Previous Next
Bağla

Torpaq istifadəçiliyində planşetlərin tətbiqinə start verilib

18-10-2019 11:51
Torpaq istifadəçiliyində planşetlərin tətbiqinə start verilib

Daima yenilikləri ilə fərqlənən Əmlak Məsələləri Dövlət Komitəsi bu dəfə də fəaliyyətində innovativ yanaşma tətbiq etməklə ictimaiyyətin diqqətini cəlb edib. Belə ki, torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarət müasir texnologiyalar əsasında, planşetlər vasitəsilə həyata keçiriləcək. Torpaqla bağlı nəzarət mexanizmini təkmilləşdirəcək planşetlərin istifadə qaydaları, üstünlükləri, mahiyyəti ilə bağlı oktyabrın 17-də, Əmlak Xidmətləri Məkanında geniş tədbir keçirilib. Təqdimatda komitə nümayəndələri, Bələdiyyələrlə iş mərkəzinin əməkdaşları, əmlak ekspertləri, bir sıra Qeyri Hökumət Təşkilatlarının nümayəndələri, jurnalistlər iştirak ediblər.

Xeberler.az bildirir ki, tədbirdə çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktorunun müavini Eldəniz Qafarov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi fəaliyyəti üzrə institusional yeniliklərin, innovativ xidmətlərin, müasir yanaşmaların tətbiqini genişləndirir. Komitə digər sahələrlə yanaşı, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin təkmilləşdirilməsi ilə bağlı torpaq inzibatçılığında yeni yanaşmalar, intensiv metodlar, mütərəqqi texnoloji yeniliklər tətbiq edir.

Yeniliklərdən biri də təqdimatı keçirilən Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin məlumatları əlavə olunmuş planşetlərdir. Planşetdən istifadə etməklə torpaq sahələrinə daha sistemli şəkildə nəzarət olunur, işin keyfiyyəti artır, idarəetmə mexanizmi təkmilləşir.

Həmçinin qeyd olunub ki, torpaq istifadəçiliyində növbəti yeniliklərdən biri də suni intellekt və peyk imkanlarından istifadə edilərək qurulan “Torpaq səthinin monitorinqi və Peyk Nəzarət Sistemi”dir. Bu sistem vasitəsi ilə əldə ediləcək peyk məlumatları torpaqların təyinatından kənar və ya qeyri-səmərəli istifadə hallarını vaxtında aşkar edib daha operativ qaydada tədbirlər görməyə imkan verəcək.

Həmçinin torpaqların keyfiyyətində baş verən dəyişikliklərin operativ olaraq müəyyənləşməsinə şərait yaradacaq. Daha sonra Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, bu informasiya daşıyıcısının istifadəsi torpaq qanunvericiliyinin pozulması hallarının qarşının alınmasına, bu sahədə görülən işin operativ olaraq yerinə yetirilməsinə, şəffaflığın artırılmasına imkan verəcək.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə çıxışında bildirib ki, torpaq inzibatçılığında planşetlərin istifadəsi görülən işin avtomatlaşmasına, bu sahədə tətbiq ediləcək innovativ yanaşmaların genişlənməsinə şərait yaradacaq.

Tədbirdə planşetlərin istifadə qaydaları, üstünlükləri, mahiyyətindən bəhs edən təqdimat olub. Bildirilib ki, ölkə üzrə ən iri layihələrdən olan Torpaqların Elektron Kadastr Uçotu Informasiya Sisteminin məlumatları, o cümlədən qeydiyyatdan keçmiş daşınmaz əmlaklar haqqında informasiyalar planşetlərə inteqrasiya olunub.

Qeyd edilməlidir ki, planşetin olduğu ərazinin koordinatları avtomatik olaraq ekranda əks olunur. Komitənin torpaqlardan istifadəyə və mühafizəsinə dövlət nəzarətini həyata keçirən müfəttişləri bu planşetlərdən istifadə etməklə elektron kadastr məlumat bazasına onlayn daxil olaraq, torpaq sahəsinin kateqoriyasına dair məlumatları real vaxt rejimində əldə edir, torpaq qanunvericiliyinin tələblərinin pozulduğu yerin koordinatlarını və ortofoto görüntüsünü, həmin yerin hansı mülkiyyətə aid olduğunu müəyyənləşdirir. Bundan başqa Daxili İşlər Nazirliyinin İdarələrarası Avtomatlaşdırılmış Məlumat-Axtarış Sisteminə real vaxt rejimində, birbaşa çıxış təmin edilməklə inzibati xəta törətmiş şəxs barədə məlumatlar dərhal əldə olunur.

Qeyd edilməlidir ki, protokollar həm elektron formada tərtib olunur, həm də kağız üzərində doldurularaq təqdim edilir. Vətəndaşın şəxsiyyəti barədə məlumatlar proqrama əlavə olunmuş DİN-in informasiya sistemindən (İAMAS) əldə olunur və tərtib olunmuş protokol barədə vətəndaşın mobil telefonuna SMS vasitəsi ilə məlumat verilir. Vətəndaş ödəniş terminallarına protokolun nömrəsini daxil etməklə ödənişini yerinə yetirir.

Planşetin istifadəsi ilə inzibati cərimələrin tətbiqi ilə bağlı qərarlar, onlar haqqında məlumatlar dərhal əldə olunur, məlumatların vaxtında çatdırılması, ödənişlərə nəzarət edilməsində operativlik təmin edilir.

Eyni zamanda bu informasiya daşıyıcısının istifadəsi ilə müfəttişin nəzarət funksiyası avtomatlaşır, daha da optimallaşır, o cümlədən vaxta qənaət etməklə səmərəli fəaliyyətə və torpaq qanunvericiliyinin pozulmasına qarşı daha effektiv tədbirlərin görülməsinə şərait yaranır.

Layihənin reallaşdırılması əhalinin maarifləndirilməsinə, inzibati xəta hallarının azalmasına, qanunvericiliyə riayət olunmasına, gələcəkdə torpaq qanunvericiliyin tələblərinin pozulması hallarının yenidən yol verilməməsinə imkan verəcək. Gələcəkdə isə qanunvericilikdə müvafiq dəyişikliklər aparmaqla elektron protokol yazılması və qərar qəbul edilməsinin tətbiqi nəzərdə tutulur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Torpaqlardan istifadəyə nəzarət müasir texnologiyalar əsasında keçiriləcək

Torpaqlardan istifadəyə nəzarət müasir texnologiyalar əsasında keçiriləcək

17-10-2019
Torpaq idarəçiliyində milli peykdən istifadə ediləcək

Torpaq idarəçiliyində milli peykdən istifadə ediləcək

07-05-2018
Torpaqların istifadəsində Peyk nəzarət sistemi qurulur

Torpaqların istifadəsində Peyk nəzarət sistemi qurulur

11-05-2018
Goranboyda torpaqların elektron kadastr işlərinə start verilib

Goranboyda torpaqların elektron kadastr işlərinə start verilib

30-07-2018
Azərbaycan məlumatların idarə olunmasında Avropa təcrübəsindən yararlanır

Azərbaycan məlumatların idarə olunmasında Avropa təcrübəsindən yararlanır

04-03-2019
Ölkə ərazisində bütün torpaq məlumatları rəqəmsallaşdırılacaq

Ölkə ərazisində bütün torpaq məlumatları rəqəmsallaşdırılacaq

13-06-2017
Regionlarda torpaqlar elektron uçota alınır

Regionlarda torpaqlar elektron uçota alınır

20-10-2017
Elektron kadastr uçot işlərinə başlanıldı

Elektron kadastr uçot işlərinə başlanıldı

14-06-2018
Torpaq nəzarətində planşetlərdən istifadə olunacaq

Torpaq nəzarətində planşetlərdən istifadə olunacaq

17-10-2019
14 rayonda torpaqlar elektron qeydiyyata alınıb

14 rayonda torpaqlar elektron qeydiyyata alınıb

05-02-2018
Azərbaycanda yeni sistem: Torpaqların qeydiyyatı asanlaşır

Azərbaycanda yeni sistem: Torpaqların qeydiyyatı asanlaşır

19-11-2015
Rəqəmsal kadastr xəritəsi əsasında paytaxtın Baş Planı formalaşır

Rəqəmsal kadastr xəritəsi əsasında paytaxtın Baş Planı formalaşır

12-09-2019
37 rayonda elektron kadastr uçotu işləri başa çatdırılıb

37 rayonda elektron kadastr uçotu işləri başa çatdırılıb

11-07-2019
Rəqəmsal kadastr xəritəsi nə zaman hazır olacaq ?

Rəqəmsal kadastr xəritəsi nə zaman hazır olacaq ?

16-09-2019
Elektron kadastr uçotu sahəsində yeni ilin ilk nəticəsi Neftçala rayonunda istifadəyə verildi

Elektron kadastr uçotu sahəsində yeni ilin ilk nəticəsi Neftçala rayonunda istifadəyə verildi

17-01-2019
Torpaqların elektron kadastr uçotu işlərinin nəticələrindən artıq vətəndaşlar da faydalanır

Torpaqların elektron kadastr uçotu işlərinin nəticələrindən artıq vətəndaşlar da faydalanır

20-12-2018
Daha bir cəbhə bölgəsinin torpaq istifadəçiliyində yeni idarəetmə dövrü başladı

Daha bir cəbhə bölgəsinin torpaq istifadəçiliyində yeni idarəetmə dövrü başladı

27-11-2018
Naxçıvanda torpaqların elektron qeydiyyatı aparılır

Naxçıvanda torpaqların elektron qeydiyyatı aparılır

31-10-2015
Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Daşkəsən rayonunda istifadəyə verildi

Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Daşkəsən rayonunda istifadəyə verildi

18-12-2018
Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Masallı rayonunda istifadəyə verildi

Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Masallı rayonunda istifadəyə verildi

25-12-2018
Azərbaycanda ərazilərin rəqəmsal xəritəsi hazırlanır

Azərbaycanda ərazilərin rəqəmsal xəritəsi hazırlanır

01-08-2017
Kadastr kalkulyatoru yaradılıb

Kadastr kalkulyatoru yaradılıb

04-09-2018
Ölkədə  4 milyon hektardan çox torpaq məlumatı rəqəmsallaşdırılıb

Ölkədə 4 milyon hektardan çox torpaq məlumatı rəqəmsallaşdırılıb

19-04-2017
Ağdaş rayonunda elektron kadastr uçotu bitdi

Ağdaş rayonunda elektron kadastr uçotu bitdi

06-03-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə