Previous Next
Bağla

Azərbaycanın dünya üzrə rəqəmsal reytinqdə irəliləyib

07-07-2023 13:48
Azərbaycanın dünya üzrə rəqəmsal reytinqdə irəliləyib

BMT-nin Rəqəmsal və Davamlı Ticarətin Asanlaşdırılması üzrə Qlobal Sorğusuna əsasən, Azərbaycan mühüm irəliləyiş əldə edərək regionda lider mövqedə qərarlaşıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) AZƏRTAC-a bildirilib ki, Azərbaycan Qazaxıstan (76,34 faiz), Belarus (72,04 faiz), Ukrayna (60,22 faiz), Özbəkistan (84,95 faiz), Moldova (62,37 faiz), Ermənistan (75,27 faiz) və digər dövlətləri qabaqlayaraq, region ölkələri arasında lider olub. Bundan əlavə, Azərbaycan bir sıra Avropa ölkələrini, o cümlədən Finlandiya (87,10 faiz), Fransa (79,57 faiz), İtaliya (84,95 faiz), Latviya (75,27 faiz), Litva (81,72 faiz), Portuqaliya (84,95 faiz) və Norveçi (84,95 faiz) də üstələyib.

Azərbaycanın “şəffaflıq” və “kənd təsərrüfatı sektorunda ticarətin asanlaşdırılması” ilə bağlı gördüyü tədbirlərin 100 faiz həyata keçirilməsinə nail olması xüsusi əhəmiyyət kəsb edir. “Kağızsız ticarət” və “İnstitusional mexanizmlər və əməkdaşlıq” kateqoriyalarında da nəzərəçarpacaq irəliləyiş əldə olunub. Bu kateqoriyalar üzrə Azərbaycanın indeksi müvafiq olaraq 85,2 faizdən 88,9 faizə və 77,8 faizdən 88,9 faizə yüksəlib.

Azərbaycanın bu sorğudakı nəticələri ötən il dərc edilmiş “Azərbaycanın Transsərhəd Kağızsız Ticarətə Hazırlığının Qiymətləndirilməsi” adlı ölkə hesabatına da əsaslanır. Bu hesabat Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın (ESCAP) ekspertlərinin birbaşa nəzarəti altında Jana Krimpenin rəhbərlik etdiyi BMT-nin ESCAP (ESCAP-ın Şimali və Mərkəzi Asiya üzrə Subregional şöbəsi) məsləhətçilər qrupu tərəfindən hazırlanıb.

Hesabat dünyanın 160-dan çox ölkəsini və Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Ticarətin Asanlaşdırılması Sazişi (TFA) ilə bağlı 60 tədbiri, eləcə də kağızsız və ya elektron ticarət sahəsində Asiya-Sakit Okean regionunda Transsərhəd Kağızsız Ticarət Prosedurlarının Asanlaşdırılması üzrə Çərçivə Sazişi kimi qabaqcıl regional və qlobal təşəbbüsləri əhatə edir.

Qeyd edək ki, sorğu ilə bağlı məlumatların iştirakçı qurumlarla əlaqələndirilməsi və konsolidasiyası Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (DGK) və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), eləcə də aidiyyəti dövlət qurumlarının və özəl sektorun dəstəyi ilə həyata keçirilib.

BMT-nin Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyasında (ESCAP) Azərbaycan üzrə Milli əlaqələndiriciləri Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov və İİTKM-in icraçı direktoru Vüsal Qasımlıdır. Onlar milli səviyyədə koordinasiya, informasiya mübadiləsi və birgə planlaşdırmanı həyata keçirirlər.

ESCAP-ın Azərbaycan üzrə məsləhətçilər qrupunun rəhbəri Jana Krimpe dövlət və özəl qurumların birgə səyləri nəticəsində əldə olunmuş uğuru əhəmiyyətli hesab edir. O bildirib ki, Azərbaycan rəqəmsallaşma və effektiv idarəetmə metodları vasitəsilə ticarət prosedurlarının genişləndirilməsi və asanlaşdırılması kimi müasir çağırışlara sadiqliyini nümayiş etdirir: “Azərbaycanın qabaqcıl tərəqqisi dünya miqyasında davamlı və səmərəli ticarət təcrübələri üçün motivasiya mənbəyi rolunu oynayır və mən əminəm ki, hesabatda qeyd olunan tövsiyələri nəzərə alaraq, birlikdə növbəti Qlobal Sorğuda ən yüksək nəticələrə nail ola biləcəyik”.

Aparılan islahatlar nəticəsində Azərbaycan son 8 ildə mühüm nailiyyətlər əldə edib. Belə ki, ölkənin ticarət prosedurlarının asanlaşdırılması üzrə ümumi balı 47,31 faizdən 87,10 faizə yüksəlib ki, bu da əvvəlki ildəki 84,95 faizlik göstərici ilə müqayisədə 2,15 faizlik artım deməkdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Transsərhəd kağızsız ticarətin asanlaşdırılması üzrə beynəlxalq müzakirə

Transsərhəd kağızsız ticarətin asanlaşdırılması üzrə beynəlxalq müzakirə

28-04-2022
Vüsal Qasımlı UNESCAP-ın koordinatoru təyin olundu

Vüsal Qasımlı UNESCAP-ın koordinatoru təyin olundu

30-06-2021
Rəqəmsal Ticarət Qovşağı BMT-nin iclasında təqdim edilib

Rəqəmsal Ticarət Qovşağı BMT-nin iclasında təqdim edilib

18-01-2020
Azərbaycan rəqəmsal və davamlı ticarətin asanlaşdırılması sahəsində yüksək mövqe  tutub

Azərbaycan rəqəmsal və davamlı ticarətin asanlaşdırılması sahəsində yüksək mövqe tutub

07-02-2022
Azərbaycan BMT-nin rəqəmsal ticarət üzrə hesabatında liderdir

Azərbaycan BMT-nin rəqəmsal ticarət üzrə hesabatında liderdir

10-07-2025
Vüsal Qasımlı: "Azərbaycan rəqəmsal ticarətin asanlaşması üzrə ilk pillədədir"

Vüsal Qasımlı: "Azərbaycan rəqəmsal ticarətin asanlaşması üzrə ilk pillədədir"

14-04-2021
BMT-nin hesabatı: Azexport və Rəqəmsal Ticarət Qovşağı ən yaxşı təcrübədir

BMT-nin hesabatı: Azexport və Rəqəmsal Ticarət Qovşağı ən yaxşı təcrübədir

15-10-2020
Ekspertlər dəmir yolunun rəqəmsallaşdırılmasını müzakirə edib

Ekspertlər dəmir yolunun rəqəmsallaşdırılmasını müzakirə edib

02-11-2022
Azərbaycan rəqəmsal təhsil platformalarına ən yaxşı çıxışı olan ölkələrdəndir

Azərbaycan rəqəmsal təhsil platformalarına ən yaxşı çıxışı olan ölkələrdəndir

11-02-2021
Rabitə xidmətlərinin həcmi artır

Rabitə xidmətlərinin həcmi artır

26-01-2009
“ASAN xidmət”in nümayəndəsi BMT-nin sessiyasında iştirak edib

“ASAN xidmət”in nümayəndəsi BMT-nin sessiyasında iştirak edib

06-09-2022
“Türk iqtisadi icmalı”nın növbəti buraxılışı nəşr edilib

“Türk iqtisadi icmalı”nın növbəti buraxılışı nəşr edilib

07-01-2026
Azərbaycan UNESCAP-ın Nəqliyyat üzrə IV Nazirlər Konfransında təmsil edilib

Azərbaycan UNESCAP-ın Nəqliyyat üzrə IV Nazirlər Konfransında təmsil edilib

17-12-2021
Azərbaycan BMT komissiyasının sessiyasına sədrlik edib

Azərbaycan BMT komissiyasının sessiyasına sədrlik edib

28-08-2019
"Google" Azərbaycanda populyarlığını saxlayır

"Google" Azərbaycanda populyarlığını saxlayır

04-05-2021
İT xidmətləri bazarının həcmi azalıb

İT xidmətləri bazarının həcmi azalıb

02-11-2015
Azərbaycanda Visa Cashless Forum-u keçirilib

Azərbaycanda Visa Cashless Forum-u keçirilib

12-02-2020
Azərbaycanda dövriyyədə olan bankomat və POS-terminalların sayı açıqlanıb

Azərbaycanda dövriyyədə olan bankomat və POS-terminalların sayı açıqlanıb

10-03-2025
Dünyada pərakəndə onlayn ticarətin ortaillik artım tempi 17 faiz təşkil edib

Dünyada pərakəndə onlayn ticarətin ortaillik artım tempi 17 faiz təşkil edib

20-11-2013
Dünyanın İT-bazarı il ərzində $1,5 trilyonadək artıb

Dünyanın İT-bazarı il ərzində $1,5 trilyonadək artıb

14-02-2011
"Xiaomi" qlobal smartfon bazarında ikinci olub

"Xiaomi" qlobal smartfon bazarında ikinci olub

17-07-2021
Elektrikli avtomobillərin satışı 59 faiz artıb

Elektrikli avtomobillərin satışı 59 faiz artıb

17-05-2018
Bakıda rəqəmsal ticarət konfransı keçiriləcək

Bakıda rəqəmsal ticarət konfransı keçiriləcək

17-10-2017
Rəqəmli televiziyaya qoşulan ev təsərrüfatlarının  sayı 1,65 milyarda çatacaq

Rəqəmli televiziyaya qoşulan ev təsərrüfatlarının sayı 1,65 milyarda çatacaq

27-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə