Previous Next
Bağla

Azərbaycanda müəllimlər üçün innovativ təlim texnologiyası

03-10-2017 11:14
Azərbaycanda müəllimlər üçün innovativ təlim texnologiyası

Məlum olduğu kimi, Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinin nəticələri elan olundu.

Xeberler.az olaraq qalib olan layihələri diqqətdə saxlayırıq.

Fərdi layihələr çərçvəsində  qalib olan  biri də  “STEM Azərbaycanda”  layihəsidir.

“STEM Azərbaycanda”  bütün respublika müəllimlərinin faydalana biləcəyi  innovativ təlim texnologiyası olan STEM-in Azərbaycan təhsilinə inteqrasiyasını və kütləvi-açıq-onlayn-kurs (MOOC) üsulunu özündə ehtiva edir.

Layihənin rəhbəri “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi, Microsoft İnnovativ Educator, Sumqayıt  şəhərində  1 nömrəli tam orta məktəbin fizika müəllimi Aliyə Əhmədovadır.

Aliyə Əhmədova ilə layihə barədə ətraflı söhbət etdik.

Onun sözlərinə görə, STEM təlim texnologiyası  – texniki və təbiət fənlərin tədrisində orta məktəbin ənənəvi nəzəriyyə əzbərlətmə üsullarından fərqli olaraq, “layihə əsaslı öyrətmə” vasitəsilə elmi-texniki biliklərin gündəlik həyatda necə tətbiq olunmasını təhsilalanlara aşılayır:

“STEM  termini  Science - təbiət elmləri, Technology - texnologiya, Engineering - mühəndislik ve Mathematics - riyaziyyat sözlərinin ilk hərflərindən götürülüb. Təhsildə istifadə olunan yeni  təlim texnologiyalarından  biridir. Bu tədris metodunda riyaziyyat, texnologiya, mühəndislik, təbiət fənnlərinin tədrisinin aylıqda yox, birlikdə əlaqaləli şəkildə həyata keçrilməsi nəzərdə tutulur”.

A.Əhmədova deyib ki, bu texnologiyanın hazırda ən çox tətbiq olunduğu ölkələr ABŞ, İngiltərə, Finlandiya,  Koreya və Almaniyadır:

“Bu təlim texnologiyasının əsas məqsədi şagirdlərdə  “XXI əsr bacarıqları”nı formalaşdırmaq və inkişaf etdirməkdir. Bu tədris üsulunda şagirdlər riyaziyyat və təbiət fənlərində öyrəndikləri müxtəlif məlumatları gündəlik həyatlarında qarşılarına çıxan müxtəlif problemlərə, müxtəlif  layihələrdə tətbiq etməklə öz yaradıcılıqlarını, komanda şəkilində işləmək bacarıqlarını, məntiqi  təfəkkürlərini, problem həll etmə bacarıqlarını inkişaf etdirirlər. Eyni zamanda, öyrəndiklərini tətbiq etdikləri üçün öyrəndikləri məlumatları daha yaxşı mənimsəyir, daha uzun müddət onların yaddaşında qalır. Seçilən problemlerin və icra olunan layihələrin real həyatla əlaqəli olmasına, eyni zamanda şagirdyönümlü olmasına xüsusi diqqət edilir.  Bu təlim texnologiyası ilə qurulan dərslər şagirdlər üçün daha maraqlı və daha cəlbedici olur, onlar dərslərdə daha fəal və həvəslə iştirak edirlər”.

Onun sözlərinə görə,  dərslərin STEM əsaslı qurula bilməsi üçün  müəllimdən xüsusi bilik və bacarıqlar tələb olunur. Çünki layihələr, seçilmiş modellər nə qədər şagirdyönümlü olsa da, müəllim layihələrin hazırlanmasında  və problemlərin həllində şagirdlərlə birlikdə fəaliyyət göstərir, onların fəaliyyətini istiqamətləndirir. Buna görə də STEM təlim texnologiyası tətbiq olunan  məktəblərdə müəllimlərə öncədən xüsusi təlimlər keçirilir.

Öyərənirik ki,   “STEM müəllimləri” onlayn kursunun hədəf qrupu biologiya, kimya, coğrafiya, ekologiya, astronomiya, riyaziyyat, fizika, texnologiya və informatika fənn  müəllimləridir. Layihədən faydalanmaq istəyən müəllimlər, tələbələr aşağıdakıları icra etməlidir:

I addım: Layihənin rəsmi facebook sosial səhifəsinin üzvü olmaqla, ən son məlumatları izləmək:https://www.facebook.com/groups/1961230137497861/?ref=bookmarks

II addım: Layihənin rəsmi saytında yerləşdiriləcək təlim modullarında iştrirak etmək:   http://www.stemazerbaycanda.com/

III addım: onlayn təlimlər üçün qeydiyyatdan keçmək: http://www.stemazerbaycanda.com/p/kursa-qeydiyyat.html

Qeyd edək ki,  oktyabrın 16-da  başlayan onlayn təlim kursu ümumilikdə 4 təlimdən ibarətdir. Qiymətləndirilmə nəticələrinə görə müdavimlər dinləyici və STEM müəllimi statuslu e-sertifikatlarla təmin olunaca1.Sertifikatlar hər iştirakçının e-mailinə göndəriləcək. Layihə çərçivəsində, respublika müəllimlərini təbiət və texniki  fənlərinin tədrisi zamanı yeni təlim texnologiyası olan STEM-in tətbiqinə stimullaşdırmaq məqsədilə, “Azərbaycanda STEM müəllimləri” onlayn müsabiqənin keçirilməsi planlaşdırılır.

Müsabiqəyə işlərin qəbulu noyabrın 20-də  başlayacaq. Müsaiqəyə iş təqdim etmiş bütün iştirakçılar iştirakçı e-sertifikatı, qalib və fərqlənənlər isə təltifetmə tədbiri zamanı diplomlarla təlitif ediləcək. Layihə çərçivəsində rellaşdırılacaq onlayn təlim kursu və onlayn müsabiqənin iştirakçısı olmaq üçün saytda qeydiyyatdan keçmək tələb olunur.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

STEM yeni konfrans keçirəcək

14-06-2018

BMTİP dəyirmi masa təşkil edib

21-04-2022

Bəzi fənlər proqramlaşdırma dərsləri ilə əvəz olunacaq

21-09-2015

Azercell-in dəstəyi ilə Beyləqanda STEM dərslərinə start verilir

05-03-2026

Nazir: "Rəqəmsal bacarıqlar layihəsi 410 min, STEM isə 100 min uşağı əhatə edir"

07-01-2024

“Women in STEM” beynəlxalq vebinarında Azərbaycan da təmsil edilib

10-09-2020

Məktəblərdə STEAM layihəsinin tətbiqinə başlanıb

21-10-2019

Sahibkarlığın tədrisi və innovativ təlim üsulları mövzusunda seminar keçirilib

14-02-2019

Təhsil sistemində İT-nin tətbiqi üçün tədbirlər planı hazırlanıb

01-09-2015

Rəqəmsal laboratoriya avadanlığı ilə bağlı müsabiqənin nəticəsi açıqlandı

10-02-2016

Təhsildə İKT-nin tətbiqi ilə bağlı təlim keçirilib

11-11-2015

İKT üzrə yeni Təlim Mərkəzi fəaliyyətə başlayıb

12-04-2018

Azərbaycanlı qızlar Süni İntellekt üzrə Təhsil Düşərgəsində iştirak ediblər

24-09-2018

Beyləqanda şagirdlərə robototexnika dərsləri keçiləcək.

12-11-2021

“Qızların STEM-də yüksəlişi” proqramının qalibləri açıqlanıb

20-05-2025

Müəllimlərin İKT bilikləri yoxlanılır

18-09-2019

“Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanına qeydiyyat başlayıb

20-06-2022

Azərbaycanda “Bebras” Həftəsi keçiriləcək

31-10-2025

EnterpriseAzerbaijan portalı və Britaniya Şurası “Təlimçiyə Təlim” keçirib

18-02-2020

"Sinifdən liderliyə: tədrisdə innovativ yanaşmalar" adlı təlim baş tutub

24-02-2025

“InnovateHER: Fuelling Women’s Success in STEM”in açılış mərasimi keçirilib

20-10-2025

Nazirliyin elektron kitabxanası işə salınacaq

19-08-2015

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18-09-2025

32 innovativ layihənin icrası yekunlaşıb

27-12-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə