Previous Next
Bağla

Azərbaycanda kiber ordu yaradıla bilərmi?

04-04-2015 11:50
Azərbaycanda kiber ordu yaradıla bilərmi?

Bu gün kiber ordu adlandırılan komandalar dünənə qədər  İT şöbələri olaraq fəaliyyət göstərirdi

Müasir dünyada kiberhücumlar dövlətlər üçün ciddi problemə çevrilib. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr bu hücumların qarşısını almaq üçün  dayanıqlı sistemlər qurmaq üzərində düşünürlər. Bəzi dövlətlər isə artıq bu istiqamətdə əsl kiber silahlı qüvvələr yaratmaqla real addımlar atıblar. İndi kiberqüvvələr bir növ hərbi müdafiə sisteminin tərkib hissəsinə çevrilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Yanında Elektron Təhlükəsizliyi Mərkəzinin verdiyi məlumata görə, ötən illə müqayisədə Azərbaycana olunan kiberhücumlar 30 faizədək artıb.

Uzun müddətdən bəri müharibə şəraitində olan və tez-tez kiber hücumlara məruz qalan Azərbaycan üçün yeni formada kiber təhlükəsizlik sistemin yaradılması perspektivini öyrənmək üçün ekspertlərə müraciət etdik.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, həqiqətən də son dövrlərdə bir sıra inkişaf etmiş ölkələrdə yeni silahlı qüvvələr, ordunun yeni bir növü- kiber silahlı qüvvələr adlandırılan qurumlar yaradıldığının şahidi oluruq.

Dövlətlər artıq kiber təhlükələri ciddi olaraq dəyərləndirirlər. Odur ki, həm bundan müdafiə olunmaq üçün, həm də özlərinin milli maraqlarını həyata keçirmək üçün yeni texnoloji qurumlar, sistemlər - əgər belə demək mümkünsə kiber silahlı qüvvələr yaradırlar. Beynəlxalq aləmdə baş verən müxtəlif hadisələr zamanı, Rusiya -Ukrayna müharibəsində,  Rusiya-Gürcüstan məsələlərində kiberhücum və kiber müdafiə məsələlərinin nə qədər önəm kəsb etdiyinin müşahidə edirik.

Əvvəllər bu tip hücumlar adətən bir neçə şəxs və xaker adlandırdığımız qruplar tərəfindən edilirdisə, artıq situasiya dəyişib. Dövlətlər daha peşəkar, daha sitemli və dayanıqlı  formada  strukturlar yaradırlar. Onların tərkibi o qədər genişlənib ki, artıq əsl kiber ordu olaraq fəaliyyət göstərirlər.

Məsələyə münasibət bildirən Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) rəhbəri Tural Məmmədov Xəbərlər-ə bildirib ki,  ölkənin Kiber Müdafiəsi deyildikdə ölkəyə daxil olan internet trafikinin idarə edilməsindən tutmuş, istifadəçilərin təhlükəsizliyinə qədər hər bir informasiya vasitəsi aiddir.

 O, bu sahədə ölkədə bir neçə qurumun fəaliyyətini xatırladıb: “İnformasiya Təhlükəsizliyinin özəl və ictimai hissəsi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Təhlükəsizliyi Mərkəzi, Akademik araşdırmalar hissəsi ilə AMEA yanında İnformasiya Texnologiyalar  institutunun SCIENCE CERT qrupu, İnformasiya Texnologiyaları ilə törədilmiş cinayət məsələləri ilə Milli Təhlükəsizlik Nazirliyi məşğul olur”. 

Tural Məmmədov qeyd edib ki, müxtəlif qurumların tərkibində fəaliyyət göstərən İT şöbələri,  CERT komandası da  olur. Bu komandaların  fəaliyyət istiqaməti şirkət və ya dövlət qurumunda olmasından asılı olmayaraq informasiya təhlükəsizliyinin təmin edilməsidir. Amma media  hərbi qurumlarda yaradılan CERT-lərə kiber ordu adı verərək məsələni daha emosional təqdim edir.
Bugün kiber ordu adlandırılan komandalar dünənə qədər  İT şöbəsi olaraq adlandırılırdı.

Tural Məmmədov bildirib ki, bəzi ölkələrin buna ordu adı verməsi bu mütəxəssis sayının çox olmasının göstəricisidir. Hər bir ölkə istəyər ki, onun mütəxəssislərinin sayı “tağım” sayını keçsin və orduya çevrilsin:

“İT mütəxxəssislərin sayının və keyfiyyətinin artırılması üçün isə ölkəmizdə kifayət qədər işlər görülür. Buna istər universitetlərdə yaradılan yeni ixtisaslar, istər dövlətin bu sahəyə marağı və ayırdığı qrantlar istərsə də startapların inkişafı və.s misal göstərmək olar”- Tural Məmmədov vurğulayıb.

 

Sevinc Çəltikova

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azərbaycana maraqlar çoxaldıqca kiberhücumların sayı artacaq”

27-02-2015

Müdafiə Nazirliyində kiber ordu yaradılır

16-09-2015

Müdafiə Nazirliyində kiber məsələlərə ciddi önəm veriləcək-Ekspert

17-08-2023

Deputat: “Azərbaycanda kibertəhlükəsizlik qüvvələrinin yaradılmasına ehtiyac var”

08-06-2016

Azərbaycan BƏƏ-də "Kibertəhlükəsizlik həftəsi 2023"də təmsil olunub

19-10-2023

Dövlət Xidmətindən İcbari Sığorta Bürosuna kiberhücumla bağlı açıqlama

20-06-2022

İlqar Musayev: "Azərbaycana çoxlu sayda kiberhücum olur, lakin hamısını açıqlaya bilmirik"

25-09-2024

Azərbaycan beynəlxalq kibertəhlükəsizlik təlimə qatılacaq

16-12-2019

“Avropa Oyunları zamanı İnternet və informasiya mübadiləsi proseslərini dörd qurum monitorinq edəcək”

23-04-2015

İslamiadanın kibertəhlükəsizliyini hansı qurumlar qoruyur?

16-05-2017

Azərbaycanda şirkətlər niyə kiber hücuma məruz qalır?

09-11-2017

İdarə rəisi: Azərbaycanda beynəlxalq səviyyəli kiberdiplomatların hazırlanması üçün təlimlər keçiriləcək

18-04-2024

Azərbaycan və Böyük Britaniya hərbçiləri kibertəhlükəsizlik təlimində iştirak ediblər

14-02-2026

Kibertəhlükəsizlik ekosisteminin cari vəziyyəti müzakirə edilib

01-06-2024

Bugünkü kibertəhlükəsizlik ilə bağlı konfrans başa çatdı

13-04-2015

Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir

26-06-2016

Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 33 pillə irəliləyib

25-01-2023

Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir

26-06-2017

Silahlı Qüvvələrdə kibertəhlükəsizlik məsələsi müzakirə olunub

21-09-2016

Kaspersky “Şifrəni dəyiş” adlı podkast təqdim edib

10-06-2021

Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur

26-06-2015

Milli İnternet resurslarımıza hücumlar artacaq

23-04-2015

Mastercard kiber hücumlardan zərər çəkənlərə yardım edəcək

16-10-2019

Azərbaycana qarşı kiberhücumlar artıb

06-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə