Previous Next
Bağla

DİM Milli Mətbuat Günü münasibəti ilə bütün media nümayəndələrini təbrik edir!

22-07-2022 10:44
DİM Milli Mətbuat Günü münasibəti ilə bütün media nümayəndələrini təbrik edir!

Bu il Azərbaycan milli mətbuatının yaranmasının 147 ili tamam olur. Dövrünün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, zamanın mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır.

Hazırda Azərbaycanda çoxşaxəli mətbuat və informasiya sistemi yaradılmış, bütün respublika ərazisini əhatə edən ən müasir teleradio, kütləvi informasiya şəbəkələri və milli jurnalistika elmi inkişaf etmişdir. Dövlətin informasiya siyasəti vətəndaşların informasiya əldə etmək hüququnun ardıcıl və tam təmin edilməsinə yönəlmişdir.

Dövlət İmtahan Mərkəzi olaraq biz də öz növbəmizdə hər il digər sahələrdə olduğu kimi jurnalistika ixtisasına qəbulda da daha layiqli və məqsədyönlü abituriyent və bakalavrların seçilməsini, onların bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsini və bu məqsədlə bu işə peşəkarların cəlb edilməsini təmin edirik. Artıq bir neçə ildir ki, jurnalistika ixtisasını seçən abituriyent və bakalavrlar qəbul imtahanından əlavə qabiliyyət imtahanı da verirlər. Bu isə bizə gələcəkdə mətbuat sahəsində çalışacaq və bu sahəni daha da inkişaf etdirəcək namizədləri seçməyə imkan yaradır.

Ölkə ictimaiyyətinin böyük maraq göstərdiyi ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu prosesinin, dövlət qulluğuna qəbulun, bu sahədə həyata keçirilən tədbirlərin, yeniliklərin KİV nümayəndələri tərəfindən diqqətdə saxlanılmasını, bu istiqamətdə maarifləndirmə işinin aparılmasını yüksək qiymətləndirir, DİM ilə media işçiləri arasındakı səmərəli əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyimizi ifadə edirik.

Bir daha Milli Mətbuat Günü münasibətilə sizi təbrik edir, hamınıza peşə fəaliyyətinizdə uğurlar, şəxsi həyatınızda xoşbəxtlik arzulayırıq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Nar” mətbuat nümayəndələrini təbrik etdi

24-07-2018

Milli Mətbuat günündə Azercell-dən hədiyyə

22-07-2019

Azercell Milli Mətbuat və Jurnalistika Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir!

22-07-2022

Azərbaycanın media nümayəndələrinə

22-07-2022

"Azercell" Milli Mətbuat və Jurnalistika günü münasibətilə media nümayəndələrini təbrik edir

22-07-2021

Azercell Milli mətbuatının 150 illik yubileyi münasibətilə media nümayəndələrini təbrik edir!

22-07-2025

Azərbaycan milli mətbuatının 142 yaşı tamam olur

22-07-2017

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

23-07-2022

Azərbaycan mətbuatı 140 illiyini qeyd edir

22-07-2015

Azərbaycan milli mətbuatının 141 yaşı tamam olur

22-07-2016

BŞTİ Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib

20-07-2022

Science.az portalı 25 illik yubileyini qeyd edir

13-06-2020

22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür

22-07-2022

Jurnalist olmaq istəyən abituriyentlərin nəzərinə

21-07-2017

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür

22-07-2021

Jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərin nəzərinə

21-04-2017

“Hədəf” İnformasiya Agentliyinin təqdimat mərasimi keçirilib.

21-07-2010

Mətbuat Şurası “KİV-də milli-mənəvi dəyərlərin işıqlandırılması” mövzusunda təlim kursu keçirib

14-12-2009

Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur

22-07-2009

Məzunların ərizə qəbulu aprelin 15-dək davam edəcək

10-04-2019

"Azercell" jurnalistlərə mobil internet hədiyyə edib

22-07-2020

Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür

22-07-2025

“Azerconnect” şirkəti Milli Mətbuat Günü münasibətilə jurnalistləri bir araya toplayıb

21-07-2023

Nar media nümayəndələrini bir araya topladı

22-07-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə