Mərakeş Krallığının Rabat şəhərində “Regional Kibertəhlükəsizlik Həftəsi 2025” keçirilir.
Xeberler.az bildirir ki, “Dayanıqlı İqtisadi İnkişaf üçün Rəqəmsal Suverenlik” mövzusuna həsr edilən tədbir Regional Rabitə Birliyi (RCC) tərəfindən təşkil edilir, Mərakeşdə İnformasiya Sistemlərinin Təhlükəsizliyi Baş İdarəsinin (DGSSI) tərəfdaşlığı, Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), OIC-CERT və FIRST təşkilatları ilə əməkdaşlıq çərçivəsində sentyabrın 15–19-u tarixlərində həyata keçirilir.
Tədbirin əsas məqsədi kibertəhlükəsizlik sahəsində regional əməkdaşlığın gücləndirilməsi, kritik infrastrukturun mühafizəsi və rəqəmsal suverenlik prinsipləri əsasında davamlı iqtisadi inkişafın təmin olunmasıdır.
Tədbirdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisinin müavini və OİC-CERT İdarə heyətinin üzvü Tural Məmmədov “İƏT məkanında kritik infrastruktur kibertəhlükəsizliyinin əməkdaşlıq yolu ilə gücləndirilməsi” mövzusunda panel müzakirəsində çıxış edib. O, ölkəmizin kritik informasiya infrastrukturlarının qorunması istiqamətində görülən işlər, dövlət və özəl sektor arasında tərəfdaşlığın inkişafı, risk qiymətləndirilməsi, həyata keçirilən auditlər və kibertəhlükələrin qarşısının alınmasında əldə edilmiş qabaqcıl təcrübələrdən ətraflı məlumat verib. T.Məmmədov NATO-nun dəstəyi və Rumıniya İCU tərəfdaşlığı ilə həyata keçirilən “Kiber Poligon” layihəsindən bəhs edərək, informasiya təhlükəsizliyinin təmin olunmasında beynəlxalq əməkdaşlığın rolunu vurğulayıb.
Qeyd olunub ki, tədbir çərçivəsində müxtəlif ölkələrin kibertəhlükəsizlik mərkəzləri ilə ikitərəfli görüşlər təşkil edilib, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, qabaqcıl təcrübələrin paylaşılması və gələcək planlar müzakirə edilib.
Görüşlər zamanı XRİTDX-nin təşkilatçılığı ilə cari ilin oktyabr ayında keçiriləcək “CIDC-2025” tədbiri barədə ətraflı məlumat verilib. Azərbaycanın sahə üzrə təcrübəsini öyrənmək istəyən bir sıra ölkələrin tədbir çərçivəsində keçiriləcək “Ağıllı Şəhərlərdə Kibermüharibə” yarışında öz komandaları ilə iştirakı razılaşdırılıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları