Fevralın 27-də Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli Azərbaycana rəsmi səfəri çərçivəsində “ASAN xidmət” mərkəzini ziyarət edib.
Xeberler.az məlumat verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Qonağa “ASAN xidmət” mərkəzlərinin fəaliyyətində tətbiq olunan müxtəlif texnoloji həllər ilə bağlı təqdimat edilib. Azərbaycanın milli brendi olan ASAN-ın intellektual məhsul kimi ixracı istiqamətində 30-dan çox ölkə və beynəlxalq təşkilatla müqavilə imzalandığı diqqətə çatdırılıb. Həmçinin vurğulanıb ki, Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş “ASAN xidmət” konsepsiyasını ən yaxşı model kimi dəyərləndirir və dörd qitədə təşviq edir.
Baş nazir Səyyar ASAN xidmətin fəaliyyəti ilə də tanış olub. Vətəndaşların dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynayan Səyyar ASAN xidmət layihəsini qiymətləndirərək həmin təcrübənin də yaxın zamanda Efiopiyada tətbiq olunacağını qeyd edib.
Qonağa “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, “Bilim Bakı” mərkəzi və “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar da ətraflı məlumat verilib.
Qeyd edək ki, Dövlət Agentliyi ilə həyata keçirilmiş əməkdaşlığın nəticəsi olaraq 2025-ci ilin iyun ayında Efiopiyanın Əddis-Əbəbə şəhərində Azərbaycanın “ASAN xidmət” konsepsiyası əsasında ilk “MESOB” dövlət xidmətləri mərkəzi fəaliyyətə başlayıb.
Xatırladaq ki, 2024-cü ilin may ayında Dövlət Agentliyi ilə Efiopiyanın müvafiq qurumu arasında “ASAN xidmət” təcrübəsinin Efiopiyada tətbiqi ilə bağlı Anlaşma Memorandumu imzalanıb.
Anlaşma Memorandumunun icrası çərçivəsində Dövlət Agentliyi tərəfindən Efiopiyadan olan dövlət qulluqçuları üçün təlimlər keçirilib, xidmətlərin vahid standartı müəyyən edilib, habelə “ASAN xidmət” mərkəzlərində istifadə olunan texnoloji həllər əsasında tövsiyə sənədləri formalaşdırılıb.


Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları