota alınır

20-10-2017
14 rayonda torpaqlar elektron qeydiyyata alınıb

14 rayonda torpaqlar elektron qeydiyyata alınıb

05-02-2018
Ölkə ərazisində bütün torpaq məlumatları rəqəmsallaşdırılacaq

Ölkə ərazisində bütün torpaq məlumatları rəqəmsallaşdırılacaq

13-06-2017
Elektron kadastr uçot işlərinə başlanıldı

Elektron kadastr uçot işlərinə başlanıldı

14-06-2018
Torpaq idarəçiliyində milli peykdən istifadə ediləcək

Torpaq idarəçiliyində milli peykdən istifadə ediləcək

07-05-2018
Torpaq istifadəçiliyində planşetlərin tətbiqinə start verilib

Torpaq istifadəçiliyində planşetlərin tətbiqinə start verilib

18-10-2019
Azərbaycanda yeni sistem: Torpaqların qeydiyyatı asanlaşır

Azərbaycanda yeni sistem: Torpaqların qeydiyyatı asanlaşır

19-11-2015
Bakının elektron kadastr məlumat bazası yaradılıb

Bakının elektron kadastr məlumat bazası yaradılıb

23-09-2015
Torpaqların elektron uçotunda peyk xidmətindən istifadə ediləcək

Torpaqların elektron uçotunda peyk xidmətindən istifadə ediləcək

22-02-2017
14 rayonda torpaqlar elektron uçata alınıb-Hesabat

14 rayonda torpaqlar elektron uçata alınıb-Hesabat

12-03-2018
Torpaqların elektron uçotu qaydaları təsdiqlənib-Fərman

Torpaqların elektron uçotu qaydaları təsdiqlənib-Fərman

08-03-2016
Kadastr kalkulyatoru yaradılıb

Kadastr kalkulyatoru yaradılıb

04-09-2018
Naviqasiya sistemindən istifadə sayı 100 minə çatır

Naviqasiya sistemindən istifadə sayı 100 minə çatır

24-07-2017
Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Daşkəsən rayonunda istifadəyə verildi

Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Daşkəsən rayonunda istifadəyə verildi

18-12-2018
Ağdaş rayonunda elektron kadastr uçotu bitdi

Ağdaş rayonunda elektron kadastr uçotu bitdi

06-03-2019
Əmlak Məsələləri Dövlət Komitəsi məlumatların inteqrasiyasına start verib

Əmlak Məsələləri Dövlət Komitəsi məlumatların inteqrasiyasına start verib

12-07-2019
Daşınmaz əmlakın qeydiyyatında “bir pəncərə” prinsipinin tətbiqinə başlanılıb

Daşınmaz əmlakın qeydiyyatında “bir pəncərə” prinsipinin tətbiqinə başlanılıb

01-10-2015
Azərbaycanda ərazilərin rəqəmsal xəritəsi hazırlanır

Azərbaycanda ərazilərin rəqəmsal xəritəsi hazırlanır

01-08-2017
Torpaqlardan istifadəyə nəzarət müasir texnologiyalar əsasında keçiriləcək

Torpaqlardan istifadəyə nəzarət müasir texnologiyalar əsasında keçiriləcək

17-10-2019
Elektron kadastr uçotu sahəsində yeni ilin ilk nəticəsi Neftçala rayonunda istifadəyə verildi

Elektron kadastr uçotu sahəsində yeni ilin ilk nəticəsi Neftçala rayonunda istifadəyə verildi

17-01-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə