Previous Next
Bağla

Azərbaycanlı qızlar Süni İntellekt üzrə Təhsil Düşərgəsində iştirak ediblər

24-09-2018 13:12
Azərbaycanlı qızlar Süni İntellekt üzrə Təhsil Düşərgəsində iştirak ediblər

Azərbaycandan 3 xanım şagird “Alis gələcəyi canlandırır - Süni İntellekt dünyanı qavrama şəklimizi necə dəyişə bilər” mövzusunda Yunanıstanın Afina şəhərində baş tutan 4 günlük seminarda iştirak ediblər.

Xeberler.az  məlumat verir ki, təhsil düşərgəsinin keçirilməsinin əsas məqsədi 15-17 yaşlı 160-dan çox şagirdi elmə və texnologiyaya həvəsləndirmək, STEM karyerasını əhatə edən mifləri dağıtmaq və onların gələcək karyeralarını seçmək, eyni zamanda arzularını reallaşdırmaq üçün ruhlandırmaq olub. Alis daima xəyal edən, yeni təcrübələr axtarışında elm həvəskarı olan bir qızdır. O həvəsli, yaradıcı və hər şeyin daha yaxşı olacağını düşünməkdə inadkardır. Biz hər birimiz Alisi tanıyırıq və onun Möcüzələr diyarında təxəyyülündə yaratdığı arzulara çatmasını istəyirik. Onun fikirləri və qətiyyəti ilə möcüzələr reallığa çevrilə bilər!

“Microsoft” şirkəti tərəfindən aparılan sorğulara əsasən texnologiyanın inkişaf etməsinə və şəxsi inkişaf üçün müstəsna imkanlar yaratmasına baxmayaraq, yalnız 42 % xanım gələcəkdə STEM yönümlü karyera qurmaq istədiyini bildirib. Bu istəksizliyin müxtəlif səbəbləri var, respondetlərin 60%-i STEM ilə əlaqəli peşələrdə qadınlara və kişilərə qeyri-bərabər davranıldığını bildirib.

“Təhsil düşərgəsinin vasitəsilə qiymətli təcrübə və yeni beynəlxalq dostlar qazandım. Microsoftun Azərbaycan üzrə səfiri olmaq mənim üçün qürürverici hissdir. Karyeramı bir həkim olaraq davam etdirmək və süni zəkanın gücündən istifadə edərək daha yaxşı həllər hazırlamaq üçün əldə etidyim texniki bacarıqlarımı tətbiq etmək istəyirəm " - deyə Təbiət Elmləri Gimnaziyasının şagirdi Leyla Paşazadə bildirib.

Digər mühüm faktlardan biri də odur ki, xanımların indi və gələcəkdə STEM fənnlərinə maraq göstərmələrinə əsas səbəb rol modelinin olmasıdır. 2018-ci ildə Microsoft şirkətinin apardığı tədqiqata görə rol modeli olduğu təqdirdə STEM fənnləri ilə maraqlanan qızların sayı iki dəfə çoxalır (rol modeli olmayan xanımların 26%-i, rol modeli olanların isə 41 %-i STEM fənnlərinə maraq göstərir). Eyni tədqiqatın nəticəsinə əsasən rol modeli olan 51 % xanım STEM-də öz gələcək karyeralarını təsəvvür edə bilirlər və bu təsir sadəcə məktəb mərhələsindən sonra da davam edir.

Təbiət Elmləri Gimnaziyasının digər şagirdi Firəngiz Süleymanova qeyd edib: “Süni İntellekt Təhsil Düşərgəsi mənim üçün çox böyük ilham mənbəyi oldu. Yeni texnologiyalardan istifadə, minecraft oyunlarında iştirak, robot düzəltmək və müxtəlif seminarlarda iştirak etmək süni intellekt kimi innovativ texnologiyaları tam başa düşməmə və gələcək karyeramı hansı iştiqamətdə davam edəcəyimi seçməyimdə kömək oldu. Tədbirdən sonra mənim ən böyük arzum süni intellekti neft sahəsində tətbiq etmək və gələcəkdə Microsoft-da çalışmaqdır” Bu tədbirin ərsəyə gətirilməsinə səbəb, gənc xanımların Süni İntellekt kimi öncül texnologiyaları anlaması və gələcək peşələrini bu sahədə seçmək üçün bacarıqlarının olmasına inandırmaqdır.

Bu, “Microsoft” şirkətinin Mərkəzi-Şərqi Avropa ölkələrində süni intellektin hal-hazırda təsir gücünü göstərmək və yeni nəsli rəqəmsal gələcəyə daha yaxşı hazırlamaq üçün atdığı ilk addımdır. Microsoft, ibtidai sinif şagirdlərindən məzun olmuş tələbələrə kimi, gələcək ixtiraçıların ən son texnologiyalara çıxışını təmin etmək və gələcəyə dair vizyon formalaşdırmaq bacarıqlarını inkişaf etdirmək üçün investisiyalar edir. Bu baxımdan, Microsoft şagirdlərin inkişafını və gələcək üçün
lazımi bacarıqların yaxşılaşdırılmasını təmin etmək üçün Mərkəzi-Şərqi Avropa ölkələrində Təhsil Nazirlikləri ilə tərəfdaşlıqlar axtarışındadır.

Sosial İnnovasiya Mərkəzinin həmtəsisçisi Leyla Tağızadə tədbir haqqında fikirlərini bu cür bildirib:

“Tədbirin ən yaddaqalan məqamları mühüm təqdimatlar, süni intellekt texnologiyalarının cari tətbiqi sahələri, interaktiv hackathonlar, Microsoftun təhsildə tətbiq edilən məhsulları, “Azure cognitive”, bulud servisləri, mühəndisliyin əsasları, Microbtye, Lego beyin fırtınası və Minecraft oyunların tətbiqi oldu. İnteraktiv texnologiyalarla işləməklə şagirdlərimiz qiymətli təcrübə və biliklər qazandılar. Onlar Azure cognitive servisləri, üz tanıma, çat-bot xidmətlərinin qurulması bacarıqlarının əsaslarına yiyələndilər. Gələcəkdə şagirdlər bu texnologiyaları üzərində işlədikləri layihələrdə tətbiq etməyi planlaşdırırlar. Məsələn, Pictofy komandası Azure face recognition xidmətindən istifadə edəcəkdir”

Yeni nəslə yönəlmiş ruhlandırıcı konfrans Beynəlxalq spikerlərin iştirakı, həmçinin bir sıra interaktiv tədbirlər və seminarlar vasitəsi ilə, Microsoft iştirakçılara Süni İntellekt Dünyası tərəfindən yaradılmış imkanları aşkar etmək şansı verərək onlara misilsiz bir təcrübə və arzularını həyata keçirmə şansı verir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Qızlar texnoloji sahəyə niyə az maraq göstərir?-Araşdırma

10-03-2017

Azercell-in dəstəyi ilə Beyləqanda STEM dərslərinə start verilir

05-03-2026

Peşə Təhsil Mərkəzində Microsoft məhsullarının səmərəliliyindən danışılıb

24-12-2019

Nazir: "Rəqəmsal bacarıqlar layihəsi 410 min, STEM isə 100 min uşağı əhatə edir"

07-01-2024

Çin universitetləri süni intellekt üzrə imkanları genişləndirmək üçün tələbə qəbulunu artırır

10-03-2025

BMTİP dəyirmi masa təşkil edib

21-04-2022

Avropa İttifaqı 56 milyon dollarlıq süni intellekt modeli yaradacaq

03-02-2025

STEM yeni konfrans keçirəcək

14-06-2018

Azərbaycanda müəllimlər üçün innovativ təlim texnologiyası

03-10-2017

Azərbaycan Microsoft-un “Həmkara Dəstək” proqramında iştirak edə bilər

03-03-2010

NEQSOL Holding və Təhsilin İnkişafı Fondu PARLA Tələbə Qızlar üçün Təqaüd Proqramını davam etdirir

19-03-2026

Akademik: Azərbaycanda süni intellekt texnologiyalarına xüsusi diqqət ayrılır

11-04-2025

Süni intellekt texnologiyalarının təhsildə tətbiqinə dair görüş keçirilib

30-05-2025

Azərbaycanda bu İT müsabiqəyə qeydiyyat başladı

21-02-2018

Məlumat Hesablama Mərkəzinin Microsoft şirkətinin nümayəndələri ilə görüşü keçirilib

08-05-2015

“Microsoft” Azərbaycanda startaplar üçün dəstək proqramını təqdim edib

16-01-2025

Azercell-in dəstəklədiyi komanda Avropa Qızlar İnformatika Olimpiadasında uğur qazanıb

24-07-2025

Gənclərin Süni İntellekt Forumu rəqəmsal gələcəyə hazırlıq məqsədi daşıyır

20-06-2025

Azexport.az-ın yaradılmasında hansı texnologiyadan istifadə edilib?

29-12-2016

Azərbaycanda 9 minədək insan “Microsoft” ilə birgə yeni rəqəmsal bacarıqlar əldə edib

19-03-2021

ABB-nin dəstəyi ilə Agile sammiti – süni intellekt və data təcrübəsi paylaşılacaq!

24-11-2025

AMADA süni intellekt vasitəsilə antidopinq təhsilinin gələcəyini araşdırır

30-09-2024

Tech-Tech Xanım təlim iştirakçılarını mükafatlandırdı - Fotolar

13-12-2015

Microsoft təhsil sahəsi üzrə apardığı tədqiqatın nəticələrini açıqlayıb

31-01-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə