Previous Next
Bağla

Azərbaycan rəqəmsal və davamlı ticarətin asanlaşdırılması sahəsində yüksək mövqe tutub

07-02-2022 14:52
Azərbaycan rəqəmsal və davamlı ticarətin asanlaşdırılması sahəsində yüksək mövqe  tutub

Birləşmiş Millətlər Təşkilatının 2021-ci il üçün Rəqəmsal və Davamlı Ticarətin Asanlaşdırılması üzrə Qlobal Hesabatının yekun versiyası dərc olunub. Hesabata əsasən, Azərbaycan qiymətləndirilən meyarlar üzrə 100% üzərindən 86% toplayaraq bu sahədə Cənubi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionuna liderlik edir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin innovativ layihəsi olan “Rəqəmsal Ticarət Qovşağı”nın rəhbəri Məsumə Talıbova bildirir ki, Azərbaycanın nəticələrinin 2015-ci ildən bu günə dinamikasına nəzər yetirdikdə artım tempinin dayanıqlı olduğu müşahidə olunur. Tədqiqatın ilk ilində 48.39 nəticə göstərən ölkəmiz 2 il sonra ötən nəticəyə nisbətdə 56% artımla 75.27-ə yüksəldi, daha sonra isə 2017-ci ildə 9% artımla, 2021-ci ildə isə 5% artımla dayanıqlı artımı qorumağa nail olub. Sorğunun alt indikatorlarına nəzər yetirdikdə şəffaflıq-100%; rəsmi qaydalar-91,67%;İnstitusional tənzimləmə və əməkdaşlıq -88,89%; Kağızsız ticarət- 85.19%;Transsərhəd kağızsız ticarət üzrə isə 66,67% nəticə əldə olunub.M.talıbova xüsusilə vurğulayıb ki, 2019-cu il ilə müqayisədə bu il şəffaflıq indikatoru üzrə 7% irəliləyişlə maksimum nəticəyə, transsərhəd kağızsız ticarət indikatoru üzrə isə 33% artımla çox böyük irəliləyişə nail olunub.

Hesabatda ölkənin cari vəziyyəti ötən illərlə müqayisə olunaraq təsvir olunub və bu
irəliləyişlərə səbəb olan islahatlara dair ətraflı məlumatlar öz əksini tapıb. Belə ki, ölkə rəhbərliyi tərəfindən bu sahədə aparılan geniş islahatlar nəticəsində “Rəqəmsal Ticarət Qovşağı” portalının yaradılması və “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn tapşırıqların yerinə yetirilməsi, eyni zamanda, Azərbaycanın 20 fevral 2021-ci il tarixindən qüvvəyə minən “Asiya-Sakit Okeanında Sərhədlərarası Kağız Ticarətin Asanlaşdırılması Çərçivə Sazişi”ni imzalayan ilk dövlətlərdən olması və bu sahədə aparılan digər islahatlar qlobal müstəvidə də ölkənin mövqeyinin yaxşılaşdırılmasına öz müsbət töhfəsini verib. İİTKM-in digər innovativ layihələri olan Azexport.az portalı, “Bir Pəncərə” İxraca Dəstək mərkəzi tərəfindən KOSM-lara göstərilən dəstək ticarət prosedurlarının sadələşdirilməsi, şəffaflıq və kağızsız ticarət üzrə ölkənin mövqeyini yüksəldib və Hesabatda bu layihələrin də adı çəkilib.

Hesabatda ölkədə cari vəzyyətin qiymətləndirilməsinin həyata keçirilməsi ilə yanaşı transsərhəd kağızsız ticarətin yaxşılaşdırılması məqəsdi ilə gələcək üçün tövsiyyələr də təqdim olunub. Fevral ayının 10-da qatqısı olan bütün qurumların və xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans formatında bu tövsiyyələrin müzakirəsi və sonda 2022-ci il üçün tədbirlər planının təsdiq edilməsi nəzərdə tutulur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Transsərhəd kağızsız ticarətin asanlaşdırılması üzrə beynəlxalq müzakirə

Transsərhəd kağızsız ticarətin asanlaşdırılması üzrə beynəlxalq müzakirə

28-04-2022
Rəqəmsal Ticarət Qovşağı BMT-nin iclasında təqdim edilib

Rəqəmsal Ticarət Qovşağı BMT-nin iclasında təqdim edilib

18-01-2020
Azərbaycanın dünya üzrə rəqəmsal reytinqdə irəliləyib

Azərbaycanın dünya üzrə rəqəmsal reytinqdə irəliləyib

07-07-2023
Vüsal Qasımlı: "Azərbaycan rəqəmsal ticarətin asanlaşması üzrə ilk pillədədir"

Vüsal Qasımlı: "Azərbaycan rəqəmsal ticarətin asanlaşması üzrə ilk pillədədir"

14-04-2021
BMT-nin hesabatı: Azexport və Rəqəmsal Ticarət Qovşağı ən yaxşı təcrübədir

BMT-nin hesabatı: Azexport və Rəqəmsal Ticarət Qovşağı ən yaxşı təcrübədir

15-10-2020
Azərbaycan BMT-nin rəqəmsal ticarət üzrə hesabatında liderdir

Azərbaycan BMT-nin rəqəmsal ticarət üzrə hesabatında liderdir

10-07-2025
Vüsal Qasımlı UNESCAP-ın koordinatoru təyin olundu

Vüsal Qasımlı UNESCAP-ın koordinatoru təyin olundu

30-06-2021
Bakıda rəqəmsal ticarət konfransı keçiriləcək

Bakıda rəqəmsal ticarət konfransı keçiriləcək

17-10-2017
Beynəlxalq Ticarət Mərkəzi Azexport.az-a dəstək verəcək

Beynəlxalq Ticarət Mərkəzi Azexport.az-a dəstək verəcək

07-11-2017
Argentina şirkətləri Azexport portalı və Rəqəmsal Ticarət Qovşağı ilə əməkdaşlıq edəcək

Argentina şirkətləri Azexport portalı və Rəqəmsal Ticarət Qovşağı ilə əməkdaşlıq edəcək

30-11-2020
Azərbaycan və Pakistanın beyin mərkəzləri əməkdaşlıq edəcək

Azərbaycan və Pakistanın beyin mərkəzləri əməkdaşlıq edəcək

06-05-2021
Rəqəmsal Ticarət Qovşağı təqdim edilib-Foto

Rəqəmsal Ticarət Qovşağı təqdim edilib-Foto

30-06-2017
Azərbaycan və Türkiyə rəqəmsal ticarətdə digər ölkələrin bazarlarına daxil olmaq istəyir

Azərbaycan və Türkiyə rəqəmsal ticarətdə digər ölkələrin bazarlarına daxil olmaq istəyir

25-08-2021
İslahat icmalının xüsusi buraxılışı onlayn vahid ixrac ərizəsinə həsr olunub

İslahat icmalının xüsusi buraxılışı onlayn vahid ixrac ərizəsinə həsr olunub

22-02-2019
Rəqəmsal Ticarət Qovşağına yeni rəhbər təyin olunub

Rəqəmsal Ticarət Qovşağına yeni rəhbər təyin olunub

04-11-2020
Rəqəmsal Ticarət Qovşağı Brüsseldə təqdim olundu

Rəqəmsal Ticarət Qovşağı Brüsseldə təqdim olundu

18-05-2017
“Azexport.az” portalı və “Azərpoçt” MMC əməkdaşlığı genişləndirir

“Azexport.az” portalı və “Azərpoçt” MMC əməkdaşlığı genişləndirir

05-04-2021
İİTKM Rəqəmsal Ticarət Qovşağının fəaliyyətini təkmilləşdirir

İİTKM Rəqəmsal Ticarət Qovşağının fəaliyyətini təkmilləşdirir

28-08-2018
Azərbaycanda Rəqəmsal Ticarət Qovşağına aid ikinci beynəlxalq konfransı keçiriləcək

Azərbaycanda Rəqəmsal Ticarət Qovşağına aid ikinci beynəlxalq konfransı keçiriləcək

10-09-2018
İsveçrənin Əməkdaşlıq İdarəsinin regional direktoru İİTKM-də olub

İsveçrənin Əməkdaşlıq İdarəsinin regional direktoru İİTKM-də olub

16-03-2021
“Azexport.az” portalı Türkiyənin rəqəmsal ticarət platforması ilə əməkdaşlığa başlayır

“Azexport.az” portalı Türkiyənin rəqəmsal ticarət platforması ilə əməkdaşlığa başlayır

19-11-2021
“Azexport” və “Alibaba” tərəfdaşlığı yeni mərhələyə daxil olur

“Azexport” və “Alibaba” tərəfdaşlığı yeni mərhələyə daxil olur

23-04-2025
“Elektron ticarət: Azərbaycan və Rusiyanın ən yaxşı təcrübəsi” mövzusunda müzakirə  keçirilib

“Elektron ticarət: Azərbaycan və Rusiyanın ən yaxşı təcrübəsi” mövzusunda müzakirə keçirilib

24-07-2020
Azərbaycan BMT-nin İKT mükafatı namizədləri arasındadır

Azərbaycan BMT-nin İKT mükafatı namizədləri arasındadır

01-02-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə