"AI Azerbaijan" Süni İntellekt Olimpiadası keçiriləcək

27-02-2026 / 20:17

14 mart 2026-cı il tarixində Bakı, Gəncə, Sumqayıt, Lənkəran və Naxçıvan şəhərlərində Global Olympiad Center tərəfindən təsis edilən AI Azerbaijan Süni İntellekt Olimpiadası keçiriləcək.

Xeberler.az bildirir ki, olimpiada süni intellekt sahəsinə marağı və istedadı olan şagirdlər üçün ölkə üzrə seçim mərhələsi kimi keçiriləcək. İştirak etmək istəyənlər 13 mart saat 12:00-dək goc.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, yarış iki kateqoriya üzrə keçiriləcək: 5–8-ci sinif şagirdləri Junior Division, 9–11-ci sinif şagirdləri isə Senior Division üzrə mübarizə aparacaqlar.

Olimpiada iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə iştirakçılar riyaziyyat və məntiq üzrə sualları cavablandıracaq, ikinci mərhələdə isə süni intellekt sahəsinə dair nəzəri və praktik tapşırıqları yerinə yetirəcəklər. Bu mərhələdə şagirdlərin analitik düşünmə, problem həll etmə və texnoloji bacarıqları qiymətləndiriləcək.

Ən yüksək nəticə göstərən 10 şagird 2026-cı ildə Əbu-Dabidə keçiriləcək International Olympiad in Artificial Intelligence (IOAI) final mərhələsində Azərbaycanı təmsil etmək hüququ qazanacaq. Qeyd edək ki, beynəlxalq finalda 100-dən çox ölkənin iştirakı gözlənilir və bu yarış süni intellekt sahəsində ən nüfuzlu akademik olimpiadalardan biri hesab olunur.

Təşəbbüs ölkədə gənclərin müasir texnologiyalara marağının artırılması istiqamətində həyata keçirilir. Layihənin əsas məqsədi süni intellekt sahəsində istedadlı şagirdlərin aşkar edilməsi, onların inkişafına dəstək göstərilməsi və gələcək texnologiya liderlərinin yetişdirilməsidir.

Bildirilib ki, AI Azerbaijan Süni İntellekt Olimpiadası tam ödənişsiz keçiriləcək və ölkədə rəqəmsal savadlılığın artırılması, innovativ düşüncənin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

 
 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə