Previous Next
Bağla

Azərbaycan Xəzər İnnovasiya Texnologiyaları Sərgisinə qatılıb

11-08-2019 19:16
Azərbaycan Xəzər İnnovasiya Texnologiyaları Sərgisinə qatılıb

Xeberler.az bildirir ki, Türkmənistanın Türkmənbaşı şəhərində yerləşən “Avaza” milli turizm zonasında Birinci Xəzər İqtisadi Forumu keçirilir. Tədbir çərçivəsində beynəlxalq konfrans, “Xəzər innovasiya texnologiyaları” sərgisi təşkil olunub. Həmçinin Xəzəryanı dövlətlərin Nəqliyyat nazirlərinin görüşü planlaşdırılıb. Forum iqtisadiyyatın müxtəlif sahələrində, eləcə də nəqliyyat və logistika, sənaye, turizm, energetika, ticarət sahələrində yeni texnologiyalar, xidmətlər və həllərlə tanışlıq, həmçinin işgüzar münasibətlərin qurulması üçün mühüm platforma rolunu oynayır.

Forumda Türkmənistan, Qazaxıstan, İran və Rusiya ilə yanaşı Azərbaycan da milli pavilyonla təmsil olunub. Qeyd edilən tədbirlərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin nümayəndə heyəti iştirak edir. Milli pavilyonumuzda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyi, Məlumat Hesablama Mərkəzi, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin son innovativ məhsul, xidmət və həlləri nümayiş etdirilir.

Sərgidə İnnovasiyalar Agentliyinin Biznes İnkubasiya və Akselerasiya Mərkəzinin rezidentləri olan “Virtual cərrahiyyə” startapı da təqdim olunur. “Virtual cərrahiyyə” layihəsi müasir texnologiyaların tətbiqi ilə daha dəqiq və effektiv cərrahi əməliyyat modelinin hazırlanmasına xidmət edir. Belə ki, Kompüter Tomoqrafiyası (KT) və ya Maqnit Rezonans Tomoqrafiyası (MRT) müayinələrinin 3D formatı və cərrahi əməliyyatın virtual planlaşdırma sxemi xüsusi holoqrafik cihaza ötürülür. Bundan sonra cərrah artırılmış reallıq eynəyi taxaraq onun kompüterində olan məlumatı xüsusi proqram təminatı ilə əməliyyat sahəsinə yerləşdirir.

Beləliklə, cərrah əməliyyat sahəsinin real görüntüləri ilə yanaşı, gözə görünməyən anatomik strukturların 3D formatda radioloji görüntüsünü əldə edir. Məlumat Hesablama Mərkzinin stendində Mobil Cihazların Qeydiyyat Sistemi nümayiş olunur. Mobil Cihazların Qeydiyyat Sistemi telekommunikasiya şəbəkəsində istifadə olunan mobil cihazların texniki identifikasiya göstəriciləri barədə məlumatların vahid baza sisteminə daxil edilməsi, saxlanılması və emalı üçün nəzərdə tutulmuş informasiya sistemidir. Sistem texniki parametrləri standartlara uyğun olmayan mobil cihazların idxalının qarşısının alınması, itirilən və ya oğurlanan mobil cihazların istifadəsinin dayandırılması, ölkə ərazisinə gətirilən mobil cihazlara mövcud qaydalara əsasən uyğunluq sertifikatlarının alınması və s. üstünlüklərə malikdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Məlumat Hesablama Mərkəzinin stendi maraqla qarşılanıb

17-08-2019

Mobil cihazların qeydiyyat sisteminin (MCQS) yekun testlərinə başlayıb.

18-02-2013

157 Zəng Mərkəzinin fəaliyyəti optimallaşdırılıb

20-08-2016

Startapçılara qrantlar təqdim olundu

17-08-2018

Mobil cihazların qeydiyyatının aparılması qaydaları təsdiq edilib

03-01-2012

AzerTelecom Xəzər İnnovasiya Texnologiyaları sərgisinə qatılıb

19-08-2019

Azərbaycanda mobil cihazların qeydiyyat sistemi işə düşdü

01-05-2013

NRYTN yenə də 5 il əvvəlki adi informasiya sistemi ilə sərgiyə qatılıb

19-09-2019

AzerTelecom İnnovasiya Texnologiyaları sərgisində iştirak edəcək

05-08-2019

Ekspert: NRYTN xarici tədbirlərdə nümayiş olunan resurslara nəzarət etməlidir

19-08-2019

Mobil cihazların qeydiyyat sistemində indiyə qədər 12 milyondan artıq mobil rabitə cihazı qeydə alınıb

19-06-2013

Qırğızıstan Azərbaycanın mobil cihazların qeydiyyatı təcrübəsini öyrənir

22-12-2021

ITU Telecom World 2019 beynəlxalq sərgi-konfransı davam edir

10-09-2019

Mobil cihazların qeydiyyat sistemi istifadəçilərin maraqlarının qorunmasına yönəlib

26-02-2013

Nazir Ramin Quluzadə İranda səfərdədir

19-07-2019

Mobil telefonların IMEI-kodlarının qeydiyyat müddəti uzadıldı

01-06-2015

Mobil telefonların qeydiyyat müddəti azaldıldı

28-07-2015

Mobil cihazlarla bağlı elektron xidmətlər aktual olub

02-07-2015

Bakıda XVII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisi keçirilir

11-06-2018

www.rabita.az saytı yenilənib

29-01-2020

Qeydiyyat rüsumu üzrə informasiya sistemi istifadəyə veriIib

24-08-2018

Nazirliyin nümayəndələri Moskvada Rabitə sərgisində iştirak edir

23-04-2019

Portal üzərindən 50 minə yaxın mobil cihazın IMEI kodu yoxlanılıb

11-11-2015

Mobil cihazların e-qeydiyyatından istifadə sayı artıb

13-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə