2010-cu ildə Bakı şəhərinin məktəblilərinin iştirakı ilə II “İntellekt Marafonu” keçiriləcək.
“XXI ƏSR” Ümumtəhsil Mərkəzindən APA-ya verilən məlumata görə, prezident İlham Əliyevin “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcı potensialının inkişafı üzrə Dövlət Proqramı” haqqında sərəncamına əsasən Təhsil Nazirliyinin dəstəyi ilə “XXI ƏSR” Ümumtəhsil Mərkəzi (Ü.T.M.) 2009-cu ildən başlayaraq “İntellekt Marafonu” keçirir. Əsası pedaqoji elmlər doktoru Marat Aleksandroviç Ziqanov tərəfindən qoyulan “İntellekt Texnologiyası” 20 il əvvəl yaradılıb. “Ü.T.M. - XXI ƏSR” 2003-cü ildən “İntellekT” proqramının Azərbaycanda rəsmi distribütorudur.
“İntellekt Marafonu - 2010”-un keçirilməsində əsas məqsəd şagirdlərin intellektual inkişafını üzə çıxarmaq, özünü intellektual cəhətdən inkişaf etdirən şagirdləri həvəsləndirmək, tədrisin inkişafında intellekt texnologiyasının bir alət rolu olduğunu yaymaq, yeniyetmə şagirdləri intellektual fəaliyyətə cəlb etməklə neqativ hallardan yayındırmaq və sosial problemləri həll etməkdir. “İntellekt Marafonu - 2010” iştirakçıları II-VIII sinif şagirdləri ola bilərlər. “İntellekt Marafonu - 2010” 3 dildə - Azərbaycan, rus və ingilis dillərində keçirilir.
19 dekabr 2009-cu il tarixindən başlayaraq 6 həftə ərzində “Ü.T.M – XXI ƏSR”-də müəllim və şagirdlər üçün treninqlər keçirəcəkdir. Şagirdlər üçün keçirilən treninqlərin məqsədi tapşırıqların növü ilə tanışlıq, tapşırıqların hazırlanması və yerinə yetirilməsidir.
Müəllimlər üçün keçirilən treninqlərin məqsədi “İntellekt Texnologiyası”nın tanınması və
yayılmasıdır. Bu treninqlərin əsas məğzi şagirdləri yorulmadan öyrətməkdir.
“İntellekt Marafonu - 2010” II turdan ibarətdir. I seçim turu Bakı şəhərinin məktəblərində, II əsas tur “Ü.T.M. - XXI ƏSR”-də keçiriləcək. Bu turda qaliblər müəyyən olunacaq və mükafatlandırılacaq.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri