• ANA SƏHİFƏ
  • LAYİHƏ HAQQINDA
  • ARXİV
  • XƏBƏRLƏR
  • ƏLAQƏ
  • AZNET
    • SOSİAL MEDIA
    • E-TİCARƏT
    • MİLLİ NET
    • STARTAP AZƏRBAYCAN
    • YENİ MEDİA
    • İNTERNET
  • E - HÖKUMƏT
  • TEXNOLOGİYA
    • SÜNİ İNTELLEKT VƏ DATA
    • AVADANLIQ
    • TƏHLÜKƏSİZLİK
    • OYUNLAR
    • PROQRAMLAR
    • KRİPTOVALYUTA
    • İNVESTİSİYA
    • TENDER
    • MƏSLƏHƏTXANA
  • TƏNZİMLƏMƏ
    • QANUNVERİCİLİK
    • TƏHLİL
    • İSTEHLAKÇI HÜQUQLARI
  • TELEKOM VƏ NƏQLİYYAT
    • MOBİL RABİTƏ
    • TV VƏ RADİO
    • KOSMOS
    • TELEKOMMUNİKASİYA
    • NƏQLİYYAT
    • RADİOTEZLİKLƏR
  • RUBRİKA
    • COP29
    • İT GÜNDƏM
    • İT VAKANSİYA
    • İKT VETERAN
    • İKT QADINLAR
    • İT TƏLƏBƏ
    • İKT TƏHSİL
    • İKT REGİON
    • İNTERNET BANKÇILIQ
    • İKT UŞAQLAR
    • İKT KADRLAR
    • İKT VƏ SEÇKİ
    • İT TANINMIŞLAR
  • TƏDBİRLƏR
  • MÜSAHİBƏ

TƏNZİMLƏMƏ

  1. Ana səhifə
  2. TƏNZİMLƏMƏ

Dövlət qurumlarının xəbər saytları saxlaması nə dərəcədə doğrudur?

21-12-2015 / 12:16

 Hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin  tərkibində bir neçə media  qurumu fəaliyyət göstərir.

Belə ki,  nazirliklə bağlı bütün məlumatlar həm qurumun rəsmi saytı mincom.az üzərindən, “Rabitə dünyası” qəzeti və onun onlayn versiyası vasitəsilə,  həm də RYTN-nin  İCTnews.az elektron xəbər xidməti  vasitəsi ilə cəmiyyətə çatırılır. Eyni zamanda , bu qurumun daxilində olan digər strukturların RYTN-lə bağlı açıqlamaları yayan internet resursları var.

Müşahidələrimiz göstərir ki, əksər vaxt hətta nazirliklə bağlı vacib məlumatlar rəsmi sayt vasitəsilə deyil ,ilk olaraq  ictnews.az elektron xidmət vasitəsi ilə yayımlanır.

Həmçinin RYTN-nin bu  günə qədər “Rabitə dünyası” qəzeti də nəşr olunurdu.  Belə ki, qəzetdə nazirliklə və ölkə İKT sektoru ilə bağlı vacib məlumatlar yer alırdı.

Son günlərdə məlumat verdiyimiz kimi, RYTN-də ciddi islahalatlar aparılır. Bu islahatlar daxilində  qurumun qəzetinin  artıq bağlandığı, bundan sonra öz işini jurnal kimi davam etdirəcəyi açıqlanıb.

Zaman-zaman ekspertlər dövlət qurmumun bu qədər media resursunu saxlayıb,  dövlət büdəcəsindən maliyyələşdirilməsinin düzgün olmadığını və ictimai infromasiyaların ancaq rəsmi saytlar vasitəsilə yayılmasının vacibliyini diqqətə çatırırdı. Belə ki, qeyd edilirdi ki, bütün dövlət qurumları fəaliyyətləri ilə bağlı məlumatları obyektiv olaraq  rəsmi sayt üzərindən yayımlamalı və bütün media orqanlarına məlumat eyni anda çatmalıdır.

Hətta  dövlət qurumları fəaliyyətləri ilə bağlı press-relizləri  də KİV-lərə ötürməlidir.

Lakin  əksər vaxt RYTN ilə bağlı məlumatları  rəsmi sayt yox,  ictnews.az elektron xəbər xidməti   vasitəsi ilə əldə edirik.  Press-reliz göndərilməsi halları ilə isə rastlaşmırıq.

Xeberler.az olaraq məsələnin hüquqi tərəfləri ilə bağlı ekspert  Ələsgər Məmmədli ilə söhbət etdik.

Media üzrə hüquq eksperti də bildirdi  ki, əslində  dövlət qurumları, o cümlədən də RYTN məlumatları rəsmi saytı üzərindən yayımlamalıdır.

O qeyd edib ki, nazirliyin hər hansı  mətbuat orqanı saxlaması, təsis etməsi əslində demokratik  dövlətlər  üçün normal hal deyil:

“ Hətta 2001-ci ildə Azərbaycan Avropa şurasına seçildikdə  üzərinə öhdəlik götürmüşdü ki, dövlətə məxsus media qurumlarından imtina edəcək. Amma bu dövrdə nəinki  onlardan imtina edildi , onların sayı sürətlə artırıldı”.

Ələsgər Məmmədli vurğulayıb ki, dövlət qurumları bu kimi media orqanlarında informasiya təbliğat maşını kimi istifadə edir və bu da  insanların obyektiv informasiya əldə etmələrini əngəlləyir.

Onun sözlərinə görə, bu kimi media orqanlarının saxlanılmasına  struktur və  kadr baxımından  yüksək miqdarda vəsait sərf edilir və bu da nazirliyin,  dövlətin büdcəsinə  ziyan vurur.

İndiki məqamda məsələnin də daha ciddi hal aldığını deyən ekspert  bu resursların bağlanması, yalnız qurmun rəsmi saytı üzərindən məlumatların paylaşılmasını zəruri hesab edir.

Media üzrə ekspert Azər Həsrət isə ümumiyyətlə dövlət qurumlarının qəzetlərini və əlavə xəbər resurslarını ləğv etməyin doğru olduğunu hesab edir.

Onun sözlərinə görə, bu kimi  əlavə resurslar saxlamağa ehtiyac  yoxdur:

“ Qanun dövlət qurumlarının internet saytlarının qurulmasını məcburi edir. Bu baxımdan RYTN-nin də saytı var və əlavə KİV-lər  saxlayıb lazımsız xərclərə səbəb  olmaq düzgün deyil.  Bu baxımdan düşünürəm ki, qəzetin ləğvi doğru addımdır. Jurnal kimi ola bilər. O da yalnız rüblük kimi,  bir az da iri həcmli analitik, statististik yazılarla çap oluna bilər. Amma davamlı xəbər mediası kimi olmasına artıq gərək yoxdur. Amma  bu qurumların işçilərini də işsiz qoymaq olmaz. Nazirlik mütləq həmin işçiləri başqa işlə təmin etməlidir”.

 

 

 

Məltəm Talıbzadə 


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR


RYTN-ə tabe olan media qurumlarında islahatlar aparılır

21-01-2016

Nazirliyin qəzeti bağlanır? - Rəsmi açıqlama

19-12-2015

RYTN qarlı hava şəraiti ilə bağlı hansı tədbirləri görür?

26-01-2016

BTRİB-in rəsmi saytı aylardır niyə yenilənmir?

31-08-2016

Devalvasiya ilə yadda qalan İT gündəm

28-12-2015

Azercell-in idarə edilməsində hansı yeniliklər ola bilər? –Şərh

12-03-2018

“İnternet və sosial media da vuruşurdu, sadəcə cəbhələr fərqli idi”

07-04-2016

Ekspert:Azərbaycanla bağlı daha bir gözlənilən baş verib

10-05-2022

Dövlət qurumlarının rəsmi saytları niyə işləmir?- Yenilənib

22-02-2016

Öz kontenti olan xəbər portalları dəstək ala biləcək

03-02-2016

Nazirliyin yeni saytında hansı problemlər var?

22-05-2018

Nazirliyin yeni saytı nə vaxt istifadəyə veriləcək?

04-05-2018

Azərbaycana qarşı kiberhücumlar artıb

06-04-2015

Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

02-04-2021

“Məhkəmə qərarı olmadan dinləmələr hələ də problemdir”- Ekspert

19-08-2016



  • Son Xəbər
  • populyar
  • Yazarlar
  • DOST Agentliyi və ilk DOST mərkəzinin açılışından 6 il ötür

    09-05-2025
  • “Data jurnalistikası” mövzusunda təlim yekunlaşıb

    09-05-2025
  • İlham Əliyev Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib

    09-05-2025
  • AYNA: Gediş haqqının QR ödənilməsi ilə bağlı problem aradan qaldırılıb

    09-05-2025
  • Azərbaycanla Vyetnam arasında əməkdaşlıq müzakirə edilib

    09-05-2025
  • DİN: Bank kartlarından oğurluq halları davam edir

    09-05-2025
  • AzTU-da “Huawei” şirkətinin “Açıq qapı” günü keçirilib

    08-05-2025
  • AzTU “Huawei Technologies Azerbaijan” ilə əməkdaşlıq edəcək

    08-05-2025
  • Google süni intellekt məlumatlarını məhdudlaşdırır

    08-05-2025
  • ABB səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək

    08-05-2025
  • XRİTDX beynəlxalq tədbirdə iştirak edib

    08-05-2025
  • Agentlik: 10 min şagird kompüter əsaslı monitorinqə cəlb olunacaq

    08-05-2025
  • Daha 4 KOB subyektinə startup şəhadətnaməsi verilib

    08-05-2025
  • “Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb

    08-05-2025
  • “Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış edib

    08-05-2025
  • EcomX E-ticarət Proqramının birinci mərhələsi başa çatıb

    08-05-2025
  • Nəqliyyat vasitələrində gedişhaqqı bank kartları ilə ödənilə bilər

    08-05-2025
  • "Azercell"in tərəfdaşlığı ilə “Baku Flames” festivalı keçirilib

    08-05-2025
  • “digital.login” iki faktorlu autentifikasiya ilə gücləndirilib

    08-05-2025
  • Ötən gün bank kartlarından 30 min manatdan çox vəsait oğurlanıb

    08-05-2025
  • Bütün xəbərlər
  • "DEFAGE Bootcamp" intensiv inkişaf proqramına start verilir

    12-04-2025
  • Ən faydalı və populyar mobil hökumət həlli hansılardır? - Ekspert açıqladı

    14-04-2025
  • İnformatika fənni üzrə kurikulum tam yenilənib - Osman Gündüz

    21-04-2025
  • "AMEA"da süni intellekt məsələlərinə böyük diqqət ayrılır

    12-04-2025
  • Çində ilk 10G genişzolaqlı şəbəkə istifadəyə verilib

    20-04-2025
  • Nigeriya “Meta”nın cəriməsini təsdiqləyib

    26-04-2025
  • Rəqəmsal iqtisadiyyat və texnologiyada yeni dövr başlayır - Osman Gündüz

    25-04-2025
  • “Elektron məhkəmə” övladlığagötürmə ilə əlaqədar altsistemə inteqrasiya ediləcək

    19-04-2025
  • "Aztelekom" yenidən təşkil edilir

    25-04-2025
  • “Yahoo” “Chrome”u almaqla maraqlanır

    25-04-2025
  • Osman Gündüz

    Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?

  • Məltəm Talıbzadə

    Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh

  • Ağasəf Haqverdiyev

    Windows 10-u necə sürətləndirmək olar?

  • Fərrux İlhamoğlu

    Bizi idarə edən güc: Netokratiya

  • Sevil Rəsulzadə

    Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

  • İsmayıl Rafiqoğlu

    Facebook müəmması

  • Günel Azadə

    4G mobil texnologiyası niyə ləngiyir?

  • Kamran Ədalətoğlu

    Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

  • Azər Həsrət

    “Asan imzanı belə gördüm”- Azər Həsrət

  • Eyvaz Qocayev

    Satışa çıxarılmış Azərbaycan adları

  • Bütün yazarlar



sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə



NƏTİCƏLƏR

Bütün sorğular

  • ANA SƏHİFƏ
  • LAYİHƏ HAQQINDA
  • ARXİV
  • XƏBƏRLƏR
  • ƏLAQƏ
  •  
  •  
  •  
  •  
© 2008 -2025 Xəbərlər.az
Bütün hüquqlar qorunur.