Bakıda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təşkilatçılığı ilə “İnformasiya təhlükəsizliyi riskləri və onların idarə edilməsi” adlı tədbir keçirilir.
Xeberler.az məlumat verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən XRİTDX-nin baş idarə rəisi, general-mayor Azər Əhədov qeyd edib ki, müasir dövrdə rəqəmsal mühitin genişlənməsi fonunda informasiya təhlükəsizliyi məsələləri yalnız texniki yanaşma ilə məhdudlaşmır, strateji və institusional idarəetmə komponenti kimi çıxış edir. Bu baxımdan risklərin vaxtında müəyyən edilməsi və idarə olunması dövlət informasiya resurslarının qorunmasının əsas şərtlərindən biridir.
Qeyd olunub ki, tədbirin əsas məqsədi dövlət orqanlarında informasiya təhlükəsizliyi risklərinin sistemli və effektiv idarə olunması mexanizmlərinin təkmilləşdirilməsi, mövcud təhdidlərə qarşı vahid yanaşmanın formalaşdırılması və risklərin uçotu prosesinin praktik tətbiq mexanizmlərinin təqdim edilməsidir.

Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları