Previous Next
Bağla

Azərbaycan mətbuatı 140 illiyini qeyd edir

22-07-2015 10:00
Azərbaycan mətbuatı 140 illiyini qeyd edir

Azərbaycan milli mətbuatının 140 yaşı tamam olur.

Xeberler.az-ın məlumatına görə,  ölkədə ilk mətbu orqanın - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.

“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşdı. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edir, müntəzəm məqalələrlə çıxış edirdilər. Lakin “Əkinçi”nin ömrü uzun sürmədi. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başladı və sonda qəzetin nəşrini dayandırdı.

O vaxtdan ötən 140 ildə müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. 1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib. 

Hazırda Azərbaycanda çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan ötməyib. Bu gün yüzlərlə jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan peşə artımı kurslarında treninq və təkmilləşmə kursları keçirlər.

Azərbaycanda Mətbuat Şurasının formalaşması media sahəsində pərakəndəliyi aradan qaldırmağa müvəffəq olub, Jurnalistlərin Peşə Kodeksinin yaradılması isə media qurumları arasında problemlərin həllinə müsbət təsir göstərib. Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib.

 

Xeberler.az
                                          

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür

22-07-2021

22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür

22-07-2022

Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur

22-07-2009

Azərbaycan milli mətbuatının 142 yaşı tamam olur

22-07-2017

Azərbaycan milli mətbuatının 141 yaşı tamam olur

22-07-2016

Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür

22-07-2025

DİM Milli Mətbuat Günü münasibəti ilə bütün media nümayəndələrini təbrik edir!

22-07-2022

"Azercell" Milli Mətbuat və Jurnalistika günü münasibətilə media nümayəndələrini təbrik edir

22-07-2021

Azercell Milli mətbuatının 150 illik yubileyi münasibətilə media nümayəndələrini təbrik edir!

22-07-2025

Science.az portalı 25 illik yubileyini qeyd edir

13-06-2020

Azərbaycanın ilk veb-saytının 20 yaşı oldu

17-12-2015

BŞTİ Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib

20-07-2022

"Azercell" jurnalistlərə mobil internet hədiyyə edib

22-07-2020

“Nar” mətbuat nümayəndələrini təbrik etdi

24-07-2018

Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı

14-02-2019

Azərbaycanın media nümayəndələrinə

22-07-2022

Mətbuat Şurasında uşaq və gənclər mətbuatının vəziyyəti müzakirə edilib

28-10-2009

Milli Mətbuat günündə Azercell-dən hədiyyə

22-07-2019

Bu gün Azərbaycanda Televiziya və Radio Günüdür

06-11-2025

Mətbuatın 150 illiyi ilə əlaqədar keçirilən seminarlar başa çatıb

20-06-2025

Diqqətdən kənar media-internet media

27-07-2010

Azərbaycanda KİV-in dünya informasiya məkanına çıxışı vəziyyəti ilə bağlı dəyirmi masa keçirilib

14-10-2009

MEDİA Milli mətbuatın yubileyi çərçivəsində seminarlara başlayıb

19-06-2025

“Jurnalistlərin peşə davranışı qaydaları”nın yeni variantı təqdim olundu

07-09-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə