Previous Next
Bağla

NRYTN yenə də 5 il əvvəlki adi informasiya sistemi ilə sərgiyə qatılıb

19-09-2019 12:25
NRYTN yenə də 5 il əvvəlki adi informasiya sistemi ilə sərgiyə qatılıb

Xeberler.az bildirir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi Birləşmiş Ərəb Əmirliklərində işə başlayan “SMART SME MENA 2019” sərgisində öz məhsullarını təqdim edib.

Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz sərgidə təqdim olunan  Mobil Cihazların Qeydiyyat Sistemini tənqid edib. Ekspert bildirib:

NRYTN yenə də 5 il öncə hazırladığı, adi informasiya sistemini qoltuğuna vurub beynəlxalq sərgiyə gedib. 70-dən çox şirkətin qatıldığı “SMART SME MENA 2019” sərgisində yenə də Mobil Cihazların Qeydiyyat Sistemi nümayiş olunub.

Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Xəzər İqtisadi Forum sərgisində də bu adi bir informasiya sistemini təqdim ediblər.

Təsəvvür edin sistemin mahiyyəti ondan ibarətdir ki, mobil operatorlarla inteqrasiya şəraitində işləyən bu Qeydiyyat Sistemində qeydiyyatdan keçməyən mobil avadanlıqlar bloka salınır. Vəssalam.

Belə görürəm ki, NRYTN bu sistemi hələ çox beynəlxalq sərgilərdə nümayiş etdirəcək.

Odur ki, Presizdent Administarsiyasının müvafiq şöbəsinə təklif edirəm ki, NRYTN üçün beynəlxalq sərgilərdə nümayiş etdiriləcək bir İT məhsul təqdim etsin.

Və ya elə NRYTN yanında yaradılan İnnovasiya Agentliyi təcili olaraq, hazırda özündə olan startaplardan, ya da startapçıları yığıb ortabab bir innovativ həll hazırlayıb Nazirliyə təqdim etsinlər.

Əgər bunlar tezliklə başa gəlməsə onda mən təklif edərdim ki, Aztelekomun özəl provayderlərdən “müştəri oğurluğu” ilə bağlı tətbiq etdikləri ONU tipli mini ATS-lə əlaqəli sistem daha innovativ həll olaraq nəzərdən keçirilsin".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: NRYTN xarici tədbirlərdə nümayiş olunan resurslara nəzarət etməlidir

19-08-2019

SMART SME MENA 2019 sərgisi başa çatıb

20-09-2019

Beynəlxalq sərgidə Azərbaycan məhsulları təqdim olunur

18-09-2019

Azərbaycan Xəzər İnnovasiya Texnologiyaları Sərgisinə qatılıb

11-08-2019

Özəl provayderlərə qarşı haqsız rəqabət aparılır

00-00-0000

Məlumat Hesablama Mərkəzinin stendi maraqla qarşılanıb

17-08-2019

Mobil telefonların qeydiyyatı üçün ödənilən dövlət rüsumu hara gedir ?

23-02-2019

AzerTelecom Xəzər İnnovasiya Texnologiyaları sərgisinə qatılıb

19-08-2019

Bakutel-2019 sərgisində Əşyaların interneti həlləri təqdim olunacaq

02-12-2019

NRYTN tabeliyindəki İnnovasiyalar Agentliyi ləğv edilə bilərmi?

17-05-2019

Azərbaycan texnologiya sərgisində iştirak edəcək

08-06-2015

Qeydiyyat rüsumu üzrə informasiya sistemi istifadəyə veriIib

24-08-2018

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi səfər qrantları üçün qəbul elan edir

09-07-2019

2018-ci ildə texnologiyalar sahəsində yaddaqalan hadisələr və tədbirlər

18-01-2019

Ekspert: Özəl provayderlərin müştəriləri Aztelekom tərəfindən “oğurlanır“

30-09-2019

Ekspert: 70 nəfərlik tədbir üçün 70 min nəfərlik stadiona nə ehtiyac var?

02-09-2019

Azərbaycan startapları Budapeştdə təqdim olunacaq

00-00-0000

Ekspert: NRYTN özəl provayderlərin 3500 müştərisini oğurlayıb

11-06-2019

Azercell ITU Telecom 2015 sərgisində iştirak edir

14-10-2015

Azexport.az Bakutel sərgisində təmsil olunur

03-12-2019

Azərbaycanda mobil cihazların qeydiyyat sistemi işə düşdü

01-05-2013

“Açıq məlumatlar” portalına neçə qurum inteqrasiya edib? – EKSPERT

22-04-2021

AzerTelecom İnnovasiya Texnologiyaları sərgisində iştirak edəcək

05-08-2019

Dövlət qurumları məlumat bazalarını harada saxlamalıdırlar ?

19-01-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə