Previous Next
Bağla

Azərbaycan milli mətbuatının 142 yaşı tamam olur

22-07-2017 09:03
Azərbaycan milli mətbuatının 142 yaşı tamam olur

 Bu gün Azərbaycanda milli mətbuatın yaranması günüdür.

Xeberler.az-ın məlumatına görə, 142 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub.

Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi”nin ənənələrini davam etdirdi. Bu mətbuat orqanlarının əsas hədəfi cəhalətə, haqsızlığa qarşı mübarizə, maarifləndirmə idi. Zəngin və şərəfli yolla addımlayan Azərbaycan mətbuatı bir neçə mərhələdən keçdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə azad mətbuatın, eləcə də hadisələrə yeni baxışın təməli qoyuldu. Növbəti mərhələ isə Azərbaycan Xalq Cümhuriyyətinin bolşeviklər tərəfindən işğalından sonrakı dövrü əhatə edir. 142 yaşlı mətbuatın 70 ili bu kommunist dikaturası dövrü ilə bağlıdır. Həmin dövrdə Azərbaycan mətbuatı mövcud problemləri daha çox sətiraltı mənada yazırdı. Çünki mətbuat SSRİ-nin yürütdüyü siyasətin, ideologiyanın ruporu idi. Həmin dövrdə fərqli düşünmək, yazmaq yasaqlanmışdı.

1980-ci illərin II yarısından başlayaraq Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu mərhələ həm də Azərbaycan dövlətçiliyi, demokratik dövlət quruculuğu dövrüdür.

Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir.

Dövlət başçısının Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında jurnalistlər üçün iki yaşayış binası tikilib. 2013-cü və 2017-ci illərdə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib. Dövlət başçısı mətbuat işçiləri üçün sayca üçüncü yaşayış binasının tikintisi ilə bağlı sərəncamını isə bugünlərdə imzalayıb.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan milli mətbuatının 141 yaşı tamam olur

22-07-2016

Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür

22-07-2025

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür

22-07-2021

Azərbaycan mətbuatı 140 illiyini qeyd edir

22-07-2015

Prezident jurnalistlər üçün tikilmiş binada mənzillərin paylanması mərasimində iştirak edib

20-07-2017

22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür

22-07-2022

“Nar” mətbuat nümayəndələrini təbrik etdi

24-07-2018

DİM Milli Mətbuat Günü münasibəti ilə bütün media nümayəndələrini təbrik edir!

22-07-2022

Milli mətbuatın 150 illik yubiley medalının təsis olunması qəbul edilib

03-02-2025

“Hədəf” İnformasiya Agentliyinin təqdimat mərasimi keçirilib.

21-07-2010

Azərbaycan Qadın Jurnalistlər Birliyi Milli Mətbuat Günü ilə bağlı tədbir keçirib

22-07-2009

Prezident jurnalistlərlə görüşdü

21-07-2015

BŞTİ Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib

20-07-2022

Bu gün Ümumdünya Mətbuat Azadlığı Günüdür

03-05-2016

Mətbuatın 150 illiyi ilə əlaqədar keçirilən seminarlar başa çatıb

20-06-2025

MEDİA Milli mətbuatın yubileyi çərçivəsində seminarlara başlayıb

19-06-2025

Milli Mətbuat günündə Azercell-dən hədiyyə

22-07-2019

Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur

22-07-2009

Milli mətbuatın 145 illiyi münasibətilə poçt markası hazırlanıb

22-07-2020

«Liderlik Məktəbi»ndə mətbuatın durumu müzakirə olundu

28-09-2009

“Azərbaycanda internet-mətbuatın peşəkarlığı ilə bağlı problemlər var”

04-06-2009

"Azercell" Milli Mətbuat və Jurnalistika günü münasibətilə media nümayəndələrini təbrik edir

22-07-2021

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin yeni saytı istifadəyə verilib

18-02-2011

28 May – Respublika Günü tariximizin ən şanlı və parlaq səhifələrindəndir

28-05-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə