Previous Next
Bağla

Azercell-in idarə edilməsində hansı yeniliklər ola bilər? –Şərh

12-03-2018 14:25
Azercell-in idarə edilməsində hansı yeniliklər ola bilər? –Şərh

Məlumat verdiyimiz kimi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) AzInTelecom Azərbaycanın telekommunikasiya operatoru Azercell-in səhmlərini almaqla bağlı müqavilə imzalayıb. Beləliklə, Nazirlik Azercell-in səhmlərinin 51.3%-ni , yəni təxminən 222 milyon AVRO olan hissəsini əldə edib.

Son günlər məsələ demək olar ki, hər kəsin gündəmini zəbt edib.

Mövzu ilə bağlı sosial mediada ciddi müzakirələr gedir. Belə ki, hamı Azercell-in bundan sonrakı fəaliyyəti ilə maraqlanır.

Kifayət qədər nüfuza sahib belə şirkətin dövlət qurumu tərəfindən satın alınması bəzi suallar yaradır.

Məlum olduğu kimi, Azercell həm reklam, həm biznes və həm də sosial layihələri ilə diqqət çəkirdi.

Onlardan biri də Barama İnnovasiya Mərkəzidir. Burada startap layihələrinə dəstək göstərilir. Həmçinin, Barama media layihəsini də dəstəkləyir.

Maraqlıdır ki, bu istiqamətdə şirkətin siyasəti dəyişə bilərmi?

Məsələ ilə bağlı tanınmış hüquqşünas, media üzrə ekspert Ələsgər Məmmədli  ilə ətraflı söhbət etdik.

Ekspert maraqlı bir məqama toxunub. Onun sözlərinə görə, Nazirliyin müqavilə bağladığı şirkətin heç internet səhifəsi də yoxdur:

“Məlum olduğu kimi, NRYTN-in AzInTelecom qurumu martın 5-də Niderland qanunvericiliyinə əsasən yaradılmış Fintur Holdings B.V. şirkəti ilə müqavilə bağladı. Bununla Nazirlik Azecell-in 51, 3 faizinə sahib oldu. Bu barədə qısa araşdırma edib, həmin şirkətlə maraqlandım. Belə ki, Fintur Holdings B.V. şirkətinin internet saytı aktiv deyil və yaxud da ümumiyyətlə mövcud deyil. Çünki şirkətin rəsmi saytı açılmır. Marqlıdır ki, belə bir kampaniya necə Azərbaycan ilə tərəfdaş olub?”.

Hüquqşünas dövlət qurumunun böyük vəsait xərcləyib Azercell-i almağını doğru hesab etmir:

"AzInTelecom-un çox gəlirli sahə kimi tanınan, özəl sektora məxsus sahə kimi inkişaf edən imkanları olan şirkətin səhmlərinə nəzarəti ələ alması doğru yanaşma deyil. Bu, ciddi sual doğurur və Nazirlik bunu əsaslandırmalı idi". 

Ekspert vurğulayıb ki, dövlət xidmət sektorunda rəqabət mühiti yaratmalı, lisenziya verməli olduğu halda özü bilavasitə oyunçuya çevrilir:

“Bu da ciddi şəkildə maraqlar toqquşmasına gətirib çıxarır. Belə ki, Nazirlik xidmətdə mövcud olan özəl qurumların rəqabət imkanlarını ciddi şəkildə məhdudlaşdırır”.

Bundan sonra Azercell-də nə baş verəcək?

“Bizim tərəfdən sualın konkret cavablandırılması doğru olmazdı. Azercell-in daha da inkişaf etməsi arzuoluanan idi. Məlum olduğu kimi, AzInTelecom böyük bir ərazidə teelfonlaşma və internet xidməti həyata keçirir. Bunun da keyfiyyəti ortadadır. Bugünə qədər qurum inkişaf üçün elə də ciddi sərmayə qoyub, effektiv bir xidmət yaratmayıb. Azercell-i də eyni vəziyyət gözləyirmi?. Bunu zamanla görəcəyik”.

Şirkətin korporativ layihələrə dəstəyinə gəlincə isə ekspert bununla bağlı proqramlarda yavaşlama olma ehtimalının qaçılmaz olduğunu deyib:

“Məlumdur ki, şirkət daha çox özəl sektora yatırım edirdi. Əvvəlki kimi nəzərdə tutulan Barama və iri layihələrin maliyyələşməsi məsələsində bir müddət ara verilə bilər Bunlar yeni idarətmə ilə bağlıdır”.

Ələsgər Məmmədli onu da vurğulayıb ki, Azərbaycanda mobil operatorların sayı azdır və rəqabət mühiti yoxdur:

“Bizdə vətəndaşlar qonşu ölkələrə nisbətən keyfiyyət aşağı,amma bahalı xidmət alır. Bu gün hələ Bakıda çox yerdə 3G xidmətindən istifadə edə bilmirik. Baxmayaraq Azercell 4, 5 milyon istfadəçisi olduğunu elan edir. Biz belə şirkətdən xidmət almağımıza baxmayaraq keyfiyyət aşağı, qiymət bahadır”.

Onun sözlərinə görə, regionlarda isə bu infrasktruktura qoyulan sərmayə azalır.

Hüquqşunas vurğulayıb ki, rəqabət mühiti olmadıqca bu proseslər belə də davam edəcək:

“Dövlət bu kimi kampaniyalardan əl çəkib, rəqabət mühiti yaratmasa, bu sahədə müsbət irəliləyişlər olacağına ümid etmirəm”.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell-in satılmasına münasibət: “Nazirlikdə bu qədər pul haradandır?”

09-03-2018

Nazirlik Azercell-i inkişafa, yoxsa geriyə aparacaq?

07-03-2018

Dövlət qurumunun Azercell-i alması sektora necə təsir edəcək?-Şərh

06-03-2018

Nazirlik Azercell-i satın aldı

05-03-2018

TeliaSonera Azərbaycan bazarından gedirmi ?

17-09-2015

bp-Azerbaijan-ın Azercell-dən imtina etməsinin səbəbi nədir?

28-08-2009

Osman Gündüz: Azercell nə üçün gəlirlərini açıqlamadı?

03-03-2020

Azercell BDU-un Barama Media Mərkəzinə verilən dəstəyi dayandırıb

26-09-2019

Azercell-in “yağlı” müştərilərini kim ələ keçirmək istəyir?

22-02-2017

Ekspert: İnnovasiya Agentliyi startapları öz ofisindən çıxarır

12-11-2019

Ekspert: Nazirin Azercell-dəki görüşündə nələrdən danışılıb?

24-08-2022

Azercell-in yeni potensial səhmdarının adı açıqlanıb

24-10-2016

Azercell-i hansı qurum alır?

12-02-2018

Azercell –də nə baş verir ?

24-12-2017

Antiinhisar qurumu NRYTN üçün məcburi olan qərar qəbul edib

02-08-2019

3G savaşı – günahkar kimdir?

10-12-2009

Ekspert: Nazirlik çoxdan 5G ilə bağlı açıqlamalar verməli idi

05-09-2022

Ekspert Azercell-in açıqlamasına münasibət bildirib

05-07-2019

TeliaSonera-nın Azercell-dəki hissələrini hansı şirkət alır?

30-12-2015

«İnternet televiziyaların lisenziyalaşdırılması ifadə və söz azadlığını pozur»

22-04-2010

Ekspert : Azercell Telekom-un bu addımı doğru addım deyil

15-01-2019

Azercell ASAN imza tariflərini qaldırır

18-07-2018

Ekspert : İndiyədək İKT sektorunda olmayan bir şirkətə necə 14 milyon vermək olardı?

28-02-2019

Qafqaz Universitetinin tələbələri Azercell-də

17-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə