Previous Next
Bağla

Azərbaycana qarşı kiberhücumlar artıb

06-04-2015 14:26
Azərbaycana qarşı kiberhücumlar artıb

Rəsmi qurumların hesabatlarına görə, Azərbaycana qarşı kiberhücumlar əvvəlki illərlə müqayisədə 30% artıb. Müasir dünyada kiberhücumlar dövlətlər üçün ciddi problemə çevrilib. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr bu hücumların qarşısını almaq üçün dayanıqlı sistemlər qurmaq üzərində düşünürlər.

Media Hüququ üzrə ekspert Ələsgər Məmmədli hazırki dövrdə bu məsələnin aktual problemlərdən biri olduğunu vurğulayıb.

O, məsələni qanunvericilik aspektindən şərh edib. Ələsgər Məmmədli deyib ki, kompüter sisteminə, şəbəkəyə qanunsuz daxil olma cinayət məcəlləsində öz əksini tapıb.
Onun sözlərinə görə, günümüzdə sadəcə silahla deyil, informasiya sahəsində də mübarizə gedir: “Dövlət rəsmilərinin yazışmaları, Facebook, Twitter gmail hesablarını xüsusi araşdırma institutları, qruplar fəaliyyət göstərir ki, bunları analiz edir, təhlil aparır və bu çərçivədə qərarlar alınmasında raportlar hazırlayıb üst strukturlarına təqdim edirlər”.

Hüquq eksperti bildirib ki, dünyada baş verən, ölkələr daxilində gedən prosesləri düzgün izləyib, təhlil edib doğru qərarlar verməsək zaman-zaman çox yalnış yerə gedə bilərik: “Məsələn, dünənə qədər Amerika İran arasında gərgin müzakirə mübarizə var idisə, dünən məlum oldu ki, onlar razılaşıblar, nüvə məsələsində müqavilə imzalamağa hazırlaşırlar. İranın prezidenti dəyişəndən sonra baş verən proseslərdən dəyişikliklərin olacağını hiss etmək olurdu. Yəni, bu hadisələri izləyən qruplarımız olsa bu bizim üçün sürpriz olmazdı”.

Ekspert hesab edir ki, dövlət sirləri, gizli dövlət məsələləri bir şəkildə elektron daşıyıcılar üzərindədir və elektron daşıyıcılara kənardan müdaxilə olunubsa çox dərin problemlər, aidiyyatı strukturların istefası qaçılmazdır.
Ələsgər Məmmədli vurğulayıb ki, kibercinayətkarlıqla bağlı olaraq ümumiyyətlə virtual olaraq müəyyən sistemlərə girib proqramlar yaradıb xüsusi şəbəkələrə girərək onlardan istifadə etmək yaxud yox etmək və ya onları başqa sferaya yönəltmək bunlar beynəlxalq qanunvericilyə görə də, daxili qanunvericiliyə görə də cinayət hesab olunur. Onu da qeyd edib, bunu edənlər o qədər peşəkar olurlar ki,  özlərinin şəbəkəyə müdaxilə yerlərini gizlədə bilirlər.

Ələsgər Məmmədli bu problemlərin qarşısını almaq üçün informasiya sahəsində milli maraqlarımıza uyğun olaraq  ciddi və sistemli formada  təhlükəsizlik işilərinin aparılmasını vacib hesab edib.

Sevinc Çəltikova

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda kiber ordu yaradıla bilərmi?

Azərbaycanda kiber ordu yaradıla bilərmi?

04-04-2015
Azərbaycan elektron informasiya ehtiyatlarına kiberhücumlar gözlənilir

Azərbaycan elektron informasiya ehtiyatlarına kiberhücumlar gözlənilir

05-08-2022
“Azərbaycanda sosial medianın əhəmiyyəti artıb”

“Azərbaycanda sosial medianın əhəmiyyəti artıb”

05-06-2015
Ekspertlər nə düşünür: sosial media lisenziyalaşdırıla bilərmi?

Ekspertlər nə düşünür: sosial media lisenziyalaşdırıla bilərmi?

07-08-2015
“Azərbaycana maraqlar çoxaldıqca kiberhücumların sayı artacaq”

“Azərbaycana maraqlar çoxaldıqca kiberhücumların sayı artacaq”

27-02-2015
XRİTDX: “Azərbaycana kiberhücumların çoxu qonşu ölkələrdən təşkil olunur”

XRİTDX: “Azərbaycana kiberhücumların çoxu qonşu ölkələrdən təşkil olunur”

26-10-2023
Azercell-in idarə edilməsində hansı yeniliklər ola bilər? –Şərh

Azercell-in idarə edilməsində hansı yeniliklər ola bilər? –Şərh

12-03-2018
Prezident: Azərbaycana kiberhücum təşkil edənlər cəzasız qalmamalıdır

Prezident: Azərbaycana kiberhücum təşkil edənlər cəzasız qalmamalıdır

03-11-2025
«İnternet televiziyaların lisenziyalaşdırılması ifadə və söz azadlığını pozur»

«İnternet televiziyaların lisenziyalaşdırılması ifadə və söz azadlığını pozur»

22-04-2010
Dövlət qurumlarının xəbər saytları saxlaması nə dərəcədə doğrudur?

Dövlət qurumlarının xəbər saytları saxlaması nə dərəcədə doğrudur?

21-12-2015
 Azərbaycan İnternetinin azadlığı üçün təhlükə varmı?-Ekspert rəyləri

Azərbaycan İnternetinin azadlığı üçün təhlükə varmı?-Ekspert rəyləri

15-11-2016
Kibercinayətkarlığa kim cavabdehdir?

Kibercinayətkarlığa kim cavabdehdir?

21-06-2019
İlqar Musayev: "Azərbaycana çoxlu sayda kiberhücum olur, lakin hamısını açıqlaya bilmirik"

İlqar Musayev: "Azərbaycana çoxlu sayda kiberhücum olur, lakin hamısını açıqlaya bilmirik"

25-09-2024
İnternetdə təhqirə görə cəza…

İnternetdə təhqirə görə cəza…

06-06-2013
Ən çox kiberhücumlar bank müştərilərinə qarşı həyata keçirilir

Ən çox kiberhücumlar bank müştərilərinə qarşı həyata keçirilir

23-10-2024
Elektron poçt sisteminə edilən fişinq hücumlarının sayı artıb

Elektron poçt sisteminə edilən fişinq hücumlarının sayı artıb

02-11-2020
Ermənilərin Azərbaycana qarşı etdiyi kiberhücumların əsas istiqamətləri açıqlanıb

Ermənilərin Azərbaycana qarşı etdiyi kiberhücumların əsas istiqamətləri açıqlanıb

30-09-2020
Milli informasiya resursları ələ keçirilib

Milli informasiya resursları ələ keçirilib

03-03-2023
XRİTDT: Kibertəhlükəsizlik sahəsində təhdidlər daha da mürəkkəbləşib

XRİTDT: Kibertəhlükəsizlik sahəsində təhdidlər daha da mürəkkəbləşib

21-02-2025
DİN-də Kibercinayətkarlıqla mübarizə strukturu olmalıdırmı?

DİN-də Kibercinayətkarlıqla mübarizə strukturu olmalıdırmı?

03-03-2020
Azərbaycanın bir sıra dövlət qurumu və banklara kiberhücumlar olub

Azərbaycanın bir sıra dövlət qurumu və banklara kiberhücumlar olub

08-08-2022
Banklar elektron sənədi niyə qəbul etmir?-Problem

Banklar elektron sənədi niyə qəbul etmir?-Problem

20-10-2017
Rəqəmsal yayımı kimlər qəbul edə bilməyəcək?

Rəqəmsal yayımı kimlər qəbul edə bilməyəcək?

04-09-2015
XRİTDX kiberhücumlar barədə məlumat yayıb

XRİTDX kiberhücumlar barədə məlumat yayıb

21-05-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə