Previous Next
Bağla

Azərbaycan milli mətbuatının 141 yaşı tamam olur

22-07-2016 09:39
Azərbaycan milli mətbuatının 141 yaşı tamam olur

Bu gün Azərbaycanda milli mətbuatın yaranması günüdür.

Xeberler.az bildirir ki, 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub.

“Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoydu, cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası oldu, Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi.

Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi”nin ənənələrini davam etdirdi. Bu mətbuat orqanlarının əsas hədəfi cəhalətə, haqsızlığa qarşı mübarizə, maarifləndirmə idi. Zəngin və şərəfli yolla addımlayan Azərbaycan mətbuatı bir neçə mərhələdən keçdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə azad mətbuatın, eləcə də hadisələrə yeni baxışın təməli qoyuldu. Növbəti mərhələ isə Azərbaycan Xalq Cümhuriyyətinin bolşeviklər tərəfindən işğalından sonrakı dövrü əhatə edir. 141 yaşlı mətbuatın 70 ili bu kommunist dikaturası dövrü ilə bağlıdır. Həmin dövrdə Azərbaycan mətbuatı mövcud problemləri daha çox sətiraltı mənada yazırdı. Çünki mətbuat SSRİ-nin yürütdüyü siyasətin, ideologiyanın ruporu idi. Həmin dövrdə fərqli düşünmək, yazmaq yasaqlanmışdı.

1980-ci illərin II yarısından başlayaraq Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu. Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk fərmanı da Heydər Əliyev imzalayıb.

Ümumilikdə, ulu öndər mətbuatın problemlərinin həlli ilə bağlı 10-dan çox sərəncam və fərman imzalayıb. 1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” beynəlxalq tələblərə cavab verən qanun qəbul edilib. Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli sərəncamı ilə Azərbaycanda senzura ləğv olunub.

Ölkədə söz və mətbuat azadlığına, KİV-lərə ən yüksək səviyyədə diqqət və qayğı var. Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında KİV-lərin inkişafına dövlət dəstəyi Konsepsiyasının” təsdiq edilməsi, bir il sonra, 3 aprel 2009-cu il tarixində Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədilə atılan mühüm addımlar idi.

Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir.

Prezident İlham Əliyevin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” sərəncamı isə jurnalistlərə yeni əhval-ruhiyyə gətirib, böyük rəğbətlə qarşılanıb. Mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu ildə Prezidentin ehtiyat fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsaitin ayrılması mətbuat tarixində mühüm hadisə kimi dəyərləndirilib.

2013-cü il iyulun 22-də Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib. Dövlət başçısı həmin il mətbuat işçiləri üçün ikinci yaşayış binasının tikintisi ilə bağlı sərəncam imzalayıb.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan milli mətbuatının 142 yaşı tamam olur

22-07-2017

Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür

22-07-2025

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür

22-07-2021

Prezident jurnalistlər üçün tikilmiş binada mənzillərin paylanması mərasimində iştirak edib

20-07-2017

Azərbaycan mətbuatı 140 illiyini qeyd edir

22-07-2015

Prezident İlham Əliyev mətbuata əlavə maliyyə yardımı ayırıb

22-07-2020

Prezident jurnalistlərlə görüşdü

21-07-2015

22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür

22-07-2022

“Hədəf” İnformasiya Agentliyinin təqdimat mərasimi keçirilib.

21-07-2010

BŞTİ Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib

20-07-2022

DİM Milli Mətbuat Günü münasibəti ilə bütün media nümayəndələrini təbrik edir!

22-07-2022

Milli mətbuatın 150 illik yubiley medalının təsis olunması qəbul edilib

03-02-2025

“Nar” mətbuat nümayəndələrini təbrik etdi

24-07-2018

KİV-in İnkişafına Yardım Fondununa hələlik heç bir mətbuat orqanı layihə təqdim etməyib

10-07-2009

Azərbaycanda KİV-in dünya informasiya məkanına çıxışı vəziyyəti ilə bağlı dəyirmi masa keçirilib

14-10-2009

“Regionlarda mətbuatın vəziyyəti ağırdır”

06-10-2009

Bu gün Ümumdünya Mətbuat Azadlığı Günüdür

03-05-2016

Azərbaycan Qadın Jurnalistlər Birliyi Milli Mətbuat Günü ilə bağlı tədbir keçirib

22-07-2009

KİV-ə Dəstək Fondunda təmsilçilərin siyahısı açıqlanıb

13-04-2009

Azərbaycanın media nümayəndələrinə

22-07-2022

Milli mətbuatın 145 illiyi münasibətilə poçt markası hazırlanıb

22-07-2020

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin yeni saytı istifadəyə verilib

18-02-2011

Mətbuat Şurasında uşaq və gənclər mətbuatının vəziyyəti müzakirə ediləcək

26-10-2009

MEDİA Milli mətbuatın yubileyi çərçivəsində seminarlara başlayıb

19-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə