Previous Next
Bağla

Azərbaycanda Elektron Tədris Platformasının təqdimatı keçirilib

01-02-2019 10:07
Azərbaycanda Elektron Tədris Platformasının təqdimatı keçirilib

Dövlət Gömrük Komitəsinin (DGK) Ümumdünya Gömrük Təşkilatının (ÜGT) dəstəyi ilə hazırladığı Elektron Tədris Platformasının təqdimatı keçirilib.

Xeberler.az  bildirir ki, təqdimat mərasimində DGK sədri Səfər Mehdiyev, Komitə sədrinin müavinləri və Baş İdarə rəisləri, ÜGT-nin potensialın gücləndirilməsi üzrə direktor müavini Brenda Mundiya və bu qurumun Avropa regionu üzrə üzv dövlətlərinin nümayəndələri iştirak ediblər.

S.Mehdiyev bildirib ki, Azərbaycan gömrüyü hər zaman elmi nailiyyətlərin gömrük işinin təşkili sahəsində tətbiqinə xüsusi önəm verib və Elektron Tədris Platforması da bu sahədə növbəti addımlardan biridir.

Vurğulanıb ki, bu layihə gömrük sahəsində çalışanların bilik və bacarıqlarının artırılmasında, potensialın gücləndirilməsində mühüm rol oynamaqla yanaşı, təcrübə mübadiləsi istiqamətində də səmərəli nəticələrin əldə olunmasına şərait yaradacaq. Azərbaycan gömrüyünün ÜGT-nin innovativ layihələrinə, komitə və alt komitələrinin qərar və tövsiyələrinə xüsusi önəm verdiyini diqqətə çatdıran DGK sədri qarşılıqlı əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə ümidvar olduğunu deyib.

ÜGT-nin potensialın gücləndirilməsi üzrə direktor müavini Brenda Mundiya 30 yanvar - Azərbaycan gömrük əməkdaşlarının peşə bayramı münasibətilə təbrikini çatdırıb və təmsil etdiyi qurumla Azərbaycan gömrüyü arasındakı əməkdaşlıq əlaqələrindən məmnunluqla söhbət açıb.

Son dövrlər Azərbaycan gömrüyündə tətbiq edilən yenilikləri, inkişaf proqramlarını diqqətlə izlədiklərini bildirən B.Mundiya əldə edilən uğurlu nailiyyətlərin ÜGT Baş katibi Kunio Mikuriya tərəfindən də yüksək qiymətləndirildiyini vurğulayıb. ÜGT təmsilçisi yeni layihənin gömrük əməkdaşlarının potensialının gücləndirilməsində mühüm rol oyanayacağına əminliyini ifadə edib.

Daha sonra Elektron Tədris Platforması ilə bağlı məlumatlandırıcı videoçarxlar nümayiş etdirilib.

Təhsildə yeni metod və yanaşmaları ehtiva edən Elektron Tədris Platforması bilik və məlumatların elektron qaydada məsafədən əldə olunmasına, öyrənilməsinə, analiz edilməsinə və dəyərləndirilməsinə şərait yaradan bir sistemdir.

Yeni layihə ilk mərhələdə DGK-nın Akademiyasında tətbiq ediləcək, daha sonra gömrük əməkdaşları da sistemdən faydalanacaqlar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Gömrük Komitəsinin İKT layihəsi beynəlxalq tədbirdə nümayiş edilib

10-03-2015

İnformasiya texnologiyaları sahəsində ixtisaslaşan iş adamları ilə görüş keçirilib

12-09-2018

Azərbaycanda İKT sahəsində ən böyük tədbir keçirilə bilər

02-07-2018

Huawei şirkəti Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıqda maraqlıdır

13-06-2019

Azərbaycan Tiflisdə İKT sərgisində təmsil edilir-Foto

07-06-2017

"DGK rəqəmsallaşma sahəsində səylərini daha da artırmalıdır"

15-03-2023

DGK və Huawei Tech. Azerbaijan niyyət protokolu imzalayıb

12-09-2019

Bakıda Regional Kinoloji Təlim Mərkəzi yaradıla bilər

02-05-2015

DGK-nın elektron xidmətlərindən istifadə asanlaşıb

03-06-2024

Koreya ilə İKT sahəsində əməkdaşlıq müzakirə olunub

19-08-2016

AMEA Dövlət Gömrük Komitəsinə İKT sahəsində hər zaman dəstək verib

08-11-2018

Yükdaşıma sahəsində blokçeyn texnologiyalarından istifadə olunacaq

12-06-2019

Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin tətbiqində Türkiyə təcrübəsi öyrənilir

18-02-2019

Gömrük xidməti informasiya texnologiyalarının tətbiqində ciddi uğurlar qazanıb

03-06-2015

X-Ray aparatlarının təsvirlərinin oxunmasına dair təlimçilərin təlimi adlı seminar keçirilir

11-03-2019

Bakutel-də təmsil olunan Xorvatiya şirkətləri ilə görüş keçirilib

04-12-2015

MDU-da elektron universitet modelinin yaradılması ilə bağlı növbəti razılaşma əldə edilib

26-09-2024

“Education 4.0” platforması ilə bağlı tədqiqatlar aparılır

30-01-2025

ASAN modeli BMT ekspertlərinin müzakirəsində

11-04-2025

Azərbaycanda İnternet vasitəsilə Gömrük Komitəsinin rəhbərliyinə birbaşa müraciət etmək mümkündür

10-12-2010

AzMİU tələbələri “Microsoft” sertifikatı əldə etmək imkanı qazanıblar

14-02-2025

Yaşıl dəhliz buraxılış sisteminin tətbiqi ilə bağlı növbəti seminar keçirilib

25-01-2019

Açıq hökumət üzrə milli potensialın inkişafı müzakirə edilib

06-12-2017

DGK: Süni intellektdən geniş istifadə edəcəyik

18-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə