Previous Next
Bağla

Ekspert: m10 hadisəsi fintex risklərinin idarə olunması ilə bağlı suallar yaradıb

13-02-2026 18:48
Ekspert: m10 hadisəsi fintex risklərinin idarə olunması ilə bağlı suallar yaradıb

Azərbaycanda qısa müddətdə geniş istifadəçi bazası qazanan m10 elektron pulqabısı ətrafında baş verən son hadisələr fintex sektorunda risklərin idarə olunması məsələsini yenidən gündəmə gətirib.

Xeberler.az məlumat verir ki, Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz məsələyə münasibət bildirib.

O qeyd edib ki, m10 platforması PashaPay elektron pul təşkilatı tərəfindən idarə olunur və şirkətin 100 faiz payçısı Kapital Bank-dır. Son illər tətbiqin sürətli böyüməsi və funksional imkanlarının genişlənməsi onu bazarın əsas oyunçularından birinə çevirib.

Ekspertin sözlərinə görə, son günlər bəzi m10 istifadəçiləri hesablarında xarici mənşəli merchant-lardan izahı olmayan vəsait axınları müşahidə etdiklərini qeyd ediblər. Çox sayda istifadəçinin hesabında gözlənilmədən böyük məbləğlərin görünməsi səbəbindən hesablar müvəqqəti dondurulub və əməliyyatlara məhdudiyyətlər tətbiq olunub.

PashaPay MMC məsələ ilə bağlı açıqlama verərək qanunsuz köçürmələrin mövcudluğunu dolayısı ilə təsdiqləyib, istifadəçi vəsaitlərinin təhlükəsizliyinin təmin olunduğunu və sistemin bərpa edildiyini bildirib. Bununla yanaşı, sosial media və mediada yayılan müzakirələrdə hadisənin mümkün böyük məbləğli qanunsuz dövriyyə ilə əlaqəli ola biləcəyi iddiaları irəli sürülüb.

Osman Gündüz qeyd edib ki, bu, oxşar problemlərlə bağlı ilk hadisə deyil. Onun sözlərinə görə, Mərkəzi Bank daha əvvəl PashaPay-ə qarşı çirkli pulların leqallaşdırılmasına qarşı mübarizə, fərdi məlumatların qorunması və nəzarət mexanizmləri ilə bağlı tədbirlər tətbiq edib. Son hadisə ilə əlaqədar cinayət işinin başlanması və həbslərlə bağlı məlumatlar yayılsa da, hələlik rəsmi açıqlama verilməyib.

Ekspert hesab edir ki, baş verənlər texniki nasazlıqdan daha çox risklərin idarə olunmasında problemlərə işarə edir. O, m10-un Binance kriptobirjası ilə inteqrasiyasını da xatırladaraq, kripto, xarici merchant və elektron pulqabı zəncirinin yüksək riskli sahə olduğunu vurğulayıb.

Onun fikrincə, belə hallar elektron pulqabıları və fintex platformalarına olan etimadı azalda, bank sektorunu reputasiya baxımından risk altına sala bilər. Ekspert təhlükəsizlik standartlarının vahid və məcburi olmasının, bankların isə sahib olduqları fintex platformalarına görə daha ciddi məsuliyyət daşımasının vacibliyini qeyd edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
m10 insidenti artıq fintex yox, milli təhlükəsizlik məsələsidir - Ekspert

m10 insidenti artıq fintex yox, milli təhlükəsizlik məsələsidir - Ekspert

18-02-2026
PashaPay - Azərbaycanın fintech sahəsinə yeni oyunçu gəlir

PashaPay - Azərbaycanın fintech sahəsinə yeni oyunçu gəlir

01-07-2022
Metro və avtobuslarında QR ilə ödəniş etmək mümkün olacaq.

Metro və avtobuslarında QR ilə ödəniş etmək mümkün olacaq.

29-02-2024
HTC One M10-nun təqdim  olunacağı vaxt  açıqlandı

HTC One M10-nun təqdim olunacağı vaxt açıqlandı

11-02-2016
Fintex şirkətləri bankların rəqibi ola bilərmi?

Fintex şirkətləri bankların rəqibi ola bilərmi?

06-09-2023
“Azəriqaz” və “PashaPay” onlayn xidmətlərin göstərilməsi istiqamətində əməkdaşlıq edəcək

“Azəriqaz” və “PashaPay” onlayn xidmətlərin göstərilməsi istiqamətində əməkdaşlıq edəcək

10-10-2024
Füzulidə “m10” və Milliön Telesatış mərkəzi istifadəyə verilib

Füzulidə “m10” və Milliön Telesatış mərkəzi istifadəyə verilib

27-11-2025
Kibercinayətkarlıq Konvensiyasının m10 tipli insidentlər üçün bir faydası olacaqmı? - Ekspert

Kibercinayətkarlıq Konvensiyasının m10 tipli insidentlər üçün bir faydası olacaqmı? - Ekspert

24-02-2026
Ekspert:Azercell bank sektoruna da baş vurur

Ekspert:Azercell bank sektoruna da baş vurur

29-09-2022
Bakıda “Fintex Forumu 2025” keçirilir

Bakıda “Fintex Forumu 2025” keçirilir

09-10-2025
Azərbaycanda SWIFT-ə alternativ mexanizm yaradılır

Azərbaycanda SWIFT-ə alternativ mexanizm yaradılır

17-12-2025
Ekspert: Sosial şəbəkələrdə yaş yoxlaması necə aparılacaq?

Ekspert: Sosial şəbəkələrdə yaş yoxlaması necə aparılacaq?

10-06-2026
Mərkəzi Bankın sədri Taleh Kazımov ötən gün Fintex Assosiasiyasının nümayəndələri ilə növbəti görüş keçirib

Mərkəzi Bankın sədri Taleh Kazımov ötən gün Fintex Assosiasiyasının nümayəndələri ilə növbəti görüş keçirib

04-11-2023
Ekspert:Mərkəzi Bankdan daha konkret və daha innovativ mesajlar gözləyirdik

Ekspert:Mərkəzi Bankdan daha konkret və daha innovativ mesajlar gözləyirdik

16-06-2022
Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

18-04-2022
AMB-də fintex ekosistemində institusional əsasların gücləndirilməsi müzakirə edilib

AMB-də fintex ekosistemində institusional əsasların gücləndirilməsi müzakirə edilib

17-02-2026
AMB: Maliyyə qurumlarına informasiya təhlükəsizliyi ilə bağlı ciddi tələblər qoyulub

AMB: Maliyyə qurumlarına informasiya təhlükəsizliyi ilə bağlı ciddi tələblər qoyulub

25-06-2025
MİDA-nın onlayn satışının nəticələri ləğv edilə bilərmi? - Osman Gündüz

MİDA-nın onlayn satışının nəticələri ləğv edilə bilərmi? - Osman Gündüz

29-12-2025
Nağdsız hesablaşmalar niyə inkişaf etmir?

Nağdsız hesablaşmalar niyə inkişaf etmir?

01-08-2019
AMB banklara informasiya təhlükəsizliyini təkmilləşdirilməsi ilə bağlı vaxt verib

AMB banklara informasiya təhlükəsizliyini təkmilləşdirilməsi ilə bağlı vaxt verib

17-06-2022
“Bakı Fintex Forumu 2025” keçiriləcək

“Bakı Fintex Forumu 2025” keçiriləcək

19-09-2025
Xüsusi tənzimləmə rejiminin ilk mərhələsi üzrə sınaq dövrü başa çatıb

Xüsusi tənzimləmə rejiminin ilk mərhələsi üzrə sınaq dövrü başa çatıb

06-08-2025
Ekspert Osman Gündüz sosial şəbəkələrin çökməsi barədə danışdı

Ekspert Osman Gündüz sosial şəbəkələrin çökməsi barədə danışdı

04-07-2019
Osman Gündüz: Dövlət xidmətlərinin myGov-da cəmlənməsi risklər yaradır

Osman Gündüz: Dövlət xidmətlərinin myGov-da cəmlənməsi risklər yaradır

07-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə