Previous Next
Bağla

“Kiber Yay Məktəbi 2025”in rəsmi açılış mərasimi keçirilib

22-07-2025 15:32
“Kiber Yay Məktəbi 2025”in rəsmi açılış mərasimi keçirilib

İyulun 21-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Bilgəh İstirahət Mərkəzində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə keçirilən “Kiber Yay Məktəbi 2025”in rəsmi açılış mərasimi baş tutub.

Xeberler.az məlumat verir ki, mərasimdə açılış nitqi ilə çıxış edən AKTA-nın İdarə Heyətinin sədri Pənah Musayev bildirib ki, artıq 4-cü dəfədir keçirilən yay məktəbi İslam Əməkdaşlıq Təşkilatının rəsmi kibertəhlükəsizlik platforması olan OIC-CERT tərəfindən “Qlobal Təhlükəsizlik Mükafatı”na layiq görülüb. Pənah Musayev təlimlərə qardaş Türkiyədən də iştirakçıların qatıldığını bildirib. Təlimlər Bakı Ali Neft Məktəbində keçiriləcək.

Daha sonra “Kiber Yay Məktəbi 2025”in keçirilməsi təşəbbüsünə dəstək verən DTX Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi, general-mayor Davud Rüstəmov qeyd edib ki, təlimlərə kibertəhdidlərə qarşı ən son metodlarla mübarizə təcrübəsinə malik mütəxəssislərlə dəstək verməyə hazırdır.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, kibertəhlükəsizlik və rəqəmsal istiqamət gənclərin gələcəkdə ixtisas seçimlərinə təsir edəcək. Elmar Qasımov informasiya texnologiyaları üzrə ölkədə savadlı kontingentin formalaşdığını da vurğulayıb.

2021-ci ildə keçirilmiş Kiber yay məktəbi çərçivəsində təşkil edilən CTF yarışında qalib olaraq kiber qəhrəman titulu qazanmış və hazırda dünyanın yüksək nüfuzlu universitetlərindən sayılan Kolumbiya Universitetində kompüter elmləri üzrə təhsil alan Mehdi Rəsulov kiberdüşərgə ilə bağlı təəsüratlarını bölüşüb.

Tədbirdə iştirak edən DTX-nin Heydər Əliyev adına Akademiyasının rəisi, general-mayor Elşad Nəsirov informasiya əsrində kibertəhlükəsizlik istiqamətinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq hibrid təhdidlərlə mübarizə metodlarının öyrənilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev və Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev çıxışlarında yay məktəbinin iştirakçılarına uğurlar diləyərək, tövsiyələrini veriblər.

Daha sonra Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz çıxış edərək yay məktəblərinin keçirilməsinin ölkədə kibertəhlükəsizlik üzrə ixtisaslaşmış gənclərin formalaşmasında mühüm rol oynadığını qeyd edib.

Rəsmi açılış mərasimindən sonra şirkətlər tərəfindən təqdimatlara start verilib. “Crowdstrike” şirkətinin regional meneceri Sübhan Şərifov və AKTA-nın tərkibində fəaliyyət göstərən kiberdiasporun aktiv üzvü, “Amazon Web Services” şirkətinin meneceri Elşən Həsənov təqdimatla çıxış ediblər.

AKTA-nın İcraçı direktoru Rauf Cabbarov bildirib ki, layihənin əsas məqsədi kibertəhlükəsizlik sahəsində ixtisaslı kadrların hazırlanması, gənclərin bu istiqamətdə maarifləndirilməsi, beynəlxalq əməkdaşlıq və şəbəkələşmənin təşviqidir. O, vurğulayıb ki, Yay məktəbinə Azərbaycan və Türkiyədən 130 iştirakçı qatılıb. Onlardan 57 nəfəri yerli universitetlərdə AKTA-nın təşəbbüsü ilə yaradılan Kiber Klublarının üzvləridir.

Yay məktəbi müddətində iştirakçılar üçün hər gün intensiv təlimlər, praktiki məşğələlər, ekspertlərlə görüşlər, master-klaslar, həmçinin “Capture The Flag” adlı real ssenariyə əsaslanan kiberyarış təşkil olunacaq. Təlimlər Azərbaycan və ingilis dillərində aparılacaq və tələbələr “Red Team” və “Blue Team” formatında qruplara bölünərək, fərqli ssenarilər üzərində çalışacaqlar.

Yan tədbirlər sırasına Kiber Təhsil Forumu, AKTA ekspertlərinin açıq havada “meet-up” tədbiri, Kiber diaspor üzvlərinin master-klasları daxildir.

Tədbirin əsas tərəfdaşları “Caspel” “Crowdstrike”, “CaspianTech”, Bakı Ali Neft Məktəbi, sponsorları “Techpro”, “MegaSec”, ESET, “Crocusoft”, “Rabalon” şirkətləridir. CTF yarışları YER hostinqin, təhsil yarışları isə “Code Academy” və MilliSec-in tərəfdaşlığı ilə baş tutacaq.

“Kiber Yay Məktəbi 2025” iyulun 26-dək davam edəcək.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AKTA il ərzində 8 mindədək mütəxəssisi bir araya gətirib

18-12-2025

Bu il Azərbaycanda "Milli Kibertəhlükəsizlik İndeksi" təqdim olunub

19-12-2024

Bakı Ali Neft Məktəbi və Tallinn Texnologiya Universiteti arasında müqavilə imzalanıb

27-11-2020

Bakı Ali Neft Məktəbi və Tallinn Texnologiya Universiteti arasında müqavilə imzalanıb

27-11-2020

"Azerconnect" şirkətinin dəstəyilə beynəlxalq yay məktəbi təşkil olunub

01-08-2023

BANM-in rektoru “Kiber Suverenlik” konfransında iştirak edib

27-05-2025

Dünyanın ilk kiberdiplomatiya məktəbi açılıb

23-07-2019

Beynəlxalq Kiber Yay Məktəbində şəhid övladları da iştirak ediblər

20-07-2022

Kiberhücumlara qarşı yeni qurum yaradılıb

23-04-2022

AKTA-nın 2024-cü il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib

21-12-2024

Saatlıda kibertəhlükəsizlik üzrə təhsil layihəsinə başlanılıb

17-09-2025

“Cyber Summer School - 2023” yay düşərgəsinə qeydiyyat başladı

07-07-2023

AKTA-nın 2025-ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib

18-12-2025

İRİA: Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 74 faizi sahə üzrə çalışır

30-07-2025

AKTA-nın tərəfdaşlığı ilə “Cyber Day” tədbiri keçirilib

26-11-2025

“Kibertəhlükəsizlik” təlim layihəsinin bağlanış mərasimi keçirilib

09-09-2022

“Kibertəhlükəsizlik nədir” mövzusunda sessiya keçirilib

30-10-2024

"Kiber İnsidentlərə Müdaxilə" tədbiri keçirilib

13-04-2026

Azərbaycanda kiber akademiya açıldı

22-09-2022

Naxçıvanda “Kiber Suverenlik” konfransı keçiriləcək

14-05-2025

“Kiber Təhsil Konfransı” keçirilib

27-08-2025

AKTA və AzTU yeni layihəyə başladı

12-09-2022

“Kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi” seminarı keçirilib

03-11-2025

XRİTDX ilə BANM arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

13-06-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə