“Azərbaycanda rəqəmsal kommunikasiya imkanlarının yaxşılaşdırılması inklüziv inkişafın əsas amilidir”

17-05-2023 / 12:50

Dünya Bankı Azərbaycanda rəqəmsal kommunikasiya imkanlarının yaxşılaşdırılması inklüziv inkişafın əsas amili hesab edir.

Xeberler.az verir ki, bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl Bakıda keçirilən GSMA M360 EURASIA 2023 beynəlxalq konfransında panel müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Dünya Bankının hazırda diqqət yetirdiyi əsas sahələrdən biri internetə çıxış və ölkənin ÜDM-inin artımı arasında qarşılıqlı əlaqədir.

“Regionda internet əhatəsinin 1 % artması ÜDM-in 1,5 % artmasına gətirib çıxarır”, - o bildirib. Dünya Bankının Azərbaycan üzrə meneceri qeyd edib ki, bu, öz növbəsində yeni iş yerlərinin açılmasına və artmasına səbəb olur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə