Bu gün Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki Azerspace-1 peykinin orbitə buraxılmasının dördüncü ildönümüdür.
Son illərdə Azərbaycanda qeyri-neft sektorunun ümumi iqtisadi artımda ön planda olması, informasiya və kommunikasiya texnologiyaları sahələrinin, xüsusilə kosmik sənayenin davamlı inkişafına təkan verib. Beləki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2009-cu ilin avqust ayında “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalanması ilə ölkəmizdə kosmik sənayenin inkişafının yeni mərhələsi başladı. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 3 may tarixli 885 nömrəli Sərəncamı ilə telekommunikasiya peykinin hazırlanması, orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində Azərkosmos Açıq Səhmdar Cəmiyyəti (Azərkosmos ASC) təsis edildi.
Xeberler.az xatırladır ki, Azerspace-1 telekommunikasiya peyki 8 fevral 2013-cü il tarixində Fransız Qvianasında (Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan region) yerləşən Kuru kosmodromundan orbitə buraxılıb. ABŞ-ın Orbital Sciences korporasiyası tərəfindən istehsal olunan və Fransanın Arianespace şirkəti tərəfindən öz yüksək etibarlılığı ilə seçilən Ariane-5 daşıyıcı raket ilə orbitə buraxılan Azerspace-1 peyki 19 fevral tarixində 46° Şərq uzunluğunda yerləşən orbital mövqeyinə çatdı. Arianespace şirkəti üçün Azerspace-1 peykinin buraxılışı 2002-ci ildən etibarən həyata keçirilən 54-cü ardıcıl uğurlu buraxılış hesab olunur.
Azərkosmos fəaliyyəti ilə bağlı hesabat yayımlayıb.
Qurumdan Xeberler.az-a verilən məlumata görə, Azerspace-1 peyki Orbital Sciences korporasiyası tərəfindən hazırlanan və hazırda 20-dən çox fəal peykin üzərində uğurla fəaliyyət göstərdiyi STAR-2 peyk platforması əsasında yığılıb. Ən azı 15 illik istismar müddəti nəzərdə tutulan Azerspace-1 peykinin uğurlu buraxılışı və orbitdə olduğu ötən dövr ərzində aparılan effektiv idarəetmə nəticəsində bu müddət 15 ildən 16,3 ilədək artırılıb.
Azerspace-1 peyki 46° dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşərək Afrikanın ən ucqar nöqtəsindən Avropa, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunadək dünyanın 1/3 hissəsini əhatə etməklə, 50-dən artıq ölkəni birləşdirən kosmik məkanda mühüm rol oynayır. Azərkosmos ASC operatoru olduğu Azerspace-1 peyki vasitəsilə teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, hökumət və korporativ müştərilərin tələblərinə cavab verən eləcə də, özəl sektordan olan müştərilərini birbaşa peyk yayımı, səs, video, məlumat, mobil rabitə xidmətləri ilə təmin edilməsi istiqamətində fəaliyyət göstərməkdədir.
Azərkosmos ASC-nin xidmətlərinin alıcıları əsasən xarici ölkələrdəki qurumlar olduğundan onun fəaliyyəti əsasən ixraca istiqamətlənib.
Bugünədək tutumlarının 78%-nin satışı reallaşdırılmış Azerspace-1 peykinin kommersiya fəaliyyətindən 50 milyon ABŞ dollarından çox vəsait əldə edilib. Dünya peyk xidmətləri bazarına daxil olduğu bu 4 il ərzində potensial müştərilərin cəlb edilməsi və peykin yerləşdiyi orbital mövqenin tanıdılması istiqamətində intensiv fəaliyyət həyata keçirilib.
2014-cü ildə Azərspace-1 peyki vasitəsilə ilə Azərbaycanın bütün televiziya və radio kanalları keyfiyyətli yayıma başlayıb. Hazırda Azerspace-1 peykində Azərbaycan, rus, ukrayna, gürcü, türk dillərində ümumilikdə 30 televiziya və 17 radio kanalı yayımlanmaqdadır.
Qeyd edək ki, Azərkosmos Bakı 2015 İlk Avropa Oyunlarının peyk xidmətləri üzrə rəsmi təchizatçısı funksiyasını həyata keçirib. Oyunlar zamanı görüntünün dünyanın 74 beynəlxalq yayım mərkəzinə çatdırılması Azərkosmosun operatoru olduğu Azerspace-1 peyki üzərindən həyata keçirilib. Beləliklə Azərkosmos oyunların ən maraqlı anlarının Avropa, eləcə də dünyanın digər qitələrindəki milyardlarla televiziya tamaşaçısına yüksək keyfiyyətlə və fasiləsiz çatdırılmasında mühüm rol oynayıb.
Eyni zamanda, 2015-ci ildə Azərbaycan Milli Məclisinə, Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilər, Gürcüstanda keçirilən Yüngül Atletika üzrə Avropa Çempionatı, Qırğızıstanda təşkil olunan ikinci Dünya Köçəri Oyunları və.s Azerspace-1 peykinin resurslarından istifadə olunmaqla canlı yayımlanıb.
Cari il ərzində Azərkosmos və Gürcüstanın The Georgian Public Broadcasting (GPB) şirkəti arasında Adjara TV, 2TV, Maestro TV, Saperavi TV, Palitra TV, Trialeti TV kanallarının kommersiya yayımına dair müqavilələr imzalanıb.
Bununla yanaşı, Azərkosmos artıq Azərbaycan, Malayziya, Rusiya, Almaniya, Ukrayna, Misir, Gürcüstan, Birləşmiş Ərəb Əmirliyi, Türkiyə, Livan, Kamerun Birləşmiş Krallıq, Qırğısıztan, Tacikistan, Estoniya, Belarus kimi ölkələrdən müxtəlif sektorlar üzrə TV və radio kanallar, teleradio yayım şirkətləri, data provayderləri, dövlət qurumları və digər telekommunikasiya şirkətlərindən olan müştərilərə yüksək keyfiyyətli peyk xidmətləri göstərir.
Ümumilikdə, Azerspace-1 peykinin göstərdiyi teleradio, data və telekommunikasiya xidmətləri vasitəsilə 19 ölkədən olan müştəri bazasının yaradılması 2014-cü ildən etibarən irəliyə atılan uğurlu addımlardan hesab olunur.
Azərkosmos ASC fəaliyyətə başladıqdan bəri peyk sənayesində yerli kadr hazırlığına xüsusi önəm verib. Kosmik sənaye Azərbaycan Respublikası üçün yeni bir sahə idi və müstəqil peykimizin idarəolunması, bu sahədə yüksək ixtisaslı kadrların yetişdirilməsi zərurətini ortaya çıxardırdı. Yüksək ixtisalı kadrların hazırlanması üçün müxtəlif təlim proqramlarına əsasən, Azərkosmos əməkdaşları şirkətin partnyorları olan ABŞ-nin Orbital Sciencies və Malayziyanın Measat Satellite Sistems şirkətlərində qısa və uzun müddətli nəzəri və təcrübi stajkeçmə təlimləri ilə yanaşı, Böyük Britaniyanın, Çinin, Almaniyanın tanınmış təlim şirkətlərində ixtisasartırma kurslarında iştirak edib.
Bu gün Azerspace-1 peyki yerli mütəxəssislər tərəfindən uğurla idarə olunur. Azərkosmos-da peyk sənayesində ixtisaslaşmış yüksək ixtisaslı kadrlar yetişib və onların əldə etdiyi bilik və bacarıqlar telekommunikasiya peyklərininin idarə olunmasında növbəti nəsil kadrların yetişdirilməsində mühüm rol oynayacaq.
Azərkosmos ASC fəaliyyətə başladıqdan bəri peyk sənayesində yerli kadr hazırlığına xüsusi önəm verib. Kosmik sənaye Azərbaycan Respublikası üçün yeni bir sahə idi və müstəqil peykimizin idarəolunması, bu sahədə yüksək ixtisaslı kadrların yetişdirilməsi zərurətini ortaya çıxardırırdı.
Yüksək ixtisalı kadrların hazırlanması üçün müxtəlif təlim proqramlarına əsasən, Azərkosmos əməkdaşları şirkətin partnyorları olan ABŞ-nın Orbital Sciencies və Malayziyanın Measat Satellite Sistems şirkətlərində qısa və uzun müddətli nəzəri və təcrübi stajkeçmə təlimləri ilə yanaşı, Böyük Britaniyanın, Çinin, Almaniyanın tanınmış təlim şirkətlərində ixtisasartırma kurslarında iştirak edib.
Qurum qeyd edir ki, bu gün Azerspace-1 peyki yerli mütəxəssislər tərəfindən uğurla idarə olunur. Azərkosmos -da peyk sənayesində ixtisaslaşmış yüksək ixtisaslı kadrlar yetişib və onların əldə etdiyi bilik və bacarıqlar telekommunikasiya peyklərininin idarə olunmasında növbəti nəsil kadrların yetişdirilməsində mühüm rol oynayacaq.
Gələcək planlarını açıqlayan Azərkosmos-un strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir.
Qurumdan verilən məlumata görə, bu məqsədlə, Azərkosmos 2017-ci ildə ikinci telekommunikasiya peyki Azerspace-2-ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı planlaşdırılıb.
Belə ki, Peyk Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. Azerspace-2 regionda artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək.
Yeni peyk həm də birinci telekommunikasiya peyki olan Azerspace-1 orbitdəki ehtiyatı olacaq və Azərkosmos-a müştərilərinə daha etibarlı xidmət göstərmək imkanı verəcək. Həmçinin, Azerspace-2 sayəsində şirkətin əhatə zonası da genişlənəcək.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri