Previous Next
Bağla

Dünya Bankı Azərbaycanın İT sektorunu təhlil edib

26-05-2016 10:50
Dünya Bankı Azərbaycanın İT sektorunu təhlil edib

Dünya Bankı və Azərbaycan hökuməti Bankın ekspertləri tərəfindən həyata keçirilmiş "Azərbaycanda İT sektoru və İT bacarıqları: çağırışlar və fürsətlər" adlı tədqiqatın nəticələrini təqdim edib.

Bankdan Xeberler.az-a  verilən məlumata görə, tədqiqatda ölkənin İT sektorunun güclü və zəif cəhətləri və təhsil sistemi ilə təmin olunan bacarıqlarla İT sənayesini təmsil edən işəgötürənlərin tələbatı arasındakı fərqlər qiymətləndirilib.

Bu təhlil hökumətlə müzakirələr, dövlət və özəl sektorlardan maraqlı tərəflərlə müsahibələr və İT sənayesinin əsas subyektləri və texnologiya universitetləri arasında aparılan sorğulara əsaslanır.

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Larisa Leşçenko deyib ki, Azərbaycan iqtisadi artım və keyfiyyətli məşğulluq imkanları üçün yeni mənbələr yaratmaq məqsədilə enerji resurslarından sonrakı dövr üçün öz iqtisadiyyatını şaxələndirmə çağırışları ilə qarşılaşır:

"Ölkə informasiya və kommunikasiya texnologiyaları sahəsi də daxil olmaqla prioritet sektorları əhatə edən milli yol xəritəsini hazırlayıb. Azərbaycan informasiya texnologiyaları sənayesinin inkişafı ilə iqtisadiyyatını gücləndirmə və şaxələndirmə potensialına malikdir. İT sahəsinin güclü iqtisadi artım potensialı mövcuddur və bu sektor gənc ixtisaslı məzunlar üçün əlavə dəyərə malik iş yerləri yaratma imkanlarına malikdir".

Azərbaycanın yerli İKT sektorunun inkişafını stimullaşdırma sahəsində həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirərək hesabat son bir neçə ildə sürətli iqtisadi artım və iri dövlət investisiyaları ilə ölkə iqtisadiyyatının yüksək keyfiyyətli texnologiyalar sahəsində bacarıqlara daha da artan tələbatının təmin olunması ilə bağlı ölkənin üzləşdiyi çağırışları təhlil edir.

İKT üzrə aparıcı mütəxəssis və hesabatı hazırlayan qrupun rəhbəri Karlo Maria Rossotto vurğulayıb:

"Azərbaycan İKT-nin inkişafı üçün əlverişli mühit yaratmışdır. Yüksək sürətli internet, kvalifikasiyalı insan resursları və innovativ ekosistemlərə dəstək sahələrində tərəqqinin davam etdirilməsi Azərbaycanın regionda İT mərkəzinə çevrilməsinə gətirib çıxara bilər".

Bu tədqiqat Dünya Bankının ölkədə dəstəklədiyi əsas sahələrdən biri olan rabitə bağlantıları proqramının dəstəklənməsi məqsədilə Azərbaycan hökuməti və Dünya Bankı arasında aparılan dialoqun tərkib hissəsidir. Burada Azərbaycanda İKT sektorunun daha da inkişafı üçün müxtəlif tövsiyələr təqdim olunur. Təhlillər göstərir ki, sürətli kommunikasiya, innovativ biliklər və biznes informasiyalarının təklif olunması ilə bazara çıxarıla bilən İT bacarıqları Azərbaycanın iqtisadiyyatında digər sektorların məhsuldarlığını artırmaq üçün yüksək potensiala malikdir. Bu məqsədə nail olmaq üçün ölkə təhsil sisteminin işəgötürənlərin tələblərinə cavab verməsini təmin etməlidir.

Tədqiqatın qənaətinə görə, ölkənin İT sənayesinin xidmətlər sektorunda iş yerlərinin payı, eləcə də sənayenin ÜDM-ə töhfəsi kiçikdir. Nəticə etibarilə, yerli İT bacarıqlarını inkişaf etdirməklə yanaşı, prioritet olaraq ölkənin İT bazarı və yerli məhsul və xidmətlər sektoru inkişaf etdirilməlidir.

Bu da yerli İT sənayesinə regional və qlobal bazarlarda rəqabət aparmağa yardım edəcək. Nəhayət, Azərbaycanda ümumi vergi administrasiyası və gömrük xidmətləri sahəsində həyata keçirilən islahatların tərkib hissəsi olaraq, İKT məhsul və xidmətlərinə tariflərin təkmilləşdirilməsi və İT sektoruna yatırılan özəl investisiyaların dəstəklənməsi məqsədilə tənzimləyici bazada islahatlara təşəbbüs məhsuldarlığın artırılması və İT sənayesində özəl sektorun aparıcı rol oynadığı inkişafı gücləndirmək məqsədilə tövsiyə olunur.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan İKT sahəsində 143 ölkə arasında 9-cu oldu

02-11-2015

Dünya Bankı Azərbaycanda İKT sahəsi ilə bağlı 3 istiqamət üzrə tövsiyələrini verib

26-07-2013

Azərbaycanda rabitə sektorunun gəlirləri 1 milyard manatı keçib

21-12-2010

Azərbaycan İnvestisiya Sammiti keçirilib

19-03-2015

Azərbaycanın dəniz külək enerji potensialının 7 giqavattını istifadəyə kömək edəcək

03-06-2022

“İKT milli iqtisadiyyatın aparıcı sektoruna çevrilib”

23-09-2016

Deputat:“Startaplara özəl sektor tərəfindən dəstək lazımdır”

12-01-2016

Nazir müavini: Rəqəmsal transformasiya milli prioritetdir

01-09-2025

“Azərbaycanda rəqəmsal kommunikasiya imkanlarının yaxşılaşdırılması inklüziv inkişafın əsas amilidir”

17-05-2023

Əli Abbasov : “2020-2025-ci illərə kimi ölkənin İKT sektorunun gəlirləri neft gəlirlərini üstələyəcək”

23-12-2010

Dünya Bankı Azərbaycanla əməkdaşlığı genişləndirir

14-07-2021

Dünya Bankı COP29-la bağlı Azərbaycana dəstək verəcək

19-01-2024

WEF: Azərbaycan rəqəmsal investisiya cəlbediciliyini gücləndirir

22-01-2025

İnnovativ perspektivlərinin qiymətləndirilməsi mövzusunda müzakirələr aparılıb

28-11-2019

Azərbaycan İKT sahəsində beynəlxalq simpoziumda iştirak edəcək

13-10-2015

“Hər 100 nəfərə 28 kompüter düşür”

15-07-2015

İKT sahəsində əmək müqavilələrinin sayı 34 minə çatıb

29-11-2025

Azərbaycanda milli informasiya təhlükəsizliyini təmin edəcək qurum yaradılacaq

10-12-2008

Azərbaycan və Koreya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclası keçirilib

07-02-2020

BNN: “Azərbaycan rəqəmsal texnologiyaların inkişafı baxımından regional liderdir”

07-09-2023

İKT-də kiçik və orta sahibkarlığın inkişafı müzakirə olunub

04-11-2016

Son 5 il ərzində ölkənin İT sektoru təqribən 2,2 dəfə genişlənib

03-11-2015

Təhsildə İKT və innovativ sahibkarlığın təşviqi mövzusunda dəyirmi masa keçirilib

24-01-2019

AzerTelecom Milli İnternet resursların inkişafına dəstək verir

21-12-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə