Previous Next
Bağla

Azərbaycanda rəqəmli hüquqların idarəetmə sistemi tətbiq olunub

11-02-2020 17:26
Azərbaycanda rəqəmli hüquqların idarəetmə sistemi tətbiq olunub

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzində istifadə olunan DRM (“Digital Rights Management”) sisteminin tətbiqi artıq təmin olunub.

Xeberler.az-ın verdiyi məlumata görə, qurumdan qeyd ediblər ki, hazırda elektron bazanın formalaşdırılması işi yekunlaşdırılıb və hazırda yeni məlumatların rəqəmsallaşdırılaraq elektron bazaya yerləşdirilməsi prosesi davam etdirilir.

“Avropa Komissiyası ilə birgə 9 sentyabr 2019-cu il tarixində “Rəqəmli şəbəkələrdə əqli mülkiyyətin idarə edilməsi və qorunması üzrə Əqli Mülkiyyət Agentliyinin institusional qabiliyyətin gücləndirilməsi” adlı tvinninq layihəsi icra olunmağa başlanılıb. Layihə çərçivəsində əsərlərin yüksəktutumlu məlumat bazalarında saxlanması, əsərlərdən istifadənin və onların lisenziyalaşdırılması qaydalarının işlənib hazırlanması, məlumat bazasında əsərlərlə bağlı hüquqların pozulması hallarının aşkarlanması məqsədilə monitorinq mexanizminin inteqrasiya olunması işləri icra olunacaq”, - deyə Agentlikdən qeyd ediblər.

Əlavə olaraq bildirilib ki, nümunəvi beynəlxalq standartlar və təcrübələrlə uyğunluğunu təmin etmək, o cümlədən beynəlxalq və Avropa İttifaqı ölkələrinin məlumat bazalarına (arxivlərinə) operativ uyğunluğu təmin etmək məqsədilə məlumat bazasının potensialının maksimuma çatdırılması tələb olunacaq.

Tvinninq layihəsinin həyata keçirilməsi dövründə Azərbaycana səfər edəcək xarici ekspertlərlə yüksək səviyyəli tərtibatın və metodologiyanın müəyyənləşdirilməsində, mövcud texniki avadanlıqların qiymətləndirilməsində və texniki avadanlıqla bağlı əlavə tələblərin öyrənilməsində məsləhətləşmələr aparılacaq. İlk növbədə qəbul edilən sistem tərtibatının yerinə yetirilməsi məqsədilə kompüterlərin proqram təminatı üçün texniki xüsusiyyətlər işlənib hazırlanacaq və təmin ediləcək.

Rəqəmli şəbəkələrdə əqli mülkiyyət hüquqları ilə qorunan obyektlərdən istifadə edilməsinə “one-stop-shop” formatında və onlayn qaydada icazə verilməsinə əsaslanan DRM-in e-ödəniş modulunun hazırlanması istiqamətində işlər davam etdirilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Rəqəmsal mühitdə müəllif hüquqlarını qoruyacaq sistem yaradılır

24-05-2021

Azərbaycanda "YouTube" kanalları bağlana bilər

22-02-2021

Azərbaycanda "YouTube" kanalları bağlana bilər

22-02-2021

Nazir: Lisenziyalı proqramlardan istifadə kiber riskləri azaldır

07-11-2019

“Əqli mülkiyyət və süni intellekt” mövzusunda konfrans işə başlayıb

09-12-2025

Kamran İmanov: Əqli mülkiyyət innovativ inkişafın əsas drayverlərindən biridir

24-04-2026

CD-DVD bazarının pirat problemi

21-10-2009

“Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” adlı seminar keçiriləcək

27-11-2024

“Əqli mülkiyyət müasir mərhələdə” mövzusunda “Dəyirmi masa” keçirilir

26-04-2024

ÜƏMT: Azərbaycanda süni intellekt ekosistemi hədəf deyil, reallıqdır

09-12-2025

Əqli mülkiyyətin qorunmasına dair konfrans keçirilib

30-10-2018

Əqli Mülkiyyət Agentliyi ilə Dövlət Reklam Agentliyi arasında memorandum imzalanıb

11-09-2024

İnnovasiyalar Agentliyi daha bir konfransda təmsil olunacaq

23-08-2019

“Qlobal İnnovasiya İndeksi - 2024” hesabatında Azərbaycan üzrə göstəricilər müzakirə olunub

30-09-2024

Cenevrədə Azərbaycan startaplarının təqdimatı keçiriləcək

10-10-2018

Əqli Mülkiyyət Agentliyi və İİTKM arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

11-02-2019

“Azərbaycan 2020: gələcəyə baxış: kreativlik, əqli mülkiyyət və innovasiyalı inkişaf” mövzusunda konfrans keçirilib

24-04-2015

“Əqli mülkiyyət idarələri üçün İKT yetkinlik indeksi”nə baxılıb

16-04-2026

“Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə” adlı dəyirmi masa keçiriləcək

28-10-2024

Sədr: Məqsəd innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərməkdir

30-10-2024

Əqli mülkiyyət hüquqları və kibertəhlükəsizlik mövzusunda seminar keçirilib

08-11-2019

Microsoft lisenziyalarının verilməsi davam etdirilir

09-08-2019

“Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” adlı seminar keçirilir

02-12-2024

Gürcüstan Microsoft-a 100 min dollar ödəyəcək

28-11-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə